GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bəyəm sən “blatnoysan”, “vorvzakonsan”?” – Hikmət Hacızadə "Polit-10"da

“Bəyəm sən “blatnoysan”, “vorvzakonsan”?” – Hikmət Hacızadə "Polit-10"da

Tarix: 9-01-2015, 16:05 Bölmə :Ölkə Baxış: 0
“Bəyəm sən “blatnoysan”, “vorvzakonsan”?” – Hikmət Hacızadə "Polit-10"da

O, Meydan hərəkatının liderlərindən biri və az sonra Azərbaycanın Rusiyadakı səfiri olub. İxtisasca fizikdir. Universitet illərində rokçu kimi tanınıb.

Hafta.az-ın “Polit-10” layihəsinin budəfəki qonağı politoloq Hikmət Hacızadədir. Onunla 61 illik ömrünün maraqlı anlarını vərəqləməyə çalışdıq. Məqsədimiz isə Hikmət bəyin yaşam tərzindən, həyat səhifəsindən oxucularımız üçün nəsə “oğurlamaq” idi.

Əvvəlcə bizə bir çay dəmlədi. Sonra özü bişirdiyi piroqun tamına baxa-baxa sual-cavaba başladıq.

- Hikmət bəy, bir az Şəkidən - uşaqlığınızdan danışaq. Şəki ləhcəsini unutmamısınız ki?


- Mən əfsus ki, virtual şəkiliyəm. Atam-anam şəkilidir. Orada doğulub. Mən Bakıda anadan olmuşam. Amma yayda gedib Şəkidə qalırdıq. Mənim babamın orada böyük evi vardı. Orada qalırdıq. Bakıda məktəbə getmişəm. Özümü də xarakter cəhətdən şəkili hesab edirəm. Şəki ləhcəsini o qədər də bilmirəm. Amma xarakterimdə şəkililərə xas olan yumoristik cəhətlər çoxdur. Şəki ləhcəsində danışsam, o saat başa düşərlər ki, qondarma şəkiliyəm.


- Uşaqlıqda ilk olaraq hansı məslək sahibi olmaq istəmişdiniz?


- Bilirsiniz, mən həmişə azadlıqsevər olmuşam. Lap kiçik yaşlarımdan azadlığa üstünlük vermişəm. Yadımdadır, uşaq olanda iştahım pis idi. Zorla yemək yedizdirirdilər. Mən buna etiraz edirdim. Aclıq elan edirdim. "Məni adam kimi yedizdirin, zorla yedizdirməyin", - deyə etirazımı bildirirdim. Mənə elə gəlir ki, o vaxtdan bəri dəyişməmişəm. Azadlıq mənim üçün hər şeydir. Zorakılıq olmasın, azadlıq olsun. Bax, mənim məsləkim bunlardır. Azadlıq və yaradıcılıq...


- Uşaqlıq, gənclik dostlarınız çoxdurmu? Onların arasında məşhur olanları varmı?


- Bəli, var. Olduqca çoxdur. Həmişə, hər zaman onlarla əlaqə saxlayıram. Tez-tez görüşürük. Necə yəni məşhur?


- Məsələn, sizin kimi?


- Yox, mən məşhur deyiləm (gülür və başını aşağı salır). Dostlarımın hamısı da mənim kimi sadə, öz işində, gücündə olan adamlardır. Məşhurluq başqa şeydir... Hər zaman dostlarımı itirib-axtarıram. Həmçinin, onlar da məni.


- Sizcə, bir fizik siyasətə hansı töhfələr verə bilər?


- Çox böyük töhfələr verə bilər. Kaş bütün siyasətçilər fizik olaydı. Mən özüm də fizikəm. Çünki fiziklər hər şeyin mahiyyətinə baxırlar. Məsələn, riyaziyyatçı bir kortofu şara bənzədəcək. Müəyyən bir fikrə gəlmək üçün fərziyyədən istifadə edəcək. Amma fizik deyəcək ki, bu hara kartofudur, Gədəbəyindir, İranındır, ya Pakistanındır? Çürükdür, ya sağlamdır? Dözümlülüyü nə qədərdir? Bax, ondan sonra qərarını verəcək. Bəzi elmlərdə isə bu yoxdur.


- "Svaboda" qəzetində redaktor olmusunuz? Senzura altında işləmək necə idi?

- Biz hər şeyi verirdik. “Azadlıq” qəzetinin yanında çıxırdıq. Redaksiya eyni idi. Bilirsiniz, həmin vaxt ikitirəlik idi. Nə istəyirdin yazırdın. Kimi istəyirdin söyürdün. O zamanlar qəzetlərin ən demokratik vaxtı olub. Həm də o zaman bir tərəfdə kommunistlər vardı, digər tərəfdə isə xalq cəbhəsi. Bir tərəfdə mənfi, digər tərəfdə müsbət olanda xaos olur. Orada da həmişə demokratiya olacaq. Yox hər iki qütb müsbət və ya mənfi olanda heç nə alınmayacaq.


- Siz Azərbaycanın Rusiyada səfiri olmusunuz. Elə sirlər varmı ki, indi o sirləri açmağın vaxtı çatıb?

- Yox, elə bir sirlər olmayıb. Ümumiyyətlə, indinin özündə də Azərbaycanla Rusiya arasında elə bir gizli xüsusi nəsə yoxdur. İndi sirr qalıb ki? Hər şey açılıb-tökülüb. Sirlər on doqquzuncu əsrdə, 20-ci yüzilliyin əvvəllərində vardı. Hitlerlə Stalin arasında gizli protokollar olub. Bizim vaxtımızda Azərbaycanla Rusiya arasında belə sirlər yox idi. Həm də Snouden, Culian Assanc gəldi. Hər şeyi açıb-tökdü. Şəxsən məndə də elə bir siyasi sirr yoxdur.


- Verdiyi qərarlarına və ya şəxsiyyətinə hörmət etdiyiniz diktator olubmu?


- Ümumiyyətlə, mənim diktatorluğa münasibətim çox pis olub. Mən azadlığı sevmişəm. Öz həyatımda da bunu tətbiq etməyə çalışmışam. Yox, elə bir adam olmayıb. Amma Atatürkü çox sevmişəm. Demokratika qanunlarına görə, onu diktator kimi götürürlər. O, ayrı insan idi. İndi hansısa gədə gəlib ona qarşı çıxır. Nə bilim, ”neo Osmanlı” gətirir, neynir... Düzgün deyil. Mənim o insana rəğbətim böyükdür.


- Hikmət bəy, "xalq cəbhəsi" sizin üçün hansı anlamı ifadə edir?


- Çox böyük anlam ifadə edir. Meydan hərəkatı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Çünki proseslərdə xalq özü iştirak edirdi. Orada bu xalqın fəhləsi də, kolxozçusu da vardı. İlk dəfə idi ki, sadə xalq meydanlara axışıb, öz müqəddəratını təyin edirdi. Düzdür, Şah Abbas və digərlərinin vaxtında da xalq kütlələri iştirak edirdi. Amma o zaman bir nəfər kimsə xalqı arxasınca aparıb gedirdi. Meydan hərəkatı isə bu baxımdan fərqli idi.


- Siz həm də rokçu olmusunuz. Sovet gəncinin roka həvəsi nədən qaynaqlanırdı?


- Amerika simpatiyasından və ənənəviliyə üsyandan. Universitet vaxtı da rok qrupumuz vardı. Mənim kompüterimdə hər cür musiqi var. Hamısına da qulaq asıram.


- Hansı musiqi alətlərində ifa etməyi bacarırsınız?


- Gitara çalıram. Hərdən də piano çalıram. Arxamızdakı bu piano həyat yoldaşımındır. Onlar çalır. Mən özüm 5-ci sinifə qədər Bülbül adına orta ixtisas musiqi məktəbində oxumuşam. Musiqini çox sevirəm. İnsanı sakitləşdirir və ilhamlandırır. Həm də çox informasiya gətirir. Zənginlikdir də. Hər kəsə məsləhət görürəm. Muğamdan, sazdan tutmuş sinfonik musiqiyə qədər istənilən hər şeyə qulaq asa bilərəm.


- Azərbaycanlı deyiləndə ağlınıza ilk olaraq kim gəlir?


- Mənim çevrəmdə belə adamlar çoxdur. Öz həyat yolumda, ağıllı, qeyrətli vətənpərvər insanlar kifayət qədər olub. Mən gizlətmirəm, onların çoxu hərəkatda idi. Əgər insan özü-özünə intellektualdırsa, fədakar deyilsə və fəaliyyəti yoxdursa, o insan mənim üçün yoxdur. Belələrini tam, bütöv insan hesab etmirəm. Kimsə gedib Moskvada, Rusiyanın başqa yerlərində "rusun incəsənət qəhrəmanı" olur, amma Azərbaycan üçün heç nə etmirsə, o insan mənim üçün yoxdur. İnsan hərtərəfli, kompleks olmalıdır. Məsələn, İsaxan Aşurov (divarda asılmış şəklini göstərir) hüquq müdafiəçisi idi. Bizim dostumuz idi. Fədakarcasına vuruşurdu. Rəhmətə gedib. Cəbhədə vuruşurdu. Ermənilərə qarşı döyüşürdü. Belə adamlar çoxdur. Mən bu insanları sonradan tanımışam. O zaman - sovet vaxtı belə deyildi. Deyirdilər ki, biz millət deyilik. Biz satqınıq. Bizdən heç zaman adam olmayacaq. Bizim aramızda bir kişi yoxdur. Bəli, belə şeylər vardı. Xalqı susdurmuşdular. Mikayıl Müşfiqlərin də hamısını yaddaşlardan silmişdilər. Bir dənə Səməd Vurğun qalmışdı. Bir az millət söhbətləri başlayanda deyirdilər ki, yox e, bizdən adam olmayacaq. Xalq cəbhəsi meydana çıxanda birdən-birə elə gözəl insanlar meydana gəldi (kinayə ilə deyir və acı bir təbəssüm edir). Şüur dəyişdi. Bizdə qəhrəmanlar var. Başqa millətlərdən heç nəyə görə geri qalmırıq. Fədakarlarımız da var. Bayraq üçün ölənlər də var. İndi xəbərləri gəlir. Stalinin kəsəkəs vaxtında iki gənc Qız qalasına 3 rəngli bayrağımızı sancmışdı. Onları güllələdilər. O zaman bu bayraq üçün insanlar Sibirə sürgünə və güllələnməyə gedirdi.


- Səməd Vurğunun səviyyəsiz şair olduğunu demisiniz. Ruhunuzu oxşayan Azərbaycan şair və yazıçılarından kimlərin adını çəkə bilərsiniz?


- Ruhumu oxşayan Azərbaycan şairləri var, çoxdur. Almas İldırım, Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid. Sadalamaqla bitməz. Bunları biz indi–indi tanımağa başlamışıq. O vaxt Müşfiq kimilərini üzə çıxmağa qoymurdular. Vəziyyət başqa cür idi. Səməd Vurğundan güclü Azərbaycan şeiri yazan yoxdur? Başqaları da var. Ancaq onu gözə soxublar. Millətin beyninə onu yeridiblər. Səməd Vurğunun yazdıqları reallıq deyil, utopiyadır. Deyir ki, çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan. Onun vaxtında Azərbaycan xalqı hansı şəraitdə yaşayırdı. Pambıqda, orda-burda, dilənçi kökündə idi. Yaxud da “Vaqif” dramında Vaqiflə Qacarı qarşılaşdırır. Qacar deyir ki, baş əymədin? Deyir, əymədim bəli. Bəyəm sən “blatnoysan”, “vorvzakonsan”? Bu şahdır, sənsə şair. Demirəm, ola bilər ki, kimdəsə elə bir iradə ola bilər. Amma içində. Ancaq o dövrdə elə bir ənənə yox idi axı. Bu xalq hələ də elə bilir ki, Səməd Vurğundan güclü yazan yoxdur.


- Gənclərin yazılarını oxuyursunuzmu?


- Hamısını oxuyuram. Siz gənclərin aranızda nə baş verdiyindən xəbərim var. Xüsusən də oğlumun vasitəsilə. Soruşuram ki, nə edirlər, necə yaşayırlar, nə yaradırlar. Kim nə kitab yazırsa, gətirib mənə hədiyyə edir. Seymur Baycan, Günel Mövlud... o dəstənin hamısından xəbərim var. Oxuyuram, yazışıram.


- Seymur Baycana, Günel Mövluda münasibətiniz...


- Müsbətdir. Mən istəyirəm ki, onlar əsərlərini Biləcəridən o yana - dünyaya çatdırsınlar. Bunlar üçün geniş auditoriya olmalıdır. Reklamı getməlidir. Yazanlar elə yazmalıdır ki, başqa millətlərin, cəmiyyətlərin də marağı olsun. Necə ki, vaxtında Əkrəm Əylislini, Mövlud Süleymanlını Moskvada tərcümə edirdilər. Orada bu əsərləri rusca oxuyurdum və fəxr edirdim. Aspiranturanı Moskvada oxumuşdum. Mövlud Süleymanlının kitabını mənə verdilər. Oxudum. Çox gözəl əsərlər idi. Ona görə də deyirəm ki, bir az da dünyanı fikirləşmək lazımdır. Dünya üçün yazmaq lazımdır.


- Bəs Əkrəm Əylislinin "Daş yuxuları"na münasibətiniz necədir?


- Çox mənfidir. Təkcə onun erməni fintlərinə görə yox. Təkcə onu demirəm, incəsənətdə bir neçə belə adam görürəm ki, qorxu hissi onları bürüyüb və dəyişdirib. Bunlar dəyişikliklər qorxusudur. Xaos və "krizis" qorxusu... Bir sıra baş verən hadisələr nəticəsində böyük dəyişikliklər oldu. Onların beyni bunu qəbul edə bilmir. Əkrəmin ermənilər haqqında yazdıqlarını bir qırağa qoyuram. Romanında yazır ki, "şəhərdə dəstələr gəzirdi. Onlar qışqırır, mən onları başa düşmürəm. Onların qabağında əli zəncirlilər gedir". Daha nələr-nələr... Yəni o zaman başlayan xalq hərəkatı bunlar üçün bir faciə idi. Əkrəmin kitabı Moskvada çıxmışdı. Mənə də bağışlamışdılar. Həmin kitabda onun bir neçə hekayəsi yer almışdı. Bir də bu "Daş yuxular"ı vardı. Həmin kitabın sonunda da məşhur bir ədəbiyyatçı vardı, Lev Anninskiy, o bu əsərə resenziya yazmışdı. Fərəhlənirdi ki, sağ olsun bu adam erməni məsələsini humanizmlə yazıb. Bu məsələləri qaldıra bilib. Sonra yazısının sonunda bir cümlə işlədir. Deyir ki, bu əsərdə verildiyinə görə, dəstələr gəzirdi. Ora-bura qaçıb, qışqırırdılar. Ay Əkrəm, axı sən onu yazmamısan axı, görək, onlar nə qışqırırdılar? Niyə sən özün eşitmədin, görmədin ki, nə qışqırırdılar? Bax, bunu həmən Anninskiy yazıb. Görünür həmin ədəbiyyatçı özü demokrat adamdır. Həmin zamanlar Rusiyada o xaosu yaşayıb, qəbul edib. Başa düşüb ki, Əkrəm Əylisli bu məsələni başa düşməyib. Əkrəm yazır: "Gün qalxır. O yandan gözəl mənzərə açılır. Erməni ustası mənim qapımda kafel qoyur... ". Həyat təkcə bundan ibarət deyil. Faciəsi var, komediyası var. Amma onların beyni bunu qəbul edə bilmir. Bu Əkrəm də həmin qorxu xəstəliyinə yoluxub. Burada rejim qorxusundan söhbət getmir. Söhbət burulğan qarşısında duruş gətirə bilməməkdən, o burulğanı başa düşməməkdən gedir. Bu qorxunu həm Əkrəmdə, həm də Vaqif Səmədoğlunda gördüm. Onun pyeslərinə, dramlarına baxanda da bunu duymaq olur. O böyük burulğanı başa düşmək üçün insanın içərisində nəsə olmalıdır. Amma o bunlarda yoxdur. Ramiz Rövşəndə isə var.


- Qloballaşmaya münasibətiniz...


- Çox müsbət. Qloballaşmadan qorxan insanlar öz ağalıqlarını itirməkdən qorxan insanlardır. Bu evin sahibi mənəm. Şaham. O deməkdir ki, mən arvadımı elə ömrü boyu döyüb-söyməliyəm? Əgər sənin də yaxşı xüsusiyyətlərin varsa, qoy dünya da onu götürsün. Qloballaşma yaxşı şeylərin mübadiləsidir.


- Milliyyətinizi soruşanda özünüzü necə təqdim edirsiniz?


- Mən türkəm. Atam, anam da türk olublar. Onların pasportlarında da milliyyətləri türk olaraq yazılmışdı. Azərbaycan türkü, bax belə ifadə edərdim. Ümumiyyətlə, milliyyət anlayışı bir az fərqli anlayışdır. Ürəkləmi, genetika iləmi bağlıdır, bax bunu təsbit etmək bir az çətin məsələdir.


- Bizə arzunuz...


- Sizə uğurlar arzu edirəm. Yeni yaradıcılıq zirvələri fəth etmənizi diləyirəm.

- Sağ olun.


- Buyurun, siz sağ olun.

Tural Turan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu

    Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu ...

    4-09-2014, 13:12

  • 
  • “Sabirabadlı Hikmət”in heç yerdə görmədiyiniz VİDEOSU...

    “Sabirabadlı Hikmət”in heç yerdə görmədiyiniz ...

    10-08-2016, 22:43

  • 
  • Hikmət Hacızadə: ''Rusiyanın davranışı çox müəmmalıdır''

    Hikmət Hacızadə: ''Rusiyanın davranışı çox ...

    5-04-2016, 14:39

  • 
  • Sonuncu Klençarlini də itirdik – Hikmət bəyi

    Sonuncu Klençarlini də itirdik – Hikmət bəyi ...

    20-11-2020, 11:46

  • 
  • Hikmət Hacıyev: "Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib"

    Hikmət Hacıyev: "Ermənistanın təcavüzü ...

    13-11-2020, 19:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu