Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.
Sorğu
Yeni dizaynımız necədir?