Korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işlərinin dövlət və qeyri-dövlət orqanları üzrə statistik təhlilinin nəticələri açıqlanıb.
Gundemeber.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2014-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
K.Əliyev deyib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:
"Onlardan 3 cinayət işi sosial müdafiə sahəsi üzrə 14 şəxs barəsində, 2 cinayət işi Əmlak Məsələlələri Dövlət Komitəsinin 2 işçisi barəsində, 7 cinayət işi yerli icra hakimiyyəti orqanlarının 7 əməkdaşı barədə, 4 cinayət işi 4 bələdiyyə işçisi barəsində, 3 cinayət işi Səhiyyə Nazirliyinin 3 əməkdaşı barəsində, 19 cinayət işi təhsil sahəsində çalışan 37 şəxs barədə, 1 cinayət işi Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barədə, 3 cinayət işi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 4 işçisi barəsində, 18 cinayət işi bank və bank olmayan təsisatların 69 işçisi barəsində, 1 cinayət işi "Azərenerji"nin 1 işçisi barədə, 1 cinayət işi "Azəriqaz"ın işçisi barədə, 1 cinayət işi təbiəti mühafizə sahəsində çalışan 1 işçi barədə, 1 cinayət işi prokurorluq orqanlarının 1 işçisi barədə, 2 cinayət işi Daxili İşlər Nazirliyinin 3 işçisi barədə, 4 cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin 8 işçisi barədə, 60 cinayət işi özəl sektorda çalışan 70 şəxs barədə, o cümlədən 7 cinayət işi tikinti sektorunda çalışan 10 şəxs və digərləri barədə olub".
Onun sözlərinə görə, hazırda icraatda olan cinayət işləri də var: "Hazırda Baş İdarənin İstintaq şöbəsi tərəfindən 118 korrupsiya cinayəti üzrə ibtidai araşdırma işləri davam etdirilir. Bu ilin əvvəlindən bəzi cinayət işləri artıq məhkəmələrə də göndərilib".
Sorğu
Yeni dizaynımız necədir?