Milli Təhlükəsizlik Nazirliyi sahibkar Vaqif Musayevi həbs edib.
Bu məlumat virtualaz.org saytına mötəbər mənbələrindən daxil olub.
Vaqif Musayev bir vaxtlar AMİP lideri Etibar Məmmədovun yaxın adamı hesab olunub. Belə ki, o, AMİP sədrinin müavini kimi yüksək post tutub.
Əslən Lənkərandan olan V.Musayev uzun illər ərzində respublika miqyaslı ət kombinatına başçılıq edib və müxalifətdəki partiyaları maliyyələşdirib. 2000-ci il parlament seçkilərində onun adı Etibar Məmmədovun partiyasının namizədlər siyahısına daxil edilib. Lakin AMİP həmin seçkilərdə 6 faizlik baryeri aşa bilməyib. Bundan sonra Vaqif Musayev ölkənin siyasi arenasını tərk edib.
Mənbənin virtualaz.org-a verdiyi məlumata görə, Vaqif Musayev bir neçə ay MTN tərəfindən həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevlə yaxın münasibətlərdə olub. V.Musayevin həbsinin “Milli Şuranın hərbi qanadının işi” adlanan işlə bağlı olması istisna deyil.
Saytımıza verilən məlumata görə, Vaqif Musayev MTN əməkdaşları tərəfindən təxminən bir həftə əvvəl həbs olunub. Lakin bu həbs barədə xəbər yalnız bu gün yayılıb.
Xəbərlə bağlı araşdırmalarımız davam edir. Az sonra V.Musayevin həbsinə dair daha əhatəli və dolğun informasiya verməyə çalışacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?