Pakistanda Quran-i Kərimi yandıran şəxs diri-diri yandırılıb
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Pakistanın Sindi vilayətində baş verib. Polis məntəqəsinə basqın edən 200 nəfər Quran-i Kərimi yandıran şəxsi diri-diri yandırıblar.
Quranı yandıran şəxs vilayətə qonaq gəlib və gecəni məsciddə keçirib. O məsciddə olduğu zaman Quran-i Kərimi yandırıb. Bundan xəbər tutan vilayət sakinləri onu döydükdən sonra polisə təhvil veriblər. Onların hirsi soyumadığından polis məntəqəsinə basqın edərək məhbusu yandırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?