Türkiyənin Ankara şəhərində dünyəvi təhsil tərəfdarlarının keçirdiyi mitinqdə yüzdən çox nümayişçi saxlanılıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, nümayiş təhsil işçilərinin həmkarlar ittifaqı tərəfindən “Dünyəvi təhsil və əməyə hörmət” şüarı altında təşkil olunub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
"Yatağan" meydanı yaxınlığında başlayan etiraz nümayişi şəhər strukturları ilə razılaşdırılmadığından, aksiyaların keçirilməsinə qadağa qoyulan "Kızılay" meydanına doğru yürüş etmək istəyən kütlənin yürüşü davam etdirilməsinə imkan yaradılmayıb.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası dini ekstremizm ilə mübarizədə dini təhsilin vacib olduğunu iddia edir. Qeyd edək ki, Türkiyədə dini etika fənninin dərs proqramına əlavə olunmasının əleyhinə, əsasən, Cümhuriyyət Xalq Partiyası çıxış edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?