Nadir tapıntı İngiltərənin Birmingem Universitetinin kitabxanasında orada çalışan alimlər tərəfindən aşkar edilib. Tədqiqatçıların sözlərinə görə səhifələrin radiokarbon təhlili nəticəsində məlum olub ki, kitab 1300 il bundan əvvəl yazılıb.
Ehtimal edilir ki, manuskript üzərində çalışan insan Məhəmməd peyğəmbərlə ünsiyyətdə olub və ya onun moizələrini dinləyib. Əlyazma Yaxın Şərqə aid olan minlərlə digər qədim sənədlərlə birlikdə 1920-ci illərdə universitetə əslən İraqdan olan tarixçi Alfons Minqan tərəfindən verilib.
Ötən ilin sonunda Almaniyanın Tyubingen Universitetinin kitabxanasında Quranın daha bir qədim əlyazmasının fraqmenti aşkar edilib. Mütəxəssislərin məlumatına görə o 632 ildə yazılıb.
Sözü gedən tapıntı ərəb şriftinin ən qədim formalarından olan kufi xətti ilə yazılıb. "Hesab edirik ki, bu bizdə olan ən qədim perqament üzərində yazılan Quran fraqmentidir", - deyə Tyubingen Universitetinin kitabxanasının nümayəndəsi bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?