Neftin kəskin uzuczalmasından və manatın ikinci develvasiyasından sonra vəziyyət günü-gündən pisləşir. Nəyinki xaricdən idxal olunun məhsulların, həmçinin yerli istehsalın da qiyməti dəfələrlə artıb. Artıq mağazalarda ərzaq qıtlığı yaranıb. Həmçinin büdcə təşkilatlarında çalışanların maaşlarının ödənilməsində də ciddi problemlər var.
Bunun nəticəsidir ki, son iki gündə müxtəlif rayonlarda etiraz aksiyaları keçirilir. Bəzi icra başçılarının iddia etdiyi kimi xalq spirtli içkilərin kartla satışına yox, kəskin qiymət artımına etiraz edir. Son iki gündə Lənkəran, Ağsu, Siyəzən, Lənkəran, Fizuli, Ağcabədi rayonlarında yüzlərlə insan ayağa qalxaraq, bahalaşmaya etiraz edib. Düzdü, bəzi yerlərdə aksiyalar müxtəlif üsullarla yatırılıb. Amma qarşıdakı günlərdə etirazların yenidən baş qaldıracağı istisna deyil.
Təbii ki, bu aksiyalar ən çox icra başçılarını narahat edir. Çünki bu tip etiraz aksiyaları ilk növbədə icra başçılarının kreslosuna öz təsirini göstərir. Etirazları başlamadan yatıra bilməyən başçılar hakimiyyətin yuxarı dairəsinin gözündən düşür ki, bu da onların tezliklə vəzifələrini itirməsi ilə nəticələnir.
Elə bunun nəticəsidir ki, icra başçıları bütün yollardan istifadə edərək aksiyaları yatırmağa, xalqın səsini batırmağa çalışır. Amma onların bütün cəhdlərinə rəğmən hakimiyyətin yuxarı dairələri bölgələrdə baş verənləri görür və baş verənlər onların ayağına ayağına yazılır.
Hakimiyyətə yaxın mənbələrin verdiyi məlumata görə, artıq 5 icra başçısı "qara siyahı"ya düşüb. Bunlar son günlərdə etiraz aksiyalarının baş verdiyi rayonlara rəhbərlik edən şəxslərdir. Onların kimliyini də dəqiqləşdirmək mümkün olub. Mənbənin verdiyi məlumata görə, Taleh Qaraşov (Lənkəran), Asif Huseynov (Siyəzən), Ənvər Seyidəliyev (Ağsu), Alı Alıyev (Fizuli) və Şahin Məmmədov (Ağcabədi) hakimiyyətin qara siyahısına düşən icra başçılarıdır. Mənbə iddia edir ki, tezliklə bu icra başçıları ilə bağlı prezident sərəncamı rəsmi mətbuat orqanlarında dərc olunacaq. (gundemxeber.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?