GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sirli Sirius Planeti: ilk insan və ya Doqonlar - ARAŞDIRMA

Sirli Sirius Planeti: ilk insan və ya Doqonlar - ARAŞDIRMA

Tarix: 22-01-2015, 12:25 Bölmə :Ölkə Baxış: 0
Sirli Sirius Planeti: ilk insan və ya Doqonlar - ARAŞDIRMA

Qədim xalqların bir neçə min illər öncə elm və texniki məlumatlara necə sahib olduqları barədə tarixçilər hələ də dəqiq qərara gələ bilmirlər. Amma bir çox alimlərin iddiasına görə, qədim dövrdə elm və texnikanın inkişafı ancaq yadplanetlilərlə əlaqə sayəsində mümkün olub. Bu qrup tarixçilər iddialarını tarixi əlyazmalar, mətnlər, qədim şəkillər və sənət nümunələri ilə sübut edirlər.

Müasir İraq dövlətinin cənubunda vaxtilə, daha dəqiq desək, 5 min il öncə Şumer mədəniyyəti mövcud olub. Şumerlər hələ o dövrdə Günəş sistemində 9 planetin varlığından xəbərdar idilər. Bundan başqa şumerlər 10-cu planet barədə də məlumatlı idilər. Bu planetin olub-olmadığı barədə müasir dünyada alimlər hələ də yekun qərara gələ bilmirlər. Kosmosun sirləri barədə Afrika xalqlarından birində də qədim dövrlərdən saxlanılmış, atadan oğula ötürülmüş maraqlı məlumatlar var.

Aborigenlər professorlara bilgi ötürür

Fransalı etnoqraf, professor Marsel Qriol 1931-ci ildə Mali respublikasının ərazisində, Niger çayının sahilində yaşayan doqon qəbiləsinin (100 min nəfər əhalisi var) qonağı oldu. Yazı mədəniyyətindən xəbəri olmayan bu qədim tayfa əkinçiliklə məşğul olur və sivilizasiya səviyyəsinə görə qonşu tayfalardan heç nə ilə fərqlənmir. Amma maraqlı bir fakt professorun diqqətini cəlb etdi. Doqon qəbiləsində nəsildən-nəsilə şifahi formada ötürülən bir əfsanə vardı. Bu əfsanədə Dünyanın yaranmasından və doqon xalqının kosmosla əlaqələrindən söhbət açılır. Bu tarixdən etibarən professor Qriol həmkarları ilə birlikdə Doqon tayfasını ziyarət etməyə başladı. Qonaqpərvər afrikalılar professoru və onun dostlarını sevinclə qarşılayırdılar. Qonaqlar ev sahibinin etibarını qazanmağa başladılar və beləcə, Doqon tayfasının ən gizli sirlərinə bələd oldular.

Qrilol və onun əsas köməkçisi, professor Jermen Deterlen daha çox məlumat ala bildilər. 1956-cı ildə Qriol dünyasını dəyişdi. Xanım Jermen isə onun işini davam etdirdi. Qriol və Deterlen tədqiqatlardan sonra bir sıra məqalələr yazdılar. 1950-ci ildən işıq üzü görən bu məqalələr sensasiyaya səbəb oldu.

Əslində, məsələ necə idi?

Müasir elmə görə, Kainat 13 milyard il əvvəl, Böyük Partlayış nəticəsində formalaşıb və proses fiziki vakuum şəraitində baş verib. Böyük Partlayışdan sonra Kainat daim genişlənir. Bu, XX əsrdə ortaya çıxmış Big-bang nəzəriyyəsidir. Elm bunu qəbul edir. Doqonların əfsanələrində Kainatın yaranması belə təsvir edilib:
“Hər şeydən əvvəl Tanrı Amma var idi. O heç nəyin köməyi olmadan Yerə endi. Tanrı Amma şar, yumurta formasında, yəni qapalı idi. Ondan başqa heç nə yox idi. Tanrı Ammanın daxilindəki dünyada zaman və məkan anlayışı yox idi. Zaman və məkan Ammada birləşirdi. Lakin Tanrı Ammanın gözlərini açdığı zaman yetişdi ”.
Müasir dünya məsələsinə isə əfsanədə belə toxunulub: “Dünyanın ucu-bucağı olmasa da, onu ölçmək mümkündür”. Bu formul Eynşteynin nisbilik nəzəriyyəsində bəhs etdiyi formula çox yaxındır.
Bizim Qalaktika, yəni Kəhkəşan yol – doqonlarda “məkanın sərhədi” kimi qeyd edilib. Məkanın sərhədi ulduz dünyasının bir parçasıdır. Yer planeti bu parçanın bir hissəsidir. Bütün bu dünya spiral formasında fırlanır. Tanrı Amma sonsuz ulduzlar dünyasını spiral formasında yaradıb.

Yenə də qəribə təsadüf: Elmə məlum olan qalaktikaların çoxu spiral formasına malikdir.

Doqonlara görə kainatın yaranması

Doqonların inancına görə, Yer planeti kainatın mərkəzi deyil. Yer planetinin sakinləri kainatda yeganə canlı varlıqlar deyil. Bu barədə əfsanədə belə deyilir: “Spiral formalı ulduz dünyaları canlı aləmi olan dünyalardır. Dünyaya forma və hərəkət verən Amma eyni zamanda hər şeyi və canlı aləmi olan digər planetləri də yaradıb. Bu planetlərdə həyat və canlı aləm Yer Planetinə çox bənzərdir”.

İnanılmazdır, amma qeyd etmək lazımdır ki, doqonların əfsanələrində ulduz məfhumu ilə yanaşı “planet”, “planetlərin peyki” kəlmələrinə də rast gəlmək mümkündür. Digər ulduzların ətrafında dövr etməyən ulduzlar da var və onlar sabit (hərəkətsiz) ulduzlar adlanır. “Planetlər və planetlərin sputnikləri digər ulduzların ətrafında dövrə vuraraq fırlanan ulduzlar sayılır”. Bəs görəsən, hələ də ibtidai icma quruluşu dövründə yaşayan bir xalq bu bilikləri necə əldə edib? Günəş elə bil ki, spiral yayın təsiri ilə öz oxu ətrafında fırlanır. Yer planeti isə öz oxu ətrafına dövr edir və Böyük Dairədə dövrə vurur.

Doqonlar adi gözlə, optik cihazların köməyi olmadan görünən Venera, Mars, Saturn və Yupiter planetlərini Günəş sistemi planetlərindən ayırırlar. Veneranın peykinin mövcudluğu barədə doqonlarda məlumat olsa da, müasir elm, hələ ki, bu barədə məlumata sahib deyil.

Doqonlar öz əfsanələrini simvol və sxemlərlə şəkilləndirirdilər. Bu simvol və sxemlər hərdən mürəkkəb olsa da, hər zaman inandırıcı təəssürat bağışlayırdı. Doqonlar Yupiteri böyük çevrə formasında çəkirlər və onun ətrafında 4 kiçik dairə təsvir edirlər. Bu dairələr planetin peykləridir. Müasir elm Yupiterin 16 peyki haqqında məlumata sahibdir. Onlardan 4-ü 1610-cu ildə Qaliley tərəfindən kəşf edilib. Onlar 16 peykin içində ən iri və ən parlaq olanlarıdır.

Saturn isə doqonlar tərəfindən 2 formada konsentrik (ümumi mərkəzli) dairələr formasında təsvir edirlər. Xarici dairə planetin halqasıdır.

Əsas ulduz

Doqonların mifologiyasında əsas yeri kainatın ən parlaq ulduzu sayılan Sirius ulduzu tutur. Onların fikrinə görə, Sirius – ulduz sistemidir. Bu ulduz sistemi Yer planetində həyatın inkişafına təsir edib və kainatın təməlini təşkil edir. Doqonlar bu ulduz sisteminin Sirius, ikinci ulduz (Sirius B) və üçüncü ulduz sayılan Sirius C-dən ibarət olduğunu iddia edirlər. Eyni zamanda, digər ulduzların əsas Siriusa çox yaxın olduğunu iddia edirlər. Müasir elm bu günə qədər, hələ ki, ikinci ulduzu kəşf edə bilib. Üçüncü ulduz, yəni Sirius C ulduzunun mövcudluğu alimlər arasında bu günə qədər də mübahisə mövzusu olaraq qalır.

Doqonların bildirdiyinə görə, Sirius B əsas Sirius ulduzunun ətrafında dövr edir. Onun bir dövrü 50 ilə başa çatır. Sirius B əsas Siriusa yaxınlaşanda, sonuncu çox parlaq formada işıqlanır. Uzaqlaşanda isə, Sirius B özü sayrışmağa, parıldamağa başlayır. Kənardan baxanda isə, elə təsəvvür yaranır ki, elə bil Sirius B bir neçə ulduza çevrilib. Qeyd etmək lazımdır ki, astronomlar da Siriusun periodik olaraq parıldaması barədə məlumat verirlər.

Sirius B ulduzunu adi gözlə müşahidə etmək mümkün deyil. XIX əsrin ortalarına qədər isə, doqonlardan başqa heç kəs Sirius B ulduzunun mövcudluğu barədə məlumata sahib deyildi. Doqonların məlumatına görə Sirius B ulduzu səma cisimləri arasında ən ağır kütləyə malik ulduz sayılır. Onun sıxlığı elədir ki, əgər dünyanın bütün insanları yığışsa belə, Sirius B ulduzunun ən kiçik parçasını da qaldıra bilməzlər. Bu, həqiqətən də belədir. Sirius planetinin sıxlığını adi bir misalla izah etmək mümkündür. Bu ulduzun bir kubsantimetr parçasının çəkisi 50 tondur.

İnsanlar Sirius sistemindən gəliblər?

Doqonlarda mövcud olan əfsanələrdən birinə görə, insanları Yer planetinə səma gəmiləri ilə gətiriblər. Onlar Sirius B ulduzlu günəş sistemindəki planetdən gəliblər və bu planet partlamazdan əvvəl gəmilər vasitəsilə insanları Yer planetinə uçublar.

Yerin səthinə enən kosmik gəmi ikiqat spiral formasını canlandırdı. İkiqat spiral isə, DNK molekuluna, yəni bizim genetik kod daşıyıcısına işarədir.

Doqonların əfsanələrində Sirius sistemi ulduzundan gələn sivilizasiyanın Yerə iki mərhələdən ibarət enişindən bəhs edilir. Birinci mərhələdə Oqo adlı məxluq planetə gəlir. İkinci mərhələdə isə, gəmidən Nommo adlı məxluq və ilk insanlar çıxır. Oqonun şəxsiyyəti barədə sönük məlumat verirlər. Deyəsən, Oqo məxluğu İblisin prototipidir. Tanrı Ammaya qarşı üsyan qaldıran və bədnam olmuş mələkdir. Bununla belə, o, Tanrı Ammanın bir çox elmindən xəbərdardır.

Əfsanəyə əsasən, Oqo kiçik gəmilərin köməyi ilə üç dəfə kosmosda olub. Kosmik gəmilər üçün Oqo enerji mənbəyi kimi “po” adlı maddədən istifadə edirdi. Po maddəsi kosmik kainatın təməlini təşkil edir.

İkinci personaj, Cəbrayılın prototipi olan Nommodur. O, Tanrı Ammanın əmrlərini yerinə yetirir. Onun əsas vəzifəsi Yer planetində canlı həyatı qurmaq və planeti insanla doldurmaq idi. Bu missiyanın hazırlıq bölümü əfsanədə öz yerini alıb. Gəminin göyərtəsində Yer planetində həyatı canlandırmaq üçün lazım olan hər şey var idi. Eyni zamanda 4 cüt əkiz və 8 nəfər ulu baba da var idi. Gəmi planetə Tanrı Ammanın səmada açdığı “zaman pəncərəsi”ndən keçərək gəlib.

Gəmi yer səthinə endikdən sonra, ilk olaraq Nommo, ondan sonra digərləri aşağı düşdülər. Sonra Tanrı Amma gəmini səmada mis zəncirdən asdı və səma pəncərəsini bağladı. Bu, gəmi ekipajı və onu göndərən sivilizasiya arasında əlaqənin kəsilməsi demək idi. Yer planetinin ilk sakinləri olan insanlar üçün geriyə yol yox idi. Yeni torpaqlarda məskunlaşmaq, artıb-çoxalmaq lazım idi.

Sirli Sirius Planeti: ilk insan və ya Doqonlar - ARAŞDIRMA

Biliklərin gizli mənbəyi

Doqonlar bu biliklərə Müqəddəs mağaranın divarlarına çəkilmiş rəsmlər vasitəsilə sahib olublar. Bu mağara dağların dərinliyində yerləşir. Onun divarlarında çoxlu qayaüstü rəsm var. XX əsrin ortalarında bu rəsmlərin 700-800 il yaşı vardı. Mağara tayfada müqəddəs sayılan insan tərəfindən qorunur. O, daim buranın giriş hissəsində əyləşir. Mağara qoruyucusu tayfa tərəfindən yeməklə təmin edilir və ona xüsusi qulluq olunur. Amma tayfa üzvlərindən heç kəs nə ona yaxınlaşa bilər, nə də toxuna bilər. O, dünyasını dəyişəndə başqa müqəddəs insan onun yerini tutur. Mağaranın harada yerləşdiyini tayfa üzvləri sirr kimi qoruyurlar. Qəbilə kahinləri bu barədə bir kəlmə də danışmaq istəmirlər. Amma mağarada çoxsaylı sübutların olduğuna əmin edirlər.

Bununla belə, ağdərili insanlardan bir neçə nəfərə mağaraya daxil olmaq qismət oldu. Onlardan biri, Belçikalı etnoqraf Ejen Qarnye 1932-ci ildə Müqəddəs Mağaraya baş çəkdi. Ancaq içəri daxil olan digər avropalı alimlər kimi, tezliklə Ejen də öldü. Mağarada dünyasını dəyişən heç bir alimin, tədqiqatçının üzərində zorakılıq əlaməti qeydə alınmayıb. Həkimlərin verdiyi rəyə görə, içəri daxil olanlar beyin qanaması nəticəsində dünyalarını dəyişiblər.

Deyilənlərə görə, mağaradan sağ çıxan Qarnye artıq danışa bilmirdi. O, kağız üzərinə hansısa qəribə rəsmlər çəkirdi.

Bundan başqa, avropalı alim Robert Templ “Siriusun sirrləri” kitabında da bu məsələyə toxunub. Kitaba əsasən, doqonlar qurbağayabənzər yadplanetlilərlə əlaqədə olublar. Özlərini nommos adlandıran yadplanetilərlə ilk əlaqə 5 min il əvvəl baş tutub. Yer planetindən 8.6 işıq ili uzaqlıqda yerləşən və Sirius ulduzu ətrafında dövr edən planetdən gələn nommosların məqsədi müəyyən astronomik bilikləri çatdırmaq olub.

Digər alim F. Velsinq də bu nəzəriyyəni təsdiq edir. Onun fikrincə, doqonlar Sirius B ulduzunu teleskopsuz görə bilərdilər. Çünki aliminə görə, göz bəbəyində qara melanin piqmentinin çoxluğu görmə qabiliyyətini artırır. Amma bu hipotez heç bir alim tərəfindən təsdiqlənmədi.

Başqa bir hipotezə görə isə, doqonlar bu məlumatı teleskopu olan qədim misirlilərdən ala bilərdilər.

Karl Saqanın fikrincə isə, afrikalılar bu məlumatı yüksək inkişaf etmiş sivilizasiyalı xalqlardan ala bilərdilər. Amma o düşünürdü ki, burada heç bir yadplanetlidən söhbət belə gedə bilməz. Əsrlər boyu Afrikaya digər ölkələrin nümayəndələri axın edib. Çox güman ki, söhbət əsnasında doqonlar kosmos, Sirius ulduzu haqqında məlumat əldə edə biliblər.

Skeptiklərin bu məsələyə baxışı fərqlidir. Onların versiyalarından birinə görə, doqonların astronomik bilikləri “missioner haqqında hipotez”dir. XX əsrin 20-ci illərində “Ağ atalar” katolik təşkilatının missionerləri doqonlarla əlaqə qurublar. Hipotezə əsasən, missionerlərdən biri doqonların Sirius ulduzuna qarşı olan marağını görərək, o dövrdə alimlərə məlum olan bütün bilikləri afrikalılara ötürüb.

Bundan başqa, skeptiklərin məlumatına görə, doqonlara Yupiterin ancaq 4 iri peyki məlum idi. Məgər yadplanetlilər ancaq 4-ə qədər saya bilirdilər? Amma düşünsək ki, peyklər barədə məlumatı missionerlər veriblər, yenə ixtilaf ortaya çıxır. Çünki o dövrdə Yupiterin artıq 9 peyki barədə məlumat vardı.

Astronom Diter Germanın fikrincə isə, doqonlar Mali Respublikasını ziyarət edən və astronomiyadan anlayışı olan hər kəsi sorğu-sual ediblər. Əsrlər boyu toplanan materiallar sistemləşərək bugünkü formaya düşüb.

Bəzi alimlərin iddiasına görə, doqonların primitiv teleskopları olub. Amma doqonların bu məlumatları misirlilərdən aldıqları barədə versiya həqiqətə uyğun deyil. Çünki misirlilər Sirius B ulduzu haqqında heç bir bilgiyə sahib deyildilər.

Bu günə qədər alimlər hələ də doqonların bu astronomik bilikləri haradan əldə etdikləri barədə qəti qərara gələ bilmirlər. Əgər Sirius C ulduzu kəşf edilsə, bu zaman doqonların yadplanetlilərlə əlaqəsi barədə ciddi-ciddi düşünmək lazım gələcək.

Hikmət Həsənov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Alimlərdən ŞOK XƏBƏRDARLIQ - Sentyabrın 1-də dünyanın sonudur?

    Alimlərdən ŞOK XƏBƏRDARLIQ - Sentyabrın 1-də ...

    27-08-2019, 11:57

  • 
  • Təbrizlə Şuşanı birləşdirən şok tarix

    Təbrizlə Şuşanı birləşdirən şok tarix ...

    29-11-2013, 17:36

  • 
  • İngiltərədə Quranın qədim əlyazması tapıldı (VİDEO)

    İngiltərədə Quranın qədim əlyazması tapıldı ...

    22-07-2015, 08:04

  • 
  • Dünya ilə bağlı müdhiş kəşf

    Dünya ilə bağlı müdhiş kəşf ...

    12-11-2015, 13:09

  • 
  • Qüdsün həqiqi sahibləri tapıldı

    Qüdsün həqiqi sahibləri tapıldı ...

    12-07-2013, 00:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu