Azərbaycan dilinin yeni “Orfoqrafiya lüğəti” hazırlanacaq.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli yeni orfoqrafiya lüğətinin nəşri ilə bağlı AMEA prezidenti Akif Əlizadənin rəhbərliyi altında komissiyasının yaradılmasını təklif olunub. İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna 1 ay müddətində aidiyyəti qurumlarla birgə orfoqrafiya lüğətinin qayda-prinsiplərini hazırlayıb Təşkilat Komitəsinin müzakirəsinə təqdim etmək və 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb. Qeyd edək ki, sonuncu "Orfoqrafiya lüğəti" 2013-cü ildə çap olunub. Lüğətdə 110 563 söz var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?