Yanvarın 16-da isə tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə hazırlıq iclası keçiriləcək.
Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) yanvarın 14-də yaydığı bəyanatda bildirir ki, bu məhkəmələr insan haqları müdafiəçilərini susdurmaq kampaniyası çərçivəsində ilk proseslərdir.
Qurumun nümayəndə heyəti yanvarın 4-dək 8-dək Bakıda olub, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşməyə çalışıb.
Görüş siyahısına həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılova və hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Anar Məmmədli, Bəşir Süleymanlı və Hilal Məmmədov da daxil idi. Ancaq israrlı xahişlərə baxmayaraq, bu görüşlərə icazə verilməyib.
"Son aylar QHT-lər və onların rəhbərləri üzərinə böyük ağırlıq düşüb. Bu gün vətəndaş cəmiyyəti özünü senzuraya və repressiyaya məruz qalıb," bunu FİDH-nin vitse-prezidenti Tolekan Ismailova deyib.
Qurum Cəfərov və İntiqam Əliyevin məhkəmələrinə müşahidəçilər göndərəcək və yanvar missiyasına dair hesabat hazırlayacaq.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları adı çəkilən şəxslərdən başqa Azərbaycanda 100-ə yaxın siyasi məhbuslar olduğunu bildirirlər.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi motivlərlə heç kəsin həbs edilmədiyini, adı çəkilən şəxslərin isə konkret cinayət əməllərinə görə ittiham olduqlarını bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?