Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində Şərqiyyə Hümbətovanın "uğurla" həyata keçirdiyi korrupsiya planları.
Göygöl rayon Üçtəpə kənd sakini, YAP üzvü, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində çalışan Şahin Məmmədov da redaksiyamıza müraciət edərək bu fikirləri söylədi. gundemxeber.az-a təqdim olunan şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
"Kütləvi informasiya vastələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə yazılarım getdikdən sonra 31.07.2014-cü il tarixdə Ş.Hümbətova və ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva mənim yanıma gələrək əvvəlcə mənə yumuşaq tərzdə birdə belə şeylər yazma, onsuzda baxan olmayacaq dedilər. Əgər birdə şikayət etməsəm barəmdə verilmiş Əmrin ləğv edilməsində mənə köməklik edəcəklərini bildirdilər. Mən isə öz növbəmdə tutduğum düzgün bildiyim yoldan dönməyəcəyimi qeyd etdim. Mən dövlətimə inanıram. Bilirəm ki, axır-əvvəl cənab İlham Əliyev bu məsələdən xəbər tutacaq və mənə kömək edəcək. Belə olduqda Ş.Hümbətova məni qohumlarımın yanında təhdid etməyə başladı. Sənin başına oyun açacam, oğlanlarım və yoldaşım səni "başa salacaq", sən hələ bilmirsən kiminlə mübarizə aparırsan, məhkəmədə işçiləri sənin üzünə qoyduracam, səni tutduracam kimi sözlərlə məni təhdid etdi. Mən isə DİN-ə bu məsələ ilə bağlı rəsmi şikayət etdim. Göygöl rayon Polis şöbəsinin əməkdaşı Namiq müəllim məndən bu işlə bağlı izahat aldı. Ancaq çox təəsüüflər olsun ki, hələdə təhdid edilməyimlə bağlı heç bir tədbir görülməyib. Məni ailə üzvlərimin yanında təhdid etmə curəti tapan Ş.Hümbətova barəsində heç bir tədbir görülməyib. Qəribədir ki, Ş.Hümbətova heç nədən çəkinmir, olkə Prezidenti cənab İlham Əliyevin bütün çıxışlarında "korrupsiyanın kökünü kəsməliyik", "korrupsiya bir xəstəlikdir və ölkəmizi bu xəstəlikdən xilas etməliyik" deməyinə baxmayaraq Ş.Hümbətova öz əməllərini həyata keçirməkdə davam edir, ölkəmizin qanunlarına məhəl qoymur. Dünən 12.08.2014-cü il tarixdə yaşadığım evə məktub gəldi ki, bəs barəmdə iddia qaldırılıb. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətova guya mənəvi sarsıntı keçirib, işgüzar nüfuzuna xələl gəlib və buna görə də Göygöl rayon Məhkəməsində iddia qaldırıb məndən 8000 manat təzminat alınmasını tələb edir. Səbəb kimi də mənim KİV-də etdiyim çıxışlarda qeyd olunanların yalan və böhtan olduğunu, guya mən işdən çıxarıldığım üçün belə edirəm. Mənim işdən azad olunma Əmrimdə qeyd olunan "nazirliyin nüfuzuna xələl gətirdiyi üçün dövlət qulluğuna xitam verilsin" sözlərinə cavab olaraq qeyd etmişəm ki, "naziriyin nüfuzuna xələl gətirmək korrupsiya əməlləri barədə müvafiq qurumlara müraciət etmək, əməkdaşlıq etmək deyil", xələl gətirmək əslində Ş.Hümbətovanın etdiyi kimi nazirlikdən gələn yoxlama getdikdən sonra XƏRCİM ÇIXDI deyib işçilərdən həmin xərci toplamaqla gələn yoxlamanı işçilərin gözündə nüfuzdan salmaqdır. Xatırlatmaq istəyirəm ki, mən işdən azad edilməmişdən bir il öncədən də müvafiq qurumlara Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində Ş.Hümbətovanın "uğurla" həyata keçirdiyi korrupsiya sistemi barədə müraciətlər etmişdim. Sadəcə olaraq mən bu işin içində yer almadığıma görə, ona qarşı çıxdığıma görə Ş.Hümbətova mənim barəmdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə yalan, böhtan məlumatlar göndərməklə məni işdən azad etdirdi. İndi də mənim səsimi birdəfəlik kəsmək üçün məndən 8000 manat təzminat istəyir. Bilir ki, əgər məhkəmə onun iddiasını təmin etsə mən heç cür həmin məbləğı verə bilməyəcəm və həbs ediləcəm. Bilir ki, mən kasıb ailənin övladıyam, atam birinci qrup əlildir. Və belə bir ailə heç cür həmin 800 manatı ödəyə bilməz. Bununlada korrupsiyaya qarşı mübarizə aparan, dövlətini sevən, bundan sonrakı ömründə də tək məqsədi dövlətinə xidmət etmək olan bir gənc məhbusa çevrilmiş olacaq. Mən üzümü dövlət böyüklərimizə tutaraq deyirəm. Mən Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək verdiyim üçün işdən azad olundum. Ş.Hümbətovanın həyata keçirdiyi korrupsiya əməllərinin üzə çıxarılmağında heç bir tədbir görülməzsə, Ş.Hümbətova bundan sonra da korrupsiya əməllərini davam etdirəcək. Bundan sonra da dəyəri 400 manat olan CASPER kompuyuterini 1380 manat kimi sənədləşdirəcək. Bundan sonra da görülməyən işlər müqabilində büdcə vəsaitlərini artıqlaması ilə ƏDİRƏF MMC nin hesabına köçürəcək. Bundan sonra mənim işlədiyim vəzifəyə imtahan verib gələcək olan şəxs ya Ş.Hümbətovanın dediyi kimi korrupsiya əməllərinin həyata keçirilməsində iştirak edəcək, ya da mənim kimi korrupsiyaya qarşı mübarizə aparıb sonunda da qondarma ittihamlarla işdən azad ediləcək. Ağır ittihamlarla əlaqədar olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?