Aparıcı Firuzə Cəlilova (Fira) “Xəzər” telekanalından uzaqlaşdırılıb.
Artıq bir müddətdir ki, Firanın orada yayımlanan verilişləri bağlanılıb və oradakı fəaliyyətinə son qoyulub.
Əldə etdiyimiz məlumata görə, aparıcı son günlər ATV telekanalına tez-tez gedir. O, sözügedən kanalda gecə verilişi aparmaq istəyir.
F.Cəlilova saytımıza açıqlamasında “Xəzər”dəki fəaliyyətini davam etdirdiyini söyləyib:
“Bir neçə verilişlərim var, başqa kanallarda yayımlanır. Özüm isə yeni layihə hazırlayıram. 4 ay efirdə olmayacam”.
Amma Firanın telekanalda daha çalışmadığı canlı yayımda təsdiqlənib. Bu gün “Hər şey daxil” verilişində prodüser Tarix Əliyev (Tolik) Firanın adını çəkərkən onu “Kanalımızın keçmiş aparıcısı” kimi təqdim edib.
Qeyd edək ki, bundan əvvəl də Fira "Xəzər"dən uzaqlaşdırılmış, yalnız radioda qalmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?