GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Alim Qasımov: "Bu sevgidən ilham alıram" - MÜSAHİBƏ

Alim Qasımov: "Bu sevgidən ilham alıram" - MÜSAHİBƏ

Tarix: 18-01-2015, 20:56 Bölmə :Ölkə Baxış: 0
Alim Qasımov: "Bu sevgidən ilham alıram" - MÜSAHİBƏ

Alim Qasımov avazı ilə ürəkləri riqqətə gətirən, bizi başqa bir aləmə aparan, bəlkə də yeganə xanəndədir.

gundemxeber.az saytı muğam ifaçısının buro247.az saytına müsahibəsini təqdim edir:


- Xarakterinizdə hansı xüsusiyyəti bəyənmirsiniz?

- Ən sevmədiyim cəhətim səbirsizliyimdir. Hərdən buna görə özümü danlayıram. Ancaq elə anlar olur ki, dözümlülüyüm məni heyrətləndirir.


- Lakin sizi səhnədə görərkən elə bir təəssürat yaranır ki, xanəndələr böyük səbr sahibidirlər.

- Məsələ ondadır ki, muğam ifa edən zaman sanki nəfəs almaq, yaşamaq uğrunda mübarizə gedir. Bir də görürəm, beynim artıq heç nə qavramır və mən təslim oluram. Fövqəladə musiqi məhz bu an yaranır. Hətta minlərlə tamaşaçı qarşısında olanda belə, mənə elə gəlir ki, muğamı yalnız özüm üçün ifa edirəm. Yəqin ona görə də ətrafdakılar səbrimin sarsılmaz olduğunu düşünürlər.


- Özünüzlə mübarizə apardığınız anlar olub?

- Bu, gündəlik həyatımın bir hissəsidir. Bəziləri elə bilir ki, məndə qeyri-adi, fövqəladə qüvvə var. Ancaq əslində mən də hamı kimi adi bir insanam. Var-dövlət, cah-cəlal dünya malıdır və dünyada qalacaq. Əsas odur ki, özünlə mübarizə aparmağı, nəfsinə qalib gəlməyi bacarasan.


- Sizi nə ilə təəccübləndirmək olar?

- Məni ən sadə şeylər belə, təəccübləndirə və sevindirə bilər. Məsələn, körpə uşağın gülüşü, xoş söz, səmimi münasibət.


- Səmimi deyilən sözlə qeyri-səmimini bir-birindən necə ayırırsınız?

- Bu çox müşkül məsələdir. Baxmayaraq ki, 56 yaşım var, ancaq hələ də insanların ürəklərini oxumağı bacarmıram. Bəlkə bu sizə bir qədər qəribə gələcək, ancaq mən həqiqətən də insanlara, onların vicdanına inanıram.


- Mənə elə gəlir ki, əgər Allah sizə belə istedad veribsə, sizi əminliklə onun sevimli bəndəsi adlandırmaq olar...

- Yaradan hər bəndəsinə bir istedad verib. Ancaq heyf ki, insanlar çox zaman bunu dərk etmirlər. Heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa bu qədər tanına, sevilə, insanların hörmətini qazana bilərəm. Amma əgər Allah belə buyurubsa, mənə ancaq şükr etmək və onun bəxş etdiyi bu vergini qoruyub saxlamaq qalır.

- Həyat fəlsəfəniz nədir?

- Çoxları mənim qəliz adam olduğumu düşünür. Əslində bu heç də belə deyil. Mən kənddə anadan olub böyümüşəm. Kənd həyatında isə hər şey sadədir. Şadam ki, bu sadəliyi indiyə qədər qoruyub saxlamışam. Sadəlik və səmimilik mənim həyat fəlsəfəmdir.


- İlham pərisinə ehtiyacınız varmı?

- İstənilən yaradıcı adamın buna ehtiyacı var. Ancaq mənə ilham verən qüvvə İlahidən gəlməlidir. İnsan sevgisi bu gün var, sabah yoxdur, Allaha olan sevgi isə əbədidir. Bu sevgidən ilham alıram.


- Nə vaxtsa sənətdən getmək barədə düşünmüsünüzmü?

- Əgər siz bu sualı mənə verməsəydiniz, pərəstişkarlarıma, sənətimə dəyər verən insanlara hörmətsizlik olmasın deyə, heç vaxt bu haqda danışmazdım. Düzünü desəm, belə anlar çox olub. Ancaq Yaradan hər dəfə məni bir işarə ilə fikrimdən döndərib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Alim Qasımov: “Ailəlikcə donuruq, bizə kömək edin!”

    Alim Qasımov: “Ailəlikcə donuruq, bizə kömək ...

    3-02-2014, 12:25

  • 
  • Elnarə Abdullayeva: “Əli Mirəliyev məgər məhkəmə, hakimdir ki, ona cavab verim?!” – Muğam qalmaqalı səngimir

    Elnarə Abdullayeva: “Əli Mirəliyev məgər məhkəmə, ...

    7-01-2022, 20:28

  • 
  • “Ərim məni kafedə tar çalarkən sevdi” - Kanadadan gələn Polina

    “Ərim məni kafedə tar çalarkən sevdi” - Kanadadan ...

    22-06-2018, 11:44

  • 
  • “Xəstə olanda bircə şey keçdi könlümdən, “evlənmək” istədim”

    “Xəstə olanda bircə şey keçdi könlümdən, ...

    16-08-2014, 12:33

  • 
  • Tofiq Bakıxanov: “Alim səhnədə qışqırır, əllərini qaldırır, muğamı muğam kimi oxumaq lazımdır”

    Tofiq Bakıxanov: “Alim səhnədə qışqırır, əllərini ...

    21-08-2014, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu