Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gün ərzində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyinin arabir 30-35 m/s-dək şiddətlənəcəyi, küləyin ani maksimal sürətinin isə 38-40 m/s-yə çatacağı gözlənilir.
Çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Temperaturun gecə 1-3° isti, gündüz 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək. Nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15°-yə enəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturu gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havaın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacağı gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?