GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Şəhidlər Xiyabanında böyük rəzalət

Şəhidlər Xiyabanında böyük rəzalət

Tarix: 17-01-2013, 10:36 Bölmə :Maraqlı Baxış: 1 250
Küknar ağacları şəhid qəbirlərini görünməz edib,
Şəhidlər Xiyabanının yaxınlığında kafe və
yaxud restoran tikiləcəyi barədə xəbərlər dolaşır


Qarabağ şəhidlərinin ailələri tərəfindən şəhid qəbirlərinin Şəhidlər xiyabanından başqa bir əraziyə köçürmək istəyi səslənir. Buna səbəb xiyabanda Qarabağ şəhidlərinin məzarları qarşısında əkilən şam ağaclarıdır. Belə ki, yeni əkilən ağaclar hasar kimi şəhid məzarlarının qarşısını kəsir. Bununla da şəhidlərin qəbirləri ziyarətə gələnlər üçün bir növ əlçatmaz olur.

Şəhidlər Xiyabanında böyük rəzalət


2 il öncə sözgedən ünvanda şam ağacları əkiləndə bir qrup şəhid anası buna narazılıqlarını bildirmiş, giley-güzar etmişdi. O zaman körpə olan bu ağaclar indi böyüyərək meşəliyə çevrilib. Xiyabana ayaq basarkən sanki burada uyuyan şəhidlərimizin yalnız 20 yanvar hadisələrində həlak olan insanlardan ibarət olduğunu zənn etmək olar. Qarabağda həlak olan şəhidlərimizin qəbirlərinin küknarlar arasında gizlədilməsini onlara qarşı haqsızlıq və ayrı-seçkilik kimi qiymətləndirmək olar.

Şəhidlər Xiyabanında böyük rəzalət


Hətta bir sıra şəhid ailələri belə getsə, öz doğmalarının qəbirlərini buradan köçürəcəklərini deyirlər. Deputat Elman Məmmədov da ağacların şəhidlərin məzarları önündə əkilməsinə və həmin ağacların onların məzarlarını gizlətməsinə etirazını bildirdi: “Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin basdırıldığı ərazidə 12 Xocalı şəhidinin məzarı da var. Mənim anamın qəbri də ordadır. Həmin ağacların şəhidlərin qarşısında bir divar kimi əkilən vaxtı bütün şəhid ailələri kimi mən də öz etirazımı bildirmişdim. İndi də şəhid ailələrinin etirazlarına qoşuluram. Bilmirəm kimə lazımdır bu, nə üçündür? Bilmirəm ki, nəyə görə şəhidlərimizi gizlədirik, onların qarşısını örtməliyik? Niyə buranı ziyarət edənlər həmin qəbirləri görməməlidirlər?! Bu mənə də aydın deyil. Şəhidlər xiyabanı bizim qürur yerimizdir. Şəhid qəbirlərimizi təzə ayaq açan körpələrimiz də ziyarət etməlidir. Xarici ölkələrdən gələn qonaqlar da görsün ki, Azərbaycan torpağı uğrunda nə qədər Azərbaycan övladı şəhid olub. Bunun qarşısına ağac əkərək sədd yaratmağın nə mənası var ki? Mən də bu məsələyə etiraz edənlərdən biriyəm. Mən istərdim ki, həmin işə cavabdeh, məsuliyyət daşıyan kimdirsə onlar deyilənlərdən nəticə çıxartsın. Onlar tək bir yerə yox bütün yerə, bütün şəhid qəbirlərinə yaxşı xidmət etsinlər”.

Şəhidlər Xiyabanında böyük rəzalət


Bu xəbərdən sonra biz Şəhidlər Xiyabanına getdik. 20 yanvar faciəsinin 23-cü il dönümü ilə bağlı burada abadlıq işləri gedir. Demək olar ki, bütün sıralarda daş piltələr ya yenilənir, ya da təmizlənir. Bundan başqa Türk şəhidlərinin xatirəsinə ucaldılan abidənin ətafı da abadlaşdırılır. Belə ki, yer asfaltlanır, əkilən gül kolları budanır.
Ancaq Qarabağ müharibəsində şəhid olan qəhrəmanların qəbirləri isə gözə görünməzdir. Yəni, küknar ağacları bütün qəbirlərin qarşısını kəsib. Kimin harada uyumasını görmək üçün gərək pilləkanlarla yuxarı qalxasan. Əks təqdirdə küknar ağacları buna mane olacaq.
Bir il öncə bu ağaclar balaca olduğu üçün qəbir daşları normal görünürdü. İndi isə vəziyyət lap xarab olub. Belə getsə gələn il şəhidlərin qəbirləri tamam görünməz olacaq.
Hələlik, rəsmilər bu barədə heç bir söz demirlər. Əgər küknar ağacları çıxarılmasa yəqin ki, şəhid ailələri öz doğmalarının məzarlarının yerini dəyişdirməli olacaqlar. Bəzi məlumatlarda Şəhidlər Xiyabanlığının yaxınlığında kafe və yaxud restoran tikiləcəyə barədə xəbərlər dolaşır. Belə ki, xiyabanın bir addımlığında olan gənclər üçün tikilən atıcılıq mərkəzi sökülməli idi. Hazırda həmin ərazidə heç bir söküntü işləri getmir. Yaxın zamanlarda funiklyorun da yenidən təmir olunacağı deyilir.
Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid ailələrindən Şəhidlər xiyabanındakı vəziyyətə etiraz

    Şəhid ailələrindən Şəhidlər xiyabanındakı ...

    30-01-2013, 10:18

  • 
  • 1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD

    1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN ...

    11-04-2016, 17:22

  • 
  • Azərbaycanda şəhid məzarına şok hörmətsizlik - Foto

    Azərbaycanda şəhid məzarına şok hörmətsizlik - ...

    26-11-2014, 23:13

  • 
  • Şamaxıda şəhid ailələrinin adından sui-istifadə edənlər özlərini yandırdılar.

    Şamaxıda şəhid ailələrinin adından sui-istifadə ...

    7-02-2014, 13:12

  • 
  • Qazaxın "Şəhidlər Xiyabanı"ndakı məzarlar çöküb

    Qazaxın "Şəhidlər Xiyabanı"ndakı ...

    28-03-2014, 09:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu