Əhməd Muxtarov özündən şirkət yaradıb yol pulunu yeyir; rayonda dövlət səviyyəsində maxinasiyalar həyata keçirilir
Hacıqabul rayonundan daxil olan məlumata görə, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək dövlətdən ayrılan yüzminlərlə manat vəsaiti mənimsəyir. Həmin şirkətin isə üçün “Muğan-1” firması olduğu bildirilir və rayonun bəzi yollarının təmiri üçün adı çəkilən müəssisənin hesabına son bir neçə ayda 450 min manat vəsait köçürülüb. İcra başçısının əli ilə tenderin qalibi olan “Muğan-1” firması çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Belə ki, icra hakimiyyətindəki etibarlı mənbəmizin iddiasına görə adı çəkilən firma kənd yollarının tikintisi üçün hazırlanan layihəyə sadəcə kağız üzərində əməl edərək ayrılan vəsaiti n təxminən yarısını mənimsəyib. Yəni asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun firması bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. İcra hakimiyyətindəki mənbə iddia edir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin təmiri abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir. Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həmdə rayonun bir çox münbit ərazisində heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri yaratdığı da bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir. Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarda rüşvət aldığı iddia olunur.
Sorğu
Yeni dizaynımız necədir?