32 yaşlı Rusiya vətəndaşı Yekaterina Kalivanova iki polis tərəfindən qaçırıldıqdan sonra 10 həftə boyunca cinsi təcavüzə uğrayıb.
Qadının bütün var-dövlətini ələ keçirən polislərdən biri sonda ona aşiq olub və bunun sayəsində o, ölümdən qurtulub.
Y.Kalivanova Moskvada yaşadığı evində 2 həftədən çox müddətdə əsir saxlanılıb. Gənc qadın bu müddət ərzində onu qaçıran polis əməkdaşları Dmitri Prişçenko və Dmitri Solokov tərəfindən seks köləsi kimi istifadə edilib.
Yekaterinanın ləl-cəvahiratına, puluna, evinə və maşınına sahib olan polislər onu dəfələrlə şiddətli dərəcədə döyüb, üzünə silahla zərbələr endiriblər.
Yekaterina yaşadığı dəhşəti belə xatırlayır:
"Hər yerim qan içindəydi. Qanım heç kəsilmirdi. Ayaqlarımdan axan qanın ayaqqabılarımda toplandığını hiss edirdim".
Polislərdən birinin ona aşiq olduğunu deyən gənc qadın onun bu durumundan faydalanaraq mobil telefonundan istifadə etmək şansı əldə edib. O, təcili yardıma zəng edib və vəziyyətini xəbər verərək kömək istəyib.
İki il öncə yaşadığı bu dəhşətdən hələ də özünə gələ bilməyən Yekaterina ona aşiq olan Dmitri Solokovun sözlərini heç vaxt unutmadığını deyib:
"Mənimlə evlənmək və məndən uşaqları olmasını istəyirdi. Bunu təsəvvür edə bilirsiniz?"
Hadisəni törədən polislərin məhkəmə prosesi isə bu il yekunlaşıb. Dmitri Prişçenko qanundankənar təşkilat liderliyi etdiyinə görə 27 il, Dmitri Solokov isə 17 il həbs cəzasına məhkum edilib./publika.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?