Almaniyanın Delmenxorst şəhərində klinikada çalışmış keçmiş sanitar kritik vəziyyətdə olan 30 xəstəni öldürdüyünü etiraf edib.
gundemxeber.az ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata Oldeburq məhkəməsinin cinayət araşdırması çərçivəsində məhkəmə ekspertizasını aparmış psixiatır açıqlama veirb. 38 yaşlı Nilson adlı sanitarın məhkəməsi sentyabr ayından bəri davam edir.
O, 3 pasientin qətlində və reanimasiyada olan daha 2 xəstəyə ölümcül iynə vurmaq cəhdində ittiham olunur.
Hadisələr 2003-2005 ci illəri əhatə edir. Müdafiə tərəfinin dediyinə görə, sanitar iş başında “darıxıb”, özünün dediyinə görə öz mükəmməl reanematoloq bacarıqlarını sınamağa çalışıb. Prokuror bildirib ki, iynə ilə zəhərləmə ilk cəhddən baş tutmadıqda, Nils ikinci cəhdə əl atırdı. Psixiatrik ekspertiza nəticəsində məlum olub ki, qatil sanitar bu yolla 60 dan çox xəstəni öldürməyə çalışıb, ancaq xoşbəxtlikdən bədənlərinə yeritdiyi dozalar ölümcül olmayıb.
Onun həmkarlarından biri xəstənin ürəyinə preparat yeritməyə çalışan zaman cinayət başında yaxalayıb.
Qeyd edək ki, 2003-cü ildə həmin klinikanın intensiv terapiya palatasında 177 nəfər vəfat edib. - See more at: http://qizilpero.az/news/view/1144#sthash.6VEuW00g.dpuf
Sorğu
Yeni dizaynımız necədir?