GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ƏFV SİYAHISINDA KİMLƏR VAR...

ƏFV SİYAHISINDA KİMLƏR VAR...

Tarix: 22-12-2014, 21:42 Bölmə :Ölkə Baxış: 0
ƏFV SİYAHISINDA KİMLƏR VAR...

Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı gözlənilən əfv fərmanı üçün edilən müraciətdə hansı siyasi məhbusların adı var?

Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, siyahıda 27 siyasi məhbusun adı var: “Biz Həm İşçi Qrupun, həm də Monitorinq Qrupunun adından prezident İlham Əliyevə, Ramiz Mehdiyevə və Əfv Komissiyasına müraciət etmişik. Daha çox Monitorinq Qrupunun adından yazılıb. Siyahını təqdim etmişik, biz də sizin kimi gözləyirik.

Bizim siyahıda 27 nəfər siyasi məhbus adı var. Digərləri üçün isə qeyd etmişik ki, məhkəmə olsun, buraxsınlar. Biz siyahımıza 100 nəfərin olduğu siyahıda olan bəzi şəxsləri də salmışıq. Biz burada kriteriyaları Avropa Şurasının siyasi məhbus normalarına uyğun götürmüşük”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, mətbuatda müzakirə olunan “100 nəfərlik siyahı”nın onlara aidiyyəti yoxdur: “Hazırda Əfv Komissiyası işləyir. Gözləyirik, bir neçə gündən sonra əfv fərmanı verilməlidir. Bizim siyahıda əfv ərizəsi yazan, xəstə, cəzasının üçdə birini çəkənlərin adı qeyd olunub. İndi onlardan kimlərin düşəcəyi bəlli deyil. Biz də böyük ümidlə gözləyirik.

Kimlərdir 100 nəfər siyasi məhbus?! Yüz nəfərin bizə aidiyyəti yoxdur. O, Xədicə İsmayılın siyahısıdır. Xədicə İsmayıl özü istintaq altındadır. İşçi Qrup toplananda Xədicə İsmayıl hələ həbs edilməmişdi. Bizim sonuncu iclasımız noyabrda olub, siyahı da onda hazırlanıb”.

Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov və daha bir neçə şəxsin adının siyasi məhbus siyahısına salınmadığını deyib: “Biz İşçi Qrupunun iclasından sonra kimlərin məsələsinə və hansı müstəvidə toxunduğumuzu müəyyən etmişik. İntiqam Əliyev, Leyla Yunus və digər həbs olunanları haqda həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət etmişik. Çünki onlar haqda məhkəmə hökmü olmadığı üçün əfv müraciətinin müzakirəsinə ehtiyac yox idi. Amma barələrində məhkəmə qərarı olan "Nida"çılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov və digərləri üçün əfv müraciəti edildi. İntiqam müəllimgilin haqqında məhkəmə qərarı olmadığı üçün adları 27 nəfərin olduğu siyasi məhbus siyahısına salınmadı. Onlar üçün etdiyimiz həbs-qətimkan tədbirin dəyişdirilməsi haqda müraciətimizə cavab gözləyirik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • Ramazanda əfv olacağmı?

    Ramazanda əfv olacağmı? ...

    5-08-2013, 15:22

  • 
  • 24 nəfərlik siyahı prezidentə təqdim olundu – ADLAR – Yenilənib

    24 nəfərlik siyahı prezidentə təqdim olundu – ...

    24-12-2015, 16:14

  • 
  • Əli İnsanov əfv ərizəsi yazmadı: Siyahıda adı olan siyasi məhbuslar

    Əli İnsanov əfv ərizəsi yazmadı: Siyahıda adı ...

    7-03-2016, 17:24

  • 
  • Sabah əfv gözlənilir: Siyahıda kimlər var?

    Sabah əfv gözlənilir: Siyahıda kimlər var? ...

    29-12-2014, 00:34


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu