GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sonuncu Klençarlini də itirdik – Hikmət bəyi

Sonuncu Klençarlini də itirdik – Hikmət bəyi

Tarix: 20-11-2020, 11:46 Bölmə :Cəmiyyət Baxış: 276
Sonuncu Klençarlini də itirdik – Hikmət bəyi


Bundan əvvəl lord Klençarli bənzətməsini daha iki nəfərə aid etmişəm – Tofiq Qasımova və Vurğun Əyyuba.

Onların hər ikisi xalq hərəkatının fədakar, əqidəli, gözü-könlü tox, həm də nakam, ictimai-siyasi arzularına çatmayan liderləri idilər. Ölkəmizin tarixində müsbət səciyyəli parlaq sima kimi qalacaqlar.

Bu gün aramızdan ayrılmış Hikmət Hacızadə də onlardan biriydi. Lord Klençarli adlanmağa hamıdan çox onun haqqı var.
2003-cü ilin oktyabrında məhz o, böyük yazıçı Viktor Hüqonun “Gülən adam” romanından bir parçanın elektron variantını redaksiyamıza gətirmiş, tərcümə edilib qəzetə verilməsini tövsiyə etmişdi. O zaman o parçanı əməkdaşımız Rahib Kazımlı tərcümə etdi, verdik.

Həmin parça lord Klençarli barədə idi. Unikal bir nəsr nümunəsidir.

Klençarli barədə qısa icmal bu cürdür: O, İngiltərə kralını devirib respublika quran, parlament üsul-idarəsi bərqərar edən Oliver Kromvelin komandasında yer alıb. Respublikanın süqutundan sonra bir çox silahdaşları hakimiyyətə qayıtmış kralın tərəfinə keçərək, yenidən vəzifələrdə, parlamentdə yer alsalar da, lord Klençarli “ölü respublika”ya sədaqətini qoruyub saxlayıb. Baron, per, lord, zadəgan Klençarli andına sona qədər sadiq qalan adam olub və guşənişin həyat tərzi keçirib.
Hikmət Hacızadə eyni cür prinsipial adam idi, səfini dəyişmədi, əqidəsindən dönmədi, dostlarından üz döndərmədi.
Onun prinsipiallığı radikal səciyyədə deyildi, anlaşmağa, mövqeləri yaxınlaşdırmağa meylli idi. Əsl demokrat idi Hikmət Hacızadə, bir balaca əsəbi adam olsa da, mübahisə zamanı kəskin sözlər işlətsə də, opponentini sona qədər dinləməyi bacarır, öz mövqeyini daha güclü arqumentlərlə əsaslandıra bilirdi.

Müsavat partiyasında qadınlara seçkili orqanlara seçilmək üçün kvota ayrılmasını Hikmət Hacızadə təklif və israrla müdafiə etmişdi. Partiya daxilində seçkili orqanlara namizədləri müəyyənləşdirmək üçün ilkin seçkilərin keçirilməsi də onun təşəbbüsü idi.

Hikmət Hacızadənin parlaq xarakter cizgilərindən biri də o idi ki, xoşuna gəlməyən situasiyalarda sözünü mütləq deyirdi və xoşu gəlməyən adamlara qeyri-səmimi iltifatlar etmirdi, onlara münasibətlərini açıq bildirirdi.

Bir dəfə gözümüzün önündə belə bir hadisə oldu. Pənah Hüseynin birinci dəfə türmədən çıxan vaxtlarıydı, Müsavat partiyasının qərargahına gəlmişdi. Hikmət Hacızadənin də “Demokratiya haqqında 150 işarə” kitabının yeni çıxmışdı. Onlar dəhlizdə rastlaşdılar. Pənah Hüseyn Hikmət Hacızadədən kitab istədi. Hikmət bəy dedi: “Panax, özün bilirsən ki, səndən xoşum gəlmir, ona görə də sənə kitab verməyəcəm”. Pənah Hüseyn onun xasiyyətini bildiyindən incimədi, gülümsədi və dedi: “Heç olmasa, Vaqif üçün ver”. H.Hacızadə yumşaldı: “Hə, Vaqifə verərəm, amma sənə, öləsən də, vermərəm”.
Maraqlıydı ki, Pənah Hüseyn onun xətrini çox istəyirdi. Qəribə münasibətləri vardı. Hər kəs Hikmət Hacızadənin bu xasiyyətini bilir və onunla hesablaşırdı, onun sərt replikaları, yumor və satira dolu atmacaları yaxınında olan hər kəsin üzünə təbəssüm qondururdu.

Hələ onun müsahibələri... Jurnalistlər üçün ən lakonik, ən koloritli analizləri məhz Hikmət Hacızadə verirdi. Əlbəttə, onun dediklərinin bir xeylisi həm diplomatik, həm də etik baxımdan yazıya gəlmirdi, amma durumun ən real, ən dürüst təsbitini verirdi.

İşıqlı, optimist, realist, pozitiv adam idi Hikmət Hacızadə. O, bütün ictimai-siyasi fəaliyyətini ölkəsində demokratiyanın, haqq-ədalətin bərqərar olunmasına həsr etmişdi, kitablar yazır, müsahibələr verir, bu istiqamətdə maarifçilik işi aparırdı. Hikmət bəy əmin idi ki, əvvəl-axır savadlı və demokratik prinsiplərə sadiq gənclər ölkənin taleyini yaxşılığa doğru dəyişəcəklər.

Heyf, çox heyf ki, amansız qəzavü-qədər bu işıqlı insanın öz ictimai arzularının reallaşmasını görməyə imkan vermədi və Hikmət Hacızadə aramızdan vaxtsız ayrıldı.

Varlığıyla, söhbətləriylə insanları pozitiv ovqata kökləyən bəy, Allah sənə rəhmət eləsin. Hərəkat və əqidə yoldaşların səni heç vaxt unutmayacaqlar./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Milli Musiqi Günüdür

    Bu gün Milli Musiqi Günüdür ...

    18-09-2020, 11:23

  • 
  • Ermənilər “Quran”ı talış dilinə tərcümə edirlər

    Ermənilər “Quran”ı talış dilinə tərcümə edirlər ...

    20-05-2013, 19:39

  • 
  • Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu

    Hikmət Hacızadənin də hesablarına həbs qoyuldu ...

    4-09-2014, 13:12

  • 
  • “Ərim evə gəlmirdi, mən də ona cəza vermək üçün oğlumu öldürdüm” – DƏHŞƏTLİ CİNAYƏT

    “Ərim evə gəlmirdi, mən də ona cəza vermək üçün ...

    2-06-2018, 21:01

  • 
  • Putin və Ərdoğanın görüşündə tərcümə xətası

    Putin və Ərdoğanın görüşündə tərcümə xətası ...

    15-11-2017, 00:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu