Ukraynada sabiq prezident Viktor Yanukoviçin prezidentliyi dövründə işləmiş 22 keçmiş məmur haqda axtarış elan edilib.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna baş prokuroru Vitali Yarema bildirib.
"İnsanlığa qarşı cinayətlər etmiş vəzifəli şəxslər - Yanukoviç və onun köməkçiləri, hazırda Rusiya Federasiyasındadır və onları saxlamaq bu gün çox çətindir. Buna görə onlar haqda qiyabi qərar qəbul edilib. Bu, onların büdcədən oğurladığı pulları geri qaytarmağa imkan verəcək. Həmin pullar Azarov - Yanukoviçin hökumətinin vəzifəli şəxslərinin hesabındadır", - baş prokuror bildirib.
Onun sözlərinə görə, yalnız Ukrayna banklarında keçmiş məmurların hesablarında 2 milyard dollardan çox pul mövcuddur.
Yarema həmçinin bildirib ki, Donetsk və Luqansk respublikalarının ərazisində işləməyə davam edən Ukrayna prokurorluğunun 38 əməkdaşına qarşı cinayət işi qaldırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?