Limonaddan zəhərlənmə halı ilə bağlı araşdırmalara başlanıldı.
İmişlidə bir ailənin 3 üzvü limonaddan zəhərlənib. İlkin versiyaya görə limonadın içindən siçan çıxıb.
Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat ximətinin rəhbəri Fazil Talıblının AzVision.az-a verdiyi məlumata görə, artıq məsələ ilə bağlı Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?