“Kimlərsə mənim bu ölkədə yaşamağıma imkan verməyəcəksə, bu, hal baş verəcək”
"Əgər mənə qarşı təzyiqlər güclənərsə, ölkədən gedəcəyəm." Bunu SalamNews-a Xalq yazıçısı Əkrəm Əylisli bildirib. Onun evinin qarşısında gənclərin keçirdiyi etiraz aksiyasına münasibət bildirən Ə.Əylisli deyib: "Mən heç vaxt ölkədən getmək fikrində olmamışam və arzu etməmişəm ki, bu, baş versin. Lakin kimlərsə mənim bu ölkədə yaşamağıma imkan verməyəcəksə, bu, hal baş verəcək. Amma ölkədən getmək mənim qarşımda dağ kim dayanıb. Mənə qarşı bu cür hərəkətlərə çox pis baxıram. Əsərimi xalqın əleyhinə əsas kimi qələmə vermək olmaz."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?