Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, son zamanlar Azərbaycanın regionlarında baş verən etiraz aksiyalarının davamlı xarakter alması artıq hakimiyyətin üst düzəyini də hərəkətə gətirib. Bu barədə danışan hökumət içindəki qaynaq iddia edir ki, artıq məsələnin tam olaraq təhlükəli nöqtəyə çatmasına əmin olan rəsmi dairələr vəziyyətin nəzarətə alınması üçün ciddi tədbirlər planı hazırlayıblar. Mənbə iddia edir ki, əslində rayonlardakı aksiyalar heç də təsadüfən baş vermir ki, bu da hakimiyyətiçi olaylarla əlaqələndirilir: «Təbii ki, bütün bu prosesləri yönəldən qüvvələr var. Hər bir rayona sanki bir nəfər «qarışdırıcı» təhkim olunub. Artıq bütün bunların müəyyənləşdirilməsi üçün hakimiyyətin ən üst dairələri tərəfindən məxfi araşdırmaçı qrup yaradılıb». Mənbənin sözlərinə görə, araşdırmalarda məqsəd baş verənləri nəzarəti altında saxlayan qüvvə(lər)in müəyyən olunaraq zərərsizləşdirilməsidir. Təbii ki, burada hansı qüvvələrin təhrikedici rolunda çıxış etdiyini təxmin etmək o qədər də çətin deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?