İcra başçısı YAP-çı məmurlara qənim kəsilib, rayonu şəxsi gəlir sahəsinə çevirib, medianın tənqidini isə vecə almır
İmişlilərin son 20 ildə gördükləri hadisələrə-proseslərə baxanda Vilyam Hacıyevin başçı təyin olunması onları dəhşətə gətirir. O keçmiş başçıların 7 arxadan dönəninə rəhmət oxunur. Vilyam Hacıyev İmişli rayon icra hakimiyyətinin başçısı işlədiyi 1 il 1 ay ərzində Yap İmişli RT-nda və ümumiyyətlə rayonun müxtəlif vəzifə sahibləri arasında sanki kütləvi ölüm epidemiyası yayılıb.
“Abadlıq tapşırığı”na tab gətirməyən YAP-çı 04 may 2013-cü il Yap RT-nın daha bir heyət üzvü 52 yaşlı Ə. Nağıyev dünyasını dəyişdi. V. Hacıyev imişliyə təyin olunandan 1 ay sonra onu İmişli RİH-nin şəhər üzrə icra nümayəndəliyindən azad etdirmiş, abadlıq adı ilə onu xərcə salmışdı. 2 ay sonra isə böyük məbləğə şəhərdən uzaq Bəhrəmtəpə qəsəbəsinə icra nümayəndəsi təyin etmişdi. Mərhum yaxınlarına deyirmiş ki: “borc içində batırmış”. 04 may 2013-cü il o RİH-ə dəvət olunur. Ona bildirilir ki, abadlığa “hədiyyə” etməlisən. Mərhum oradaca yerinə kadr tapılmasını bildirir və halı pisləşir. Evində isə qoluna sistem qoşularkən, şlanqı özü çıxardır və dünyasını dəyişir. Vəzifələrin qiyməti və ya kim çox verdi prinsipi V. Hacıyev YAP fəalı Mürşüd Mirzəyevdən də 6500 manat pul alıb, Mədəniyyət İdarəsinə müdür qoyacaqmış. Pul batıb. Mədəniyyətə artıq Süleyman Bəşirov təyin edilib. S. Bəşirov M. Mirzəyevdən ağır xərc çəkib ki, həmin idarənin keçmiş mühasibi kimi onun mədəniyyətə təyin edilməsi qanuna uyğun deyildi. Çünkü o ixtisasca baytarlıq mühasibi idi. Həm də İ. Mehdiyev adlı YAP fəalı teleqram vurub ki, keçmiş müdürün cinayət əməlləri ilə S. Bəşirov ortaqdır. İ. Mehdiyevin bütün qohum-əqrəbəsini S. Bəşirov ona minnətçi salıb. Eyni zamanda M. Mirzəyev də S. Bəşirovdan teleqrama vurub, idarənin yoxlanmasının tələb edib. YAP repressiyası? V. Hacıyev imişliyə gələndən 2 ay sonra ƏƏSMM İmişli şöbəsinin rəisi YAP-ın İmişlidə təsisçilərindən biri N. Xəlilovun korrupsiya idarəsi vasitəsi ilə həbsinə nail olub. Bu həbs İmişlidəki müdür, rəisləri, icra nümayəndələrini və sahibkarların gözünü qırmağa hesablanmışdı. Artıq İmişlidə bütün vəzifəli şəxslər banklara kredit borcludur. Əksəriyyətinin gözləri öləzəyib. YAP rayon təşkilatının rəhbərliyində təmsil olunan eks baş həkim T. Mikayılov iflic olub, “ərizəsini verdi.” Digər YAP-çı, Mədəniyyət İdarəsi rəisi H. Tağıyev də ərizəsin yazaraq işdən gedib. Deyilənə görə o da 60 min manat abadlığa “hədiyə” edibmiş. YAP-ı İmişlidə təsis edənlərdən biri Nəcəf Abıyev Maliyyə İdarəsinin rəisi R. Rəhimovun kabinetində dünyasını dəyişib. Mərhumun həyat yoldaşı və oğlanlarını da işdən azad edilmişdi. Mərhum etiraf edirmiş ki, N. Xəlilovun həbsi onun belini qırıb. İmişlinin toxunulmaz oliqarxı-Tofiq İsayev İmişlidə Hedər Əliyev parkında Bayraq Meydanın 10 metrliyində Tofiq İsayevin 8 mərtəbəli otel-restoranlar şəbəkəsi tikilir. İmişlidə ən çox obyekti olan T. İsayevdir. H. Əliyev parkında otel tikmək məqsədi ilə, o 6 çayxana , 2 restoran və 1 tarixi bina-Dəmir Yolu Mədəniyyət Sarayını da sökdürüb. Mİrzə ələkbər Sabir adında park demək olar ki, çayxana, restoranlar, mağazalar şəbəkəsinə çevrilib. Böyük satirik şairin büstünün 15 metrliyində ayaq yolu tikilib. “Messenat” holdinqin prezident T.İsayevin köməkçisi Allahverdi Cəfərova 20 metr uzunluğunda mağazalar şəbəkəsi artıq tikilir. Acınacaqlısı budur ki, A. Cəfərov uzun illər İmişlidə baş memar, şəhər icra nümayəndəsi, şəhər bələdiyə sədri olub, onu zərəsizləşdirən, Rusiyaya mühacirətə göndərənlər indi iltifatlı olublar. Görən keçmiş memar bilmirmi ki, kanalın ən aşağısı 5 metrliyində obyekt olmaz, amma üstündən tikdirir. Sərəncamı bir-başa başçı verib. Nə Bələdiyə, nə Su İdarəsi, nə də digər bu işə cavabdehlər bu işə məsul deyil, danışsalar, başçı onları yoxlatdırıb Bayıla göndərə bilər. Əgər 2 həftə əvvəl qəbulda başçıdan kömək istəyən, həyat yoldaşı birinci qrup əlil olan Qızbəst Məmmədovanın süpürgəçini həbs etdirmək istəmişdisə, müdürləri, sahibkarları hansı tale gözləyir? Hərraca çıxarılan torpaqlar V. Hacıyev gələr-gəlməz İmişlini 3568 hektar otlaq sahələrini yuxarıda əyləşən məmurların gözü düşdüyü otlaq sahəsinin icarədarlarını məcburi qaydada hər hektarına 100 manat pul ödəməklə məcburi ərizlələr yazdırıb, torpaqlardan imtina etdirdi. Aktlar tərtib olundu ki, guya 2012-ci ilin iyul-avqust aylarında yoxlamalar aparılıb, həmin otlaq sahələrində qoyun-quzu, at hətta vəhşi heyvanlar, dovşan, dəvələr olmayıb. Yəni, akt sahibləri RİH-nin Kənd Təsərrufat şöbəsinin müdürü Fərrux Mirzəyev, Hüquq şöbəsinin müdürü Rahim Zahidov, Torpaq şöbəsinin müdürü Vüqar Məmmədov gecə-gündüz yatmayıb, əllərində tüfəng, bellərində patron 3568 hektar sahəni qarış-qarış gəzib bu qənayətə gəliblr. Flora və fauna necə məhv edilir? Bir generala tapşırılır ki, 3568 hektar otlaq sahəsində pambıq əkdirməlisən. Gecə ilə ferma sahiblərini gətizdirilib, imtina ərizələri yazdırdılar. Torpaqların təyinatını dəyişdirən nazirlər kabineti yaddan çıxır və ya şifahi razılıq alınır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatının Rüstəm adlı bir işçisi təyinatı dəyişdiriləcək bu işə cəlb edilir. Kür çayından həmin sahəyə su çəkmək, pambıq əkini üçün hamarlama işləri aparmaq bu Rüstəmə tapşırılıb. “Qosfondun” bitki örtüyünün məhf olunmasına, flora-fauna, quşların yuva qurmalarına, yumurta qoymalarına, vəhşi heyvanlarının yuvalarının dağıdılmasına fərman verən başbilənlərimizin fərmaişlərini Rüstəm həyata keçirir.Rüstəm bəy əlində döndüyüm də 1 və 2 nömrəli kollektorun (şor kanalların) sahillərindəki bəndləri yerlə-yeksan edərək, torpağı daşıtdırır. Kürdən çəkiləcək kanalın hazırlıq işlərinə torpağın HUMS qatını məhv edir. Bildiririk ki, 400 ildən 500 ilədək gəlir-bar verən bu qatın 10 km-lərlə ərazisi artıq məhv olub. Nazirlər kabinetinin 239 nömrəli qərarına əsasən bunun üçün cərimə müəyyən edilib. Bu qatın məhvi üçün hər bir kvadrat metr ərazi üçün 55 manat cərimə kəsilir. Ilkin hesablamalara görə dövlətə 660 000 manat ziyan vurulub. Hər şeyin bir sonu var Aprel 2013-cü il bütün KİV-lər V. Hacıyevdən yazdı. Hətta sahibkarlar keçmiş deputat İ. Əkbərlinin çıxışı bəs idi ki, V. Hacıyevə cinayət işi qaldırılsın. Əksinə V. Hacıyev KİV-lərə cinayət işi qaldırdı. Əvvəllər V. Hacıyev deyirdi ki:”Dəyməyin, qəzetlər qoy məndən yazsınlar. Yazdıqca yerimi bərkidirlər. Yuxarılar da bilir ki, “işləyirik”. Qoy V. Hacıyev bir həqiqəti bilsin, İmişlinin çörəyini axıracan haram yeyən olmayıb. Onun da bir sonu olacaq. Azər Talıbov Bakı-İmişli-Bakı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?