Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılacaq. Məhbus jurnalistin xanımı Məlahət Zeynallının bildirdiyinə görə, prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək.
Əvəz Zeynallı apellyasiya instansiyasına Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib (Media forum).
Əvəz Zeynallı Mətbuat Şurasının 2011-ci ildə “Xural”ın “reket qəzet” elan edilməsi və qəzetin adının “qara siyahı”ya salınması haqda qərarının qanunsuz hesab olunması, məhkəmənin Mətbuat Şurasını səlahiyyətlərini aşmaqda təqsirli bilərək xüsusi qərardad çıxarması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdi. Sentyabrın 2-də Nərimanov məhkəməsi iddianı təmin etməyib.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?