GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu

SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu

Tarix: 10-12-2013, 00:04 Bölmə :Maraqlı Baxış: 927
  SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu
Ölkəmizi sarsıdacaq sensasiya Londondan gəlir; şirkəti ilə bağlı dəhşətli faktlar var; Anar Əliyev adlı gizli fiqur kimdir; əldə olunan faktlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə olan etimadı azaldır


Dekabrın 10-da Londonda SOCAR-la bağlı Global Witness təşkilatının apardığı araşdırmanın nəticələri açılacaq. Bu barədə Musavat.com məlumatlı həmin təhqiqatın press-relizindən əldə edib. İddialara görə, bu araşdırmalarda SOCAR haqda dəhşətli faktlar var. Müsavat.com həmin press-relizi təqdim edir.

****
Global Witness tərəfindən bu gün (9 dekabr) dərc olunmuş “Anonim Azərbaycan” adlı yeni hesabatda Avropanın başlıca enerji təchizatçısı olan Azərbaycanın neft sənayesində gizli fiqur kimi çıxış edən Anar Əliyev adlı şəxs barədə araşdırma aparılır. Çox az sayda insan tərəfindən tanınan Anar Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Lakin nə üçün məhz bu şəxsin bu sövdələşmələrdə iştirak etməsi və onun iştirakının ölkə üçün nə dərəcədə səmərəli olması isə məlum deyil.

Bu araşdırmada Anar Əliyev kimi şəxslərin kimlərisə təmsil etməsi və Azərbaycan vətəndaşlarının hesabına mənfəət qazanma halları ilə bağlı məsələ qaldırılır. ARDNŞ və onun tərəfdaşlarının fəaliyyətlərini qanun çərçivəsində qurduqları istisna olunmaya bilər. Lakin bu şirkətlərin hansı yolla Azərbaycanın neft sənayesində iştiraka nail olması ilə bağlı şəffaflığın mövcud olmaması maraqların toqquşması və tərəfkeşlik kimi mümkün faktların baş verməsi ilə bağlı narahatlıq yaradır.

Bu qeyri-şəffaflıq Azərbaycanın uzun müddətdən bəri üzvü olduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT, ingiliscə - EİTİ) olan etimadı azaldır. Hazırda ölkənin EİTİ standartlarına əməl etməsinə baxmayaraq, enerji sənayesinin digər sahələrində mövcud qeyri-şəffaf mühit korrupsiya riskini artırır. EİTİ hasilat şirkətləri tərəfindən “əsl benefisiar”ların könüllü şəkildə açıqlanmasını sınaqdan keçirməklə bu problemin həllinə başlayıb. Bu barədə icbari tələbin isə 2016-cı ildə təsdiq olunacağı gözlənilir. Bu tələbdə daha nələrin əks olunacağı hələ razılaşdırılmayıb.

“Bizim hesabatda Azərbaycan xalqının öz ölkələrində baş verməkdə olan neft bumundan tam şəkildə faydalana bilməmələri ilə bağlı ciddi narahatlıq ifadə olunur”, deyə Global Witness-in direktoru Simon Taylor bildirib. “Bu şübhələrə son qoymaq üçün Azərbaycan hökuməti hasilat şirkətlərinin benefisiar səhmdarlarının açıqlanmasını EİTİ prosesinə əlavə etməli və yüksək prioritetli bir məsələ kimi Anar Əliyevin ARDNŞ-la hansı əlaqəyə malik olduğunu açıqlamalıdır”.

Global Witness-in “Anonim Azərbaycan” adlı hesabatında araşdırma nəticəsində məlum olan aşağıdakı faktlar yer alıb:

- Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlamışlar. Lakin Global Witness bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.


- Misal üçün qeyd edək ki, Anar Əliyev ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan Socar Trading-ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib. Bu şirkətin Socar Trading-də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.

- ARDNŞ-la tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.

- ARDNŞ-ın Dubayda Socar International DMCC adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur.

“EİTİ korrupsiya və şəffaflığın hökm sürdüyü ölkələrə etimad nümayiş etdirmək məsələsində ehtiyatla davranmalıdır”, Taylor qeyd edib. “EİTİ digər şəxslərin adından çıxış edən nümayəndələr və sadəcə olaraq şirkətlərin adları deyil, real olaraq mənfəətin kimlər tərəfindən əldə olunmasının açıqlanmasını təmin etməlidir”.

Qeyd: “Anonim Azərbaycan”-ın hazırda ingilis dili versiyası mövcuddur. Hesabat azərbaycan dilinə tərcümə olunmaqdadır.

****

Redaktorlar üçün qeyd:

1. 2002-ci ildə könüllü təşəbbüs olaraq təsis edilmiş EİTİ neft, qaz və mədən şirkətlərinin faydalı qazıntılarla bağlı müxtəlif əməliyyatlardan dövlətə ödədikləri vəsaitin açıqlanmasını təmin etmək məqsədi daşıyır. Hazırda 25 ölkənin üzv olduğu EİTİ vasitəsilə bu vaxta qədər 1 trilyon dəyərində ödənişlə bağlı açıqlama edilib. 2013-cü ildə qəbul olunmuş yeni standartlarda EİTİ tələblərinin əhatə dairəsi genişləndirilərək benefisiar səhmdarların adlarının açıqlanması və müqavilələrin şəffaf şəkildə bağlanması bir tələb kimi irəli sürüldü.

2. Benefisiar səhmdar real olaraq mənfəətə sahib olan və şirkəti idarə edən tərəfdir.

“Qanuni səhmdar”dan fərqli olaraq o, şirkətin gündəlik fəaliyyətində iştirak etmir. Bu hətta hər hansı bir şirkət də ola bilər.

3. ARDNŞ Global Witness-in sualına isə belə cavab verdi: “ARDNŞ öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları və beynəlxalq miqyasda tanınmış şirkətlərin təcrübəsindən bəhrələnməklə yaradılmış daxili prosedurlar və normativlər əsasında qurur və bu əsasda da qərarlar qəbul edir.” ARDNŞ-ın bu cavabı ilə tam şəkildə Global Witness-in internet səhifəsində tanış ola bilərsiz. Global Witness-in digər əlaqədar tərəflərə ünvanladığı sorğular cavabsız qaldı.

Global Witness təbii sərvətlərlə bağlı yaranan münaqişə və korrupsiya halları, eləcə də ekologiya və insan haqlarının pozulması halları ilə bağlı araşdırmalar aparan və bu sahədə aksiyalar həyata keçirən beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatıdır.
****
Əlaqə: Global Witness ilə aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: +44 (0)20

7492 5858, +44 (0) 7939 460357, +44 207 492 5823, +44(0)7969 295 078.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR "Global Witness" təşkilatının iddialarına tutarlı cavab verdi

    SOCAR "Global Witness" təşkilatının ...

    20-12-2014, 15:08

  • 
  • "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

    "SOCAR Trading" şirkətinə "Platts ...

    15-12-2015, 23:27

  • 
  • “Azərbaycan neftdən faydalanan adamların kimliyini açıqlamalıdır”

    “Azərbaycan neftdən faydalanan adamların ...

    11-12-2013, 14:26

  • 
  • SOCAR-ın işçiləri Binəqədidə pensiyaçının evini başına uçurdular

    SOCAR-ın işçiləri Binəqədidə pensiyaçının evini ...

    3-09-2013, 13:17

  • 
  • SOCAR: Azərbaycanda benzinin qiymətində hər hansı dəyişiklik olmayacaq

    SOCAR: Azərbaycanda benzinin qiymətində hər hansı ...

    26-12-2014, 23:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu