Türkiyənin Manisa şəhərində “Quran”ı yandırdıqları iddia edilən 3 iranlını vətəndaşlar linç etmək istəyib. Musavat.com “İhlas” agentliyinə istinadən xəbər verir ki, cümə namazından sonra ikisi qadın olan üç iranlı əllərində “Quran” kitabı ərəbcə nəsə deyiblər, daha sonra isə müqəddəs kitabı yandırmağa çalışıblar.
Ətrafdakı adamlar iranlıları döyüblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib. “Quran”ı yandırdığı iddia edilən iranlılar saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?