Eışad Abdullayevin şəxsi nümayəndəsi Azad Mursaliyev “Gündəm xəbər”ə yazdı
“Danışmaq istəmirəm, amma haqsızlıq artıq haqqı boğur”
Fəaliyyəti ləğv olunmuş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin Müstəqil İstintaq Komissiyasının fəaliyyəti ilə bağlı məxtubunu ötən saylarımızın birində dərc etmişdik. Bu günlərdə isə Arzu Kazımovun vəkili Ramiz Zeynalov mediada çıxış edərək E.Abdullayevin A.Kazımovla bağlı iddialarına cavab verməyə çalışıb. Vəkilin buna nə qədər buna nail olduğunu isə E.Abdullayevin şəxsi nümayəndəsi Azad Mursaliyev öz yazısında ortaya qoyur. A.Kazımovun vəkilinin fikirlərini alt-üst edən həmin yazını tam şəkildə diqqətinizə çatdırırıq.
Respublikada cərəyan edən adi hadisələrdən belə məlumatsız olan vəkil
Müsahibədə vəkilin ilk cümləsində –“ onu deyim ki, E.Abdullayev məni ən azı tələbəlik illərindən çox yaxşı tanıyır... Əslində, mən onun bu gün(dünən-21.01.2013.Red.) müsavat.com saytına verdiyi məlum açıqlamasını çoxdan gözləyirdim, “ –fikirlərində bir məntiq müşahidə edə bilmirəm, belə ki, əgər vəkil 2003-ci ilin oktyabr ayının 13-dən (Abdullayev Mahir İslam oğlunun oğurlandığı tarix) ta bu günə kimi E.Abdullayevin ərizələrində, müraciətlərində, cıxışlarında, nümayiş etdirdiyi video-roliklərində əksini tapmiş məlumatlarla tanış olsaydı (bu insan respublikada cərəyan edən adi hadisələrdən belə məlumatsız olub) başa düşərdi ki, heç də ehtiyac duyulmurdu bu qədər müddət zərərçəkmişin məlum açıqlamasın gözləsin, çünki, ən azından E.Abdullayev demək olar ki, hər çıxışında müəyyən qədər təkrarçılığa yol verib (obyektiv olmaq üçün bildirmək istəyirik ki, elə bu səbəbdən bəzi hüquq müdafiəçiləri də onu sivil qaydada qınayıblar). Əgər vəkil müsahibə xətrinə bu cümləni işlədibsə, onu başa düşmək olar, axı nə isə söyləmək lazımdır, əks halda müştəri vəkili bacarıqsız saya bilər. Maraqlısı budur ki, hörmətli vəkilin gözlədiyi bu açıqlama demək olar ki, E.Abdullayev tərəfindən bu günə kimi, məlum faktla bağlı istər respublika daxilində (Azərbaycan Respublikasının prezidentinə; Azərbaycan Respublikasının birinci ledisinə; Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinə; Azərbaycan Respublikası Prezident Aparatının Hüquq Mühafizə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinə; Azərbaycan Respublikası Prezident Aparatının İctimayyətlə iş üzrə şöbənin rəhbərinə; Azərbaycan Respublikası Prezident Aparatının Təhsilə Nəzarət şöbəsinin rəhbərinə; Azərbaycan Respublikasının Milli Məclisinə; Azərbaycan Respublikası Baş Prokuroruna; Azərbaycan Respublikası Baş Prokurorunun müavinlərinə; Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəhbərinə; Azərbaycan Respublikası Ədliyyə Nazirinə; Azərbaycan Respublikası MTN-nə; Azərbaycan Respublikası DİN-nə; Azərbaycan Respublikası Təhsil Nazirliyinə; Azərbaycan Ombudsmanına), istərsə də Respublikamızın hüdudlarından kənarda mövcud olan (Amnesty International; Avropa Şurasının Baş Katibi Tyorbor Yaqlandinə; Avropa İnsan Huquqları Komissiyasına; Avropa İnsan Hüquqları Komissarına; Birləşmiş Millətlər Teşkilatının Baş Katibi Ban-Ki-Muna; Birləşmiş Millətlər Təşkilatının “İnsan Hüquqlarının Mühafizə Komitəsinə”; Avropa Şurasının Parlament Sədri Mevlut Cavuşoğluna; Avropa Birliyi Katibinə; Avropa Birliyi Genişlənmə və qonşuluq Siyasəti üzre Ali komissiyasına-Ketron Areston; “HUMAN RIGHTS WSTCH” Avropa və Asiya üzrə Direktor əvəzi Rachel Denberə; Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya; Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hilari Klintona; Fransa Prezidenti Nikolya Sarkoziyə; İngiltərənin Baş Naziri Devid Kemerona; Almaniyanın Baş Naziri Angela Merkelə; İsvecrə, Bern Baş Naziri; Kanada Baş Naziri Stephen Harperə; Belcika Baş Naziri Jean Claude; Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğana; Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə; Rusiya Fderasiyasının Baş Naziri Dmitriy Medvedevə; Rusiya Federasiyasının Dövlət Dumasına; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə; Gürcüstan Respublikasının Prezidenti Saarkaşviliyə; Müstəqil Dövlətlər Birliyinin Katibi S.Lebedevə; Müstəqil Dövlətlər Birliyinin “İnsan Hüquqlarının Mühafizəsi Komissiyasına”; Ünvanladığı yüzlərlə şikayət ərizələrində öz əksini tapmışdır. Vəkilin danışdıqlarından belə bir nəticə çıxartmaq olar ki, özü söylədiyi kimi, onun tələbə yoldaşı Hüquq Elmləri Doktoru E.Abdullayevin məlum açıqlamasından az qala bütün dünyanın xəbəri olub, hörmətli vəkilin isə heç bu açıqlamalardan məlumatı belə olmayıb. Bunun səbəbinə dair fikir yürütməyə belə cətinlik cəkirəm. Amma hörmətli oxucu icazə ver bu vəkildən şübhələnək. Mənə belə gəlir ki, bu vəkil ancaq ona bu məsələnin sərf edən tərəfindən bəhs etmek istəyir. Hətta belə olan halda yenə də, bütün müsahibəni diqqətlə nəzərdən kecirtsək məntiqlə belə bir qənaətə gələrik ki, ümumiyyətlə bu məsələdə vəkilə sərf edən hər hansı bir mümkün mövqenin tapılması absurddur.
Belə çıxır ki, bunlar Mahirin başına nə gəldiyini gözəl bilib, zərərçəkmişdən bunu gizlədirlər
Vəkil adı daşıyan bu insan heç bir məntiqə sığmayan fikirini davam etdirir , “Görünür ki, mənim onun öz qardaşının yerini bilməsi, bu axtarışdan necə sui-istifadə etməsi və s. kimi açıqlamalarım onu o dərəcədə yandırıb ki, mənə belə-heç bir məntiqi əsası olmayan bir cavab verməyə məcbur olub. “ Belə başa düşdüm ki, vəkil “yandırmaq” sözünü müsahibəsində ifadə edən zaman əslində söyləmək istədiyi, “E.Abdullayevin çıxılmaz vəziyyətdə qalması “ fikri olmuşdur, burada bir eyib bir şey yoxdur, o dəqiqə hiss olunur ki, hörmətli vəkil hüquqi normativ qanunları nəzərdən keçirtmək əvəzinə daha çox xalq şifahi ədəbiyyatını mütaliyyə edir, o ki, qaldı “onun öz qardaşının yerini bilməsi, bu axtarışdan necə sui-istifadə etməsi” və s. kimi vəkilin açıqlamalarına hələ müsahibə dövrü bunlara qayıdacağıq. Ümumiyyətlə M.Abdullayevin oğurlanması və yaxud da istintaq orqanlarının nədənsə israrla qeyd etdikləri kimi , öldürülməsinin (heç şübhəniz olmasın ki, bir gün istintaq da çətin duruma düşəcək bu “öldürülmə” məsələsinə görə, əks halda bunlar haradan bilirlər ki, Mahiri öldürüblər , belə çıxır ki, bunlar Mahirin başına nə gəldiyini gözəl bilib, zərərçəkmişdən bunu gizlədirlər) istintaqının aparılması dövründə “Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir...” kimi “məsuliyyətli” fikirlərin vəkil tərəfindən söylənilməsi alqışlanmalıdır. Çünki, artıq 10 ilə yaxın bir müddətdə oğurlanmış və zərərçəkmişin bütün səylərinə baxmayaraq tapılmayan M.Abdullayevin barəsində, özü də güya sübut bazası ilə bərkidilmiş bu kimi məlumatların mövcudluğuna MİK xüsusi diqqət yetirməlidir, axı niyə də diqqət yetirməsin, vəkil israrla söylüyür ki, “mənim əlimdə sübutlar var.” Hörmətli vəkil zərərçəkmiş tərəfi bir E.Abdullayevdən ibarət deyil və sizi inandırıram ki, sizin ilk baxışdan ancaq cox qəddar bir düşünülmüş (əslində heç düşünən insan bu fikirləri söyləməz) fikirləriniz öz təsdiqini gələcəkdə tapdığı halda sizə ancaq minnətdar olaram. Vay o günə ki, sizin bu söylədikləriniz adi bir təxribat olsun, həmin zaman zərərçəkmişə siz ancaq bir nəticə çıxartmağa əsas verirsiniz, “vəkil Ramiz Zeynalov zərərçəkmişin qeyd etdiyi kimi, cinayətkar təşkilatın tapşırığın yerinə yetirərək, ictimaiyyətin diqqətini bu qalmaqallı hadisədən yayındırır. “ Düşünürəm ki, artıq bu məqalə dərc olunana qədər sizi MİK əməkdaşları göstərdiyiniz şaşırdıcı faktlarla bağlı dindirmiş olacaqlar, ən azından sivil baxımdan hüquqi dövlətlərdə bir qayda olaraq qəbul olunmuş prosedurdur ve buna birmənalı olaraq riayət olunur.
Cinayəti bilib gizlədən vəkil, yaxud yoxa çıxmış insanın yaxınları hec nə bilmədiyi halda, Arzu Kazımovu müdafiə edən şəxs necə hər şeyi bilir ?
Amma icazə verin “tanınmış vəkil”, sizin verdiyiniz bilgilərə ciddi yanaşmayım. Çünki, zərərçəkmiş tərəf bu günə kimi, M.Abdullayevin oğurlanması ilə bağlı aparılan istintaqın hansı durumda (baxmayaraq ki, zərərçəkmiş tərəfin bu günə kimi ən böyük narazılığı elə ona hər hansı bir məlumatın verilməməsi olmuşdur, çox naziksiniz ki, rəsmi orqanlardan fərqli olaraq Mahir haqqında, nəinki, məlumat, hətta deyərdim sensassiya xarakterli fikirlər söylədiniz, sizi inandırıram ki, zərəçəkmiş tərəf çox diqqətlə sizin məlumatınızı rəsmi orqanlar tərəfindən araşdırılmasını izləyəcək, əgər M.Abdullayevin MTN-nin zabiti olmasını nəzərə alsaq bu dövlətin təhlükəsizliyi baxımından ciddi məsələ olduğu üçün xüsusi xidmət orqanları bu məsələyə daha orijinal metodlarla yanaşmalıdır. Bir özünüz diqqət yetirin, sizin məlumatınıza görə Azərbaycan Respublikası MTN-nin zabiti Kürdəmir rayonunda gizlənir, nazirliyin xüsusi şöbəsi öz əməkdaşını tapa bilmir. Çox gülməlidir, elə deyilmi, cənab vəkil, mən düşünmürəm ki, MTN-yi bəzi güc strukturlarının yaydığı primitiv şayələr kimi, ictimaiyyətə bəyanat versin ki, “əməkdaşım mayor M.Abdullayev Kürdəmirdə qohumlarının evində xüsusi əhəmiyyətli tapşırıq yerinə yetirib olmasına dair hər hansı bir məlumat əldə edə bilmədiyi halda, siz cavabdeh tərəfin nümayəndəsi israrla qeyd edirsiniz ki, “Hazırda M.Abdullayevin yoxa çıxması üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm... Siz bu yaxınlarda şok hadisə və faktların canlı şahidi olacaqsınız...” Bunu necə başa düşək? Yoxa çıxmış insanın yaxınları hec nə bilmədiyi halda, siz “tanınmış vəkil” hər şeyi bilirsiniz, səhv etmirəmsə istintaqın zərərçəkmişə “istintaqın aparıldığı zaman heç bir məlumat verilə bilməz” tezisi eyni zamanda sizə də cavabdehin nümayəndəsi kimi aid olmalıdır, əgər belə deyilsə bu zaman bu ayrıseçkilik nəyin göstəricisidir?
Gülünc Kürdəmir variantı niyə ortaya atılır ?
Bu azmış kimi, vəkil qeyd edir ki, “. Və mən indi deyirəm ki, Baş Prokurorluqda yaradılmış XİK-na göndərdiyim 15 dekabr 2012-ci il tarixli vəsadətimdə də göstərmişəm ki, məhz E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətməkdən ötrü DİN naziri R.Usubovla, onun müavini Z.Dünyamalıyevlə 14 oktyabr 2003-cü ildə olan danışığını və ya belə deyim, istintaq-axtarış şərtini pozaraq, qardaşının oğurlanması və əvəzində kimlər tərəfindənsə ondan guya pul tələb edilməsi və s. barədə ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçmişdir.” Sizin yürütdüyünüz bu fikirdən belə anlaşılır ki, E.Abdullayev ilk öncə doğma qardaşı, MTN-nin zabiti M.Abdullayevi oğurlayaraq Kürdəmirdə gizlədir ( etirazınız varsa fikrimi dəyişib , Mahirin özünün Kürdəmir rayonunda gizlənməyini də qeyd edə bilərəm), daha sonra isə Elşad tərəfindən öldürülür. Hörmətli vəkil artıq qərarlaşmaq lazımdır , Kürdəmirdə gizlənib yoxsa öldürülüb ?. Biz çalışırıq sizin … dan düzəltdiyiniz mampasıya dad verək, yoxsa əks halda hörmətli oxucularımız sizin yazdıqlarınıza ciddi yanaşmayacaq. Bir də ki, müsahibənizdə ağ yalan ondan ibarətdir ki, E.Abdullayev ona verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçmişdir, eksinə yuxarıda gösterdiyim kimi E.Abdullayev nəinki, nazirliyi, ümumiyyetlə Azərbaycan Respublikada fəaliyyət göstərən hüquq mühafizə orqanlarına, onların rəhbərlərinə yüzlərlə ərizələr vasitəsilə məlumatlar vermişdir ki, bu günə kimi bunların heç bir nəticəsi olmamışdır, əlbəttə ki, respublikanın birinci xanımı Mehriban xanıma ünvanlanan son 3 ərizələri nəzərə almasaq, hansılardan sonra kı, dövlət başçısının göstərişinə əsasən MİK yaradılmışdır. Belə də götürəndə düşünürəm ki, E.Abdullayevin sizin ona , “verilmiş istintaq məlumatlarını nazirliyə çatdırmaqdan qəsdən vaz keçmişdir” kimi , iddialarınızdan qətiyyən qorxmalı deyil, E.Abdullayev kimə ve nəyə görə inanmalıdır ? Hələ üstəlik məlumat da verməlidir, məlumat kimə verilməlidir? O şəxslərə ki, əldə olunan konkret məlumatlara görə Mahiri oğurluyublar, o şəxslərə ki, Mahiri geri qaytarmaq üçün E.Abdullayevdən milyonlarla pul alıblar, o şəxslərə ki, on ilə yaxın Elşadı və onun yaxınlarını təhdid ediblər, axı kimə ? Kim məlumat verməlidir? O şəxslərə ki, sizin kimi manqutların vasitəsi ilə Elşada bütün mümkün vasitələrlə ləkə yaxmağa çalışırlar ?
Sorğu
Yeni dizaynımız necədir?