Maliyyə Nazirliyinin müfəttişləri İmişli rayon Mədəniyyət İdarəsini ay yarımdır yoxlayır. İdarənin çoxillik direktoru, bütün başçıların sağdışı Hasil Tağıyev bir aydır qaçıb xəsətxanaya girib. O, xəstəxana adı ilə həm işini qorumaq, həm yoxlamanın nəticəsini saxtalaşdırmaq üçün day-dayları ilə əlaqəni bərkitmək istəyir. Hasil Tağıyev bu dünyada bir dəfə 2003-cü ilin sonlarında xəstələnib. Quduzlaşmış it 5 adamı qapmışdı. Pambıqla baş kəsdiyinə görə göylər onu bir quduz itlə cəzalandırdı. Dekabr 1999-cu il Vidadi Quliyev İmişli RİH başçısı təyin olundu. O, həmkəndlisi Hasil Tağıyevi Bakıda 28 may metrosu yaxınlığında bufet fırladanı Mədəniyyət İdarəsinə müdir təyin etdi. İmişli ərazisini qarış-qarış Hasil Tağıyevin əli ilə satdı. Əvvəlcə bahalı materialdan tikilmiş kinoteatrı çox ucuz qiymətə satdı, H. Əliyev parkında yerləşən yay kinoteatrını, uşaq kitabxanasını ucuz özəlləşmə adı ilə, Mədəniyyət İdarəsinin sol tərəfini 10 ədəd mağazalar şəbəkəsinə satdı. Vidadi Quliyev "insaflı" başçı idi. Vilyam Hacıyevlə müqayisədə o, mağaza yerini 3-5 min manata satırdı. Vilyam Hacıyev isə onun 5 minə satdığı yeri Sabir adına parkda 10 dəfə baha qiymətə satdı. Diş həkimi, Poliklinika müdiri Fuada muzeyin sağ tərəfindəki yer üçün nə az, nə çox deyilənə görə 35 min manat tərlədib. Eks-başçı Ə. Ağayev isə Fuaddan 10 min manat almışdı. Fuad həkim orada 2 mərtəbəli mağaza tikib. Həmin yer arxitektura naminə toxunulmaz idi, eks-başçı demişdi ki, mən gedəndən sonra tikərsən. Hasil Tağıyev həmkəndlisi Əli Əmirova 2000-ci il teleqramma vurdurdu ki, Broyler fabrikinin sahibi Əlif Heydərov dövlət və V. Quliyevin əleyhinə təxribat aparır. Ə. Heydərov Ə. Əmirovu məhkəməyə verdi. İlk prosesdə Əli Əmirov Hasil Tağıyev və V. Quliyevi baqaja qoydu:"mənə pul verib, onlar yazdırıb." 6 ay sonra Ə. Əmirov Bakıda metroda müəmmalı şəkildə dünyasını dəyişdi. Əgər yoxlama 10 il ərzində H. Tağıyevin təmir xərcləri adı ilə faktları araşdırsa, məlum olar ki, Hasil Tağıyev qısa müddətdə İmişlinin mərkəzində tikdirdiyi villanı, Bakıda bahalı evləri, xarici maşınları o, nə ilə alıb?? İmişlinin keçmiş başçısı Ə. Ağayevin 8 illik dövrü Hasil Tağıyev ona "ayı xidməti" göstərdi. Rayonun otdel kadrosu Ə. Ağayevin bacısı oğlu və sürücüsü boş vaxtlarında H. Tağıyevin kabinetində dincəliridi. Başçı RİH həyətində özünə ev tikdirmişdi. Kabineti ilə evin arası 50 metr olardı, ailəsini 8 ildə İmişliyə gətirmədi. "Bankalananda" Hasil Tağıyev, eləcə də platina rəisi Mirqoca Mirişov masajçı xanımlar tapırdılar. Ona görə də İmişli rayon camatı uçaqdan böyüyə qədər söhbətin nədən getdiyini bilir. Etika xatirinə biz yazmırıq. Müxalifətin bərkgedənləridə hər gün Hasil Tağıyevin kabinetində "salam-sağol" edirdilər. Ona görə də rayonda piket-miket 8 ildə olmadı. Gizli maaşları ya özü verirdi, ya da mühasibi Süleymandan göndərirdi. Vidadi Quliyev, Tofiq İsayev, H. Tağıyevin İmişlidə ilk planları əslən ermənistanlı olan 1995-1999-cu illər başçı olan Əli Məmmədovdan qisas almaq oldu. Əli Məmmədov Tofiq İsayevi İmişli bərkgedənlərini İmişliyə gəlməməyi kəsəsi sürgün etdirməsi ona, onun əslən ermənistanlı kadrlarına baha oturdu. Onlar V. Quliyevin kadrlarına nisbətdə yarım ziyalı idilər. İlk öncə birinci müavin Nəsirov Şakir çıxarıldı. Sonra Bələdiyyə sədri Allahverdi Məmmədov çıxarıldı. Ötən ilin avqust ayı YAP İmişli RT-nin təsisçilərindən biri olmuş Nəcəf Abıyev Maliyyə İdarə rəisi R. Rəhmanovun otağımda müəmmalı surətdə dünyasını dəyişib. Onu YAP RT-nin İdarə Heyətindən, eləcə də həyat yoldaşını kitabxanadan Hasil Tağıyev çıxartdırmışdı. Hansı ki, N. Abıyev 1986-cı illər Fərman Kərimzadənin iştirakı ilə keçirilən tədbirdə Uzun Həsən rolunu mahir oynamış mədəniyyət xadimi olub. O, Hasil Tağıyevin otağına gedib:"sən başçıya qadın daşıyan... birisən"-deyib və orada onu infarkt vurub. H. Tağıyev ondan prokurora şikayət də vermişdi. Maliyyə İdarə rəisi ilə Təhsil müdiri R. Əmirov xala oğludurlar, hər ikisi H. Tağıyevlə düşməndir. Məliyyə müdiri R. Rəhimov H. Tağıyevin yoxlanılmasından bərk qorxub, düşmən olsalar da, özü də yanmamaq üçün yoxlamanın nəticəsinin müsbət olmasına "bərk girişib." Buna görə də H. Tağıyev "bolnisiyə", R. Rəhimov "otpuska" gedib, "çalışırlar." Mədəniyyət işçiləri isə belə deyir:"Maliyə Nazirnin yoxlaması nəticəni saxtalaşdırsa, ondan teleqram vuracağıq." Bir yandan Vilyam Hacıyevin də H. Tağıyevi görməyə gözü yoxdur. Tofiq İsayev isə Hasil Tağıyevə dəyməməyi tapşırıb. Deyirlər ki:"H. Tağıyev həm də falçılara müraciət edib, Vilyam Hacıyevin dil-ağzını bağlatdırmağa da vaxt tapır. Vilyamın falçısı daha güclüdür." Arada falçılar qazanır. İmişlinin mədəniyyəti, təhsili, səhiyyəsi isə bərbad gündədir. Səhiyyənin rəisini təzə dəyişiblər. Yuxarıdakılar kimi, o da Arif Qaraşovun kadrıdır. Prezident İlham Əliyev İmişliyə gəlib-gedəndən sonra, ona göstərilən bütün Səhiyyə aparatları artıq aparılıb. İmişlinin müdir, rəisləri isə hamısı qıpısının toyuğunu, çəpişini də satıb. Vilyam Hacıyev siyasi cəhətdən Ə. Ağayevdən qat-qat geridir. Baxmayaraq, İmişli müdir, rəis, icra nümayəndələri sələmdədir, prezident İ. Əliyev İmişliyə 2 (iki) milyon manat pul ayırıb. Heydər Əliyev prospektindəki 3 metr hasarlama və darvaza qoyma, səkilərə metlax qoyma işi tamam dayanıb. Həm sahibkarlara "atılıb", həm də iş yarımçıq dirənib. Hasil Tağıyev isə hər iki tərəfdən qapı arasında qalıb, onu quduz itin qapmağına baxmayın, bu dəfə də, dəyirmanın üstündən ölü atılan H. Tağıyev yenə də o tərəfdən diri çıxacaq. Baxmayaraq ki, MTN onun kartlarını tutmuşdu, AZTV onu və RİH-nın hüquq şöbə müdiri R. Zahidovu korrupsiyada ittiham etmişdi. Bu İmişlidə yalnız balaca oğrular həbs edilir, böyük oğrular isə vəzifələrə göndərilir. V. Hacıyev Samuxlu sahibkara 429 min atdı, İmişliyə başçı gəldi, yəgin yaxın ərəfədə daha böyük rayona vəzifəyə gedər. Hasil Tağıyev bu dəfə sudan quru çıxmayacaq. Mədəniyyət İdarəsinin bütün kollektivi ondan boğaza qədər kin-küdrətin içərisindədir. Hələki dözürlər, üzünə də sözlərini sərt deyirlər. Arif Qaraşovun "xaç atalıq" qayğısı ilə "kayf" tutan idarə rəhbərləri həftənin 5-6 bazar, birinci günlərini Bakıda olan, 2-5 yerdə olan, evlərində "kayf" çəkir, İmişliyə qazanmağa, kresloda fırlanmağa gəlirlər. Vilyam Hacıyev 7 ay gözlərindən töksə də, yenə özlərini tutacaqlar. Maliyyə İdarəsinin şefi Rəhim Rəhimov instituta, ali məktəbə daxil oğluna "Leksus" avtomobil açarı və təzə ev veribmiş. Bolnisanın təzə rəisi isə kasıb oğlu olub, Bakıda hələlik evi yoxdur. Həkimlərə təzə obyektdən otaqların birini 500 manatdan hərraca çıxartmağı həkimləri qıcıqlandırıb. Hazırda İmişlinin mərkəzində sahibsiz itlər yenə çoxalıb. Vilyam Hacıyev çox vaxt şəhəri piyada gəzir. Sahibsiz itləri başçı hər gün görür. Yəgin bu Avropalıların sevgili itlərinə V. Hacıyevin hörməti var, yoxsa keçmiş başçı Ə. Ağayev şəhərin meri Abbasəliyə gecələr it ovlamağı elə-belə tapşırmamışdı, onun sevimli patronu Hasil Tağıyevin bənizi qaçan kimi, hörmətli Əbülfəz bəy həmin gün Abbasəlidən öldürdüyü itlərin siyahısını soruşarmış. Abbasəli 2 tərəfli qazanırmış, o vaxtlar İmişliyə doluşmuş kitaylar, it ətinə görə Abbasəliyə dua edir, hesab verirmişlər. Kitaylar qoy bilsin, it İmilidə çoxalıb. Vilyam Hacıyev təəssüf ki, it ovçusu Abbasəlini Bəhramtəpə qəsəbəsinə, demaqoqların içərisinə mer göndərib, İmişlidə isə itlər artır. Aman ya Rəbb, itlərin quduzluğundan müdirlərimizi hifz et, ya da Abbasəlini yetir, ya Rəbbim! Ə.Rüstəmov xüsusi olaraq “Gündəm-Xəbər” üçün Bakı-İmişli-Bakı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?