KTMT-nin baş katibi Azərbaycanın təyyarələri vuracağına inanmır
«Biz Azərbaycana ümumqəbulolunmuş normaları dəstəkləyən dövlət kimi baxırıq. Müvafiq olaraq, mən bu qərarı uğursuz zarafat, ya da analoci interpretasiya kimi qəbul edirəm», - yanvarın 29-da Yerevanda keçirilən brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuca Qarabağ üzərində mülki təyyarələrin uçuşlarının qarşısının alınacağı barədə Azərbaycan hökumətinin qərarını şərh edərkən bildirib. «Hesab etmirəm ki, bu gün hansısa dövlət mülki təyyarəni vurmağı özünə rəva görər. Mən mülki təyyarələrin qəsdən məhv edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin əmr vermək niyyətinin və imkanlarının olmasına çox şübhə edirəm. Biz Uzaq Şərqdə faciəni və buna dünya birliyinin reaksiyasını yaxşı xatırlayırıq. Məhz yuxarıda deyilənlər səbəbindən bu informasiyanı ciddi qəbul etmirəm», - Bordyuca vurğulayıb. Yanvarın 18-də Azərbaycan hökuməti AR hava məkanından istifadə qaydalarını təsdiqləyib. Qaydalarla hava məkanının xüsusi istifadə reciminə malik 25 km. enində sərhəd zolağı müəyyən edilib. Sorğu göndərilmədən, HHQ xəbərdar edilmədən, xüsusi icazə olmadan qadağan edilmiş və uçuşların məhdudlaşdırıldığı zonada uçuşlar ölkənin hava məkanının istifadəsi qaydalarının pozulması hesab olunur. Qəbul olunmuş sənəd Qarabağ ərazisi üzərində erməni mülki təyyarələrinin vurulmasına imkan verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?