"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması "casus" adlandırdığı 5 Britaniya vətəndaşının edam videosunu yayıb. Milli.Az The İndependent-ə istinadən bildirir ki, videoda İŞİD terrorçuları Britaniyanın baş naziri Devid Kemeronu hədələyiblər, daha sonra isə onu "ABŞ-ın sarsaq köləsi" adlandırıblar. 10 dəqiqəlik videonun əvvəlində əyinlərində narıncı paltar olan 5 nəfər Britaniyaya casusluq etdiklərini söyləyirlər. İŞİD terrorçusu isə deyir: "Günlərin birində Britaniyanı fəth edəcəyik və o ölkə Şəriət qanunları ilə idarə olunacaq". Video növbəti edamların anonsu və balaca uşağın ingilis dilində "Kafirləri orada öldürəcəyik!" deməsi ilə bitir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?