Nyu-york məhkəməsi Usama ben Ladenin yeznəsi Süleyman Əbu Qeyti terrorizmə dəstəkdə günahlandırıb. "gundemxeber.az"ın məlumatına görə, bir müddət “Əl-Qaidə”nin mətbuat xidmətinin başçısı olmuş Əbu Qeyt Amerika xüsusi xidmətləri tərəfindən mart ayında İordaniyada həbs edilib. Onun məhkəməsi martın 4-də başlanıb. Keçən həftə Əbu Qeyt məhkəmədə çıxış edərək 2001-ci il sentyabrın 11-də baş vermiş terrordan dərhal sonra Usama ben Ladenlə görüşündən danışıb. 48 yaşlı Əbu Qeyt Ben Ladenin böyük qızı Fatimənin əri olub. O, Amerika məhkəməsi qarşısında çıxış edən ən nüfuzlu “Əl-Qaidə” üzvüdür.
Sorğu
Yeni dizaynımız necədir?