İŞİD terrorçu qruplaşması daha 8 nəfəri edam edib.
ANS PRESS-in məlumatına görə, terrorçuların bu dəfəki qurbanları İraq ordusunun hərbçiləri olub.
8 nəfərin hamısı başlarından güllə ilə vurularaq edam olunub. İŞİD-in yaydığı edam videosunun yüksək keyfiyətli olması da diqqət çəkib.
Terrorçular İraqın Səlahəddin vilayətində reallaşdırdığı edamın fotoşəkillərini də internetdə paylaşıb. Öldürülən İraq əsgərlərinin üzərində narıncı paltar olub. İŞİD-in başlarını kəsərək öldürdüyü girovların üzərində də ABŞ-ın Quantanamo bazasında saxlanılan məhkumlara geyindirilən narıncı paltarlar olmuşdu.
Terrorçular öldürülənlərin İraq ordusu üçün casusluq etdiyini iddia edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?