“Xural” yenidən işiq üzü görməlidir. Bununçün var gücümlə çalışacam“.
Bu sözləri AzNews.az-a açıqlamasında yenicə həbsdən çıxan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib.
Onun sözlərinə görə, yaxın zamanlara böyük bir xəbər portalı yaratmağı planlaşdırır: “Təbii ki, hər şey mənim düşüncələrimdən asılı deyil. Mən həbsə girəndə qoyub getdiyim Azərbaycan mətbuatı ilə azadlığa çıxanda qarşılaşdığım mətbuat eyni deyil. Əksəriyyət satılıb. Mən azad mətbuat adamıyam. Bütün hallarda çalışacam ki, “Xural” işiq üzü görsün. “Xural” çıxmasa, deməli müstəqilliyə imkan yoxdur. Qəzetin saytı da var. Mən həbsdə olanda qəzetin saytı fəaliyyət göstərib. Amma çox passiv olub. Güman ki, saytı da genişləndirib böyük bir xəbər portalı edəcəm”.
Ə.Zeynallı vurğulayıb ki, “Xural”ı bərpa edəcəyi halda heç bir oyuna bulaşmayan gənc jurnalistlərlə işləyəcək: “Köhnə kollektivin nümayəndələri var. Kim istəsə, gələcək. Mənim o vaxtkı kollektivimin üzvləri müxtəlif yerlərdə işləyirlər. Amma mən əsasən yeni nəfəs, yeni jurnalistika ilə işləmək istəyirəm. İstəyirəm ki, heç bir oyunlara bulaşmamış cavan gənclər olsun. Mən həmişə gənclərə önəm vermişəm”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?