Sənədsiz evlərin qeydiyyatı daha sürətli aparılacaq. Bu, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda edilən yeni dəyşikliklə mümkün olacaq.
gundemxeber.az xezerxeber.com-a istinadən bildirir ki, qeydiyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 iş günündə deyil, 7 iş günündə cavab veriləcək. İpotekanın qeydiyyatı üçün maksimum müddət isə 5 iş günündən 3-ə endirilib.
Qulu Xəlilovun sözlərinə görə, dəyşikliklərin səbəbi vətəndaş məmnuniyyətinin artırılmasıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?