Novella Cəfəroğlu: “Gözlənilir ki, oktyabrın 9-da əfv imzalansın” “Biz çox istəyərdik əfv fərmanı imzalansın. Qarşıdan Qurban bayramı yaxınlaşır, Ramazan ayı bitir, seçki ilidir, hökumət Avropa İttifaqı qarşısında öhdəliklər götürüb. Bütün bunlar nəzərə alınaraq əfv verilsə, siyasi məhbuslar azadlığa buraxılsa müsbət irəliləyiş olar. Ancaq hələlik bir xəbər yoxdur. Biz Əfv Komissiyasına həmişə olduğu kimi siyahımızı göndərmişik. NİDA-çı gənclər, Tofiq Yaqublu, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı müraciət etmişik. Bizə demişdilər ki, olacaq. İndi gözləyirik, görək də”.
Bu sözləri qəzetimizə açıqlamasında İnsan Hüquqları Monitorinq qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi. N.Cəfəroğlu əfv olacağına ümid bəslədiklərini söylədi. Onun sözlərinə görə, siyasi məhbusların azadlığa buraxılması ehtimalları daha çox oktyabrın əvvəlində baş tuta bilər: “Gözlənilir ki, oktyabrın 9-da əfv olsun. Azərbaycan hökuməti Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Seçki ili olduğuna görə əfv imzalanması yaxşı olardı”.
Qeyd edək ki, qarşıdan müsəlmanların müqəddəs Ramazan bayramı gəlir və belə bir ərəfədə Azərbaycan rəhbərliyinin əfv fərmanı imzalaması, siyasi məhbusları azadlığa buraxması divident qazandıra bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?