GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Bizim üçün təhlükə təkcə Rusiyadan gəlmir"

"Bizim üçün təhlükə təkcə Rusiyadan gəlmir"

Tarix: 27-12-2014, 02:03 Bölmə :Ölkə Baxış: 0
"Bizim üçün təhlükə təkcə Rusiyadan gəlmir"

Etibar Məmmədov: “Belə bir seçkinin olmağındansa, olmamağı yaxşıdır”; “İsa Qəmbər neçə il başqan oldu?...Bir igidin ömrüdür...”
İstiqlalçı deputat, AMİP lideri Etibar Məmmədov uzun müddətdir ki, aktiv siyasətlə məşğul olmur və mətbuatla da ünsiyyətə həvəs göstərmir. “Yeni Müsavat” qəzeti üçün ondan müsahibə almağımız da asan olmadı.

Milli azadlıq hərəkatının tanınmış simalarından olan E.Məmmədovun mövcud durumla bağlı özəl düşüncələrini öyrənmək istəsək də, AMİP lideri daxili siyasi proseslər haqqında danışmaq istəmədiyini bildirib müsahibədən imtina edirdi.

Ancaq sonda cəhdlərimiz nəticə verdi. Söhbətimizdə bir çox məsələlərdən, həmçinin qarşıdan 25 illiyi gələn 20 Yanvar hadisələrindən danışdıq.

- Etibar bəy, uzunmüddətli pauza götürməyinizin, aktiv siyasətlə məşğul olmamağınızın səbəbi nədir?

- Mən onu bir dəfə izah eləmişəm. Cəmiyyətin özünün tələbatı var, cəmiyyətin daxilində siyasi qüvvələr var və bunların mütəmadi olaraq yerlərini dəyişməsi, yeni qüvvələrə şərait yaratması vacibdir. Ona görə də 10 il bundan qabaq, 2004-cü ildə mən qərar verdim, partiyanın sədrliyindən də getdim. Partiyadaşların xahişindən sonra fəxri statusu ilə razılaşdım. Buna baxmayaraq, heç bir şeyə müdaxilə etmirəm. Ancaq ölkədəki vəziyyəti də izləyirəm, baxıram. Məni də narahat edən məsələlər var, lakin birbaşa müdaxilə etmək fikrim yoxdur. Mən çox arzu edərdim ki, ölkədə siyasi fəallıq olsun, biz siyasi qüvvələrin yeni səviyyəyə qalxmasının, siyasi təşkilatların yeni səviyyədə formalaşmasının şahidi olaq və ölkə siyasi, daxili siyasi tolerantlıq baxımından dünyanın tələblərinə cavab verən səviyyədə olsun.

- Partiya lideri o zaman rahat ola bilər ki, rəhbərliyində olduğu təşkilatda kifayət qədər güclü fiqurlar olsun, partiyası ciddi təsir imkanlarına malik olsun. Ancaq AMİP-in sizdən sonra zəif duruma düşməsi də faktdır, razılaşırsınız?

- Təbii ki, elə görünür və elədir. Bu, mənim özümü də çox narahat edir. Ancaq bunu təkcə AMİP haqqında deyil, ölkədəki bütün siyasi təşkilatlar barədə demək olar. Yəni ölkədə siyasi partiyaların fəaliyyəti üçün lazım olan münbit şərait də yoxdur və onlarda güclü potensial da formalaşa bilmir. Bu da narahatedici faktordur. Mən həm AMİP-in vəziyyətindən narahatam, həm ümumiyyətlə, siyasi partiyaların, təşkilatların. O cümlədən hakim partiyanın da vəziyyətindən narahatam. Ölkənin, dövlətin güclənməsi üçün siyasi partiyaların güclənməsinə, onların güclənməsi üçünsə şərait yaradılmasına ehtiyac var.

- Ancaq əksər siyasi partiyaların rəhbərləri sizdən fərqli olaraq yenə də partiyadaşları ilə bir sıradadır. Sizsə hələ proseslərin hələ qaynar vaxtından kənara çəkilibsiniz, 10 ildir müşahidə edirsiniz...

- Siyasi mədəniyyət üçün nümunələr olmalıdır da. Nə vaxtsa buna başlanılmalıdır ki, kimsə normal qaydada kənara çəkilməyi bacarsın. Bunu biz ənənəyə çevirməliyik. O demək deyil ki, bir adam bir yerdən yapışdı, ömrünün sonuna qədər həmin postdan əl çəkməsin və elə təəssürat yaransın ki, başqalarına maneçilik edir, digərləri olsaydı, daha yaxşı nəticələr əldə olunardı. Bu şəraiti yaratmaq lazımdır. Yəni siyasi mədəniyyətimizdə bir ənənəyə çevrilməlidir.

- Partiya qurultay çağırıb sizi yenidən AMİP sədrliyinə gətirmək istəsə...

- Yox, mən o barədə heç düşünmürəm, elə bir fikrim də yoxdur. Bütün ölkədə siyasi partiyalaşma sisteminin təkmilləşməsinə, yenidən qurulmasına ehtiyac var. Siyasi partiyalar hansısa məsuliyyəti üzərlərinə götürməlidir. Əlbəttə ki, hakim partiyanın ideoloqları deyə bilər ki, müxalifət partiyaları, hakimiyyətdə olmayanlar buna hazır deyil, potensialları çatmır. Ancaq hətta çatmasa belə, buna kömək etmək, şərait yaratmaq lazımdır ki, onların potensialı artsın. Bu, dövlətin mənafeyi, güclənməsi üçün vacib şərtdir.
(Bu arada müsahibim pauza verib “sən, deyəsən, məni siyasi söhbətlərə çəkirsən” deyib “iradını” bildirir. Mənsə əsas məsələnin üzərinə gələcəyimi vurğulayıb növbəti suala keçirəm -E.P.)

- Siyasi partiyaların maliyyələşməsi prosesi də gedir, AMİP bu prosesdən kənarda qalsa da. Sizin yanaşmanız necədir?

- Maliyyə ayrılması məsələsini mən hələ 90-cı illərdə irəli sürmüşdüm ki, Azərbaycandakı siyasi təşkilatlar daxildən maliyyələşməlidir, istəyir ianələr, istəyir dövlət yardımı şəklində. Dövlət yardımı şəklində də onların maliyyələşməsinin prinsipləri dəyişməlidir. İndiki prinsiplərlə olan maliyyələşmə, partiyaların inkişafı, ümumiyyətlə, partiyalaşma prosesinin inkişafı üçün yetərli deyil. İndi parlamentdə təmsil olunma prinsipi əsas götürülür. Mən adicə bir şeyi deyə bilərəm ki, bu, ədalətsiz prinsipdir. Çünki nəzəri cəhətdən mümkündür ki, bütün ölkə üzrə seçki keçirilsin və hansısa partiya ölkə üzrə səslərin tutaq ki, 20-30 faizini qazansın, amma bir nəfəri də parlamentdə təmsil olunmasın. Beləliklə, 20-30 faiz seçicilərin sahibi olan partiya maliyyələşmədən kənarda qalır. Bu, ədalətsizdir, bunun haqqında fikirləşmək lazımdır. Ümumiyyətlə, seçki sisteminin haqqında düşünmək lazımdır. Bütün bunlar dövlətimizin güclənməsi üçün vacibdir. Ölkənin güclənməsi üçün daxildə mütəhərrikliyə, hərəkətliliyə, dinamikaya ehtiyac var. Durğunluq ölkəni həmişə zəifliyə aparır.

- Yeri gəlmişkən, bələdiyyə seçkilərində səs verdiniz?

- Yox. Mənim fikrimcə, elə bir seçkinin olmağındansa, olmamağı yaxşıdır.

- Növbəti parlament seçkilərində iştirakınız mümkündür?

- Mən hələ o barədə heç nə fikirləşmirəm.

- İsa Qəmbərin Müsavat başqanlığından gedişini necə qarşıladınız?

- Nə bilim. Neçə il başqan oldu?

- 1992-ci ildən...

- Bir igidin ömrüdür. (gülür) Mən onlardan fərqli olaraq onların partiyadaxili işinə qarışmaq istəmirəm.

- Yeni başqan Arif Hacılı ilə münasibətləriniz necədir?

- Görəndə salamlaşırıq. Əlaqəm yoxdur.

- Son vaxtlar yenidən müxalifətin bir araya gətirilməsi, yeni koalisiyanın yaradılması təşəbbüsləri eşidilir...

- Mən heç bu suallara cavab verməyə ehtiyac görmürəm.

- Yəni real deyil?

- Axı mən ölkə ictimaiyyətinin vəziyyəti haqqında dedim. Ona görə də lətifəyə çevrilmiş fikirlərin müzakirəsindən kənar olmaq lazımdır.

- Etibar bəy, elə isə Rusiya təhlükəsi ilə üz-üzə qaldığı şəraitdə Azərbaycanın Qərblə münasibətlərindəki konfrontasiya şəraitini necə dəyərləndirirsiniz?

- Təhlükəli vəziyyətdir. Çünki Rusiya Azərbaycanı həmişə təhdid edib, bundan sonra da təhdid edəcək. Rusiya dövlətinin xüsusiyyətidir. Bu dövlət yaranandan bu yana qarşısına qoyduğu məqsəd mümkün qədər çox torpaq işğal etmək olub. Çox zaman heç həmin torpaqlardan faydalana da bilməyib. Çünki özünün inkişaf səviyyəsi faydalanmağa imkan verməyib. Ancaq onlar vaxtilə işğal etdikləri əraziləri indi də özlərinin ata-baba malı hesab edirlər. Həm də növbəti dəfə həmin ərazini tutanda bunu işğal yox, özlərinin olan ərazinin geri qaytarılması sayırlar. Məsələn, Krım kimi...Ona görə də bu təhdid var, həmişə də olacaq. İndiki vəziyyətdə Rusiya ilə münasibətlərdə olan ehtiyatlılıq, məncə, düzgün mövqedir. Ehtiyatlı olmaq vacibdir.

Lakin Rusiya ilə münasibətlərin yaxşı olması heç də o demək deyil ki, Qərblə münasibətlərdə kəskin konfrontasiyaya yol verilməlidir və beynəlxalq təsisatlara meydan oxunmalıdır. Çox vaxt da meydan oxuyanlar sabahkı gün hansısa böhranlı vəziyyət yarananda birinci aradan çıxanlar olur, onlar heç bir şeyə görə məsuliyyət daşımır. Təbii ki, məsuliyyət yenə də dövlətin, dövlət başçısının üzərində qalır. Bu gün kiməsə meydan oxuyanlar, kiməsə qarşı bəyanatlar verənlər səhəri gün vəziyyət kəskinləşəndə, yaxud dəyişəndə hamını ittiham etməyə də başlaya bilərlər.

Bizim üçün təhlükə təkcə Rusiyadan gəlmir. Qərb özü də Azərbaycana münasibətində heç də həmişə ədalətli olmayıb və bundan sonra da ondan ədalət gözləməyə dəyməz. Yəni Qərbin də özünün maraqları var. Azərbaycana münasibətdə də, başqa müstəqillik qazanmış dövlətlərdən fərqli münasibət göstərir. Çox zaman bizim bəzi adamlara elə gəlir ki, onlar daxildə güclü demokratik institutların olmasını, onun güclənməsini istəyir. Ancaq çox zaman heç də elə olmur. Azərbaycanda siyasi partiya institutların zəifləməsində Qərbin də rolu böyükdür. Qərbin marağındadır ki, Azərbaycanın daxilində dövlət maraqlarını düşünən, dövlət təfəkkürü olan insanlar, qurumlardansa, 3-4 nəfərin marağına qulluq edən QHT-ləri müdafiə etsin və onlar siyasi təşkilatları əvəz etsinlər. Bu siyasət də uzun müddətdir ki, davam edir, nəticəsi də Azərbaycan üçün o qədər də xoşagələn deyil. Gəlib 15 QHT-ləri yığırlar, siyasi təşkilatları onlara qoşub deyirlər ki, “görüş keçirtdik”. Özünə hörmət edən siyasi təşkilatlar heç o görüşlərə getməməlidir.

- İstiqlalçı deputatların bir qrupu pensiya hüququndan məhrum edilmələri ilə bağlı Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır...

- Onların tələbləri qanunidir və pensiya təminatının nəzərdə tutulması vacibdir. Necə olur “raykom” katiblərinə qanunla xüsusi imtiyazlar verilir, onlar təqaüdlə təmin olunur. İstiqlalçı deputatlara isə təqaüd verilmir ki, siz 1995-ci il Konstitusiyasından əvvəlki dövrə aidsiniz? Bu, məntiqsizdir. Bu məsələ dövlətin daxilində həll oluna bilər, çox böyük vəsait də tələb olunmur. Bunun mənəvi tərəfi də var. Sadəcə buna mane olan adamlar ortalıqda var, onlar kənarlaşdırılmalıdır ki, məsələ həllini tapsın.

- Yəni vaxtilə istiqlalın əleyhinə olanlardan söhbət gedir?

- Bəli, meydan sulayan onlardır...

- Etibar bəy, 20 Yanvar hadisələrinin 25 illiyi ərəfəsindəyik. Yəqin ki, xalqımıza qarşı cinayətə hüquqi qiymət verilmədiyi qənaətindəsiniz...

- Bəli, sona qədər bu, hüquqi qiymətini almadı. Beynəlxalq səviyyədə hadisənin günahkarlarının təqib olunması təşkil olunmadı və bir nəfər də olsun həmin məsələlərə görə cinayət məsuliyyətə görə daşımadı. Buna görə biz dövlət və millət olaraq məsuliyyət daşıyırıq. Həmin hadisələrin bir daha təkrar olunmaması, ona bənzər hadisələrə cəhd göstərilməməsi üçün preventiv tədbirləri görməliydik. Tədbirlər də ancaq o şəkildə olur ki, heç bir şey cəzasız qalmasın. Ancaq təəssüf ki, cəzasız da qaldı, mənim hadisələrdə bilavasitə iştirak edənlər, onları təşkil edənlər və hərbi cinayətin iştirakçıları da məsuliyyətdən kənarda qaldı. (ardı var...)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ETİBAR MƏMMƏDOV MİLLİ ŞURAYA RƏDD CAVABI VERDİ

    ETİBAR MƏMMƏDOV MİLLİ ŞURAYA RƏDD CAVABI VERDİ ...

    5-06-2013, 17:36

  • 
  • Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı

    Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı ...

    19-11-2013, 12:14

  • 
  • “Etibar Məmmədov özü ilə bağlı fərmanın imzalanmasına razı olmadı” - Elçibəyin köməkçisi AMİP liderinə cavab verdi

    “Etibar Məmmədov özü ilə bağlı fərmanın ...

    19-06-2019, 15:46

  • 
  • “Akif Muradverdiyevin həbsində mənim əlim yoxdur"

    “Akif Muradverdiyevin həbsində mənim əlim ...

    28-11-2013, 17:13

  • 
  • MTN Etibar Məmmədovun yaxın adamını həbs elədi

    MTN Etibar Məmmədovun yaxın adamını həbs elədi ...

    16-11-2013, 23:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu