GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli Əhmədovun məni erməni elan etməsi irqçilikdir

Əli Əhmədovun məni erməni elan etməsi irqçilikdir

Tarix: 3-02-2013, 11:22 Bölmə :Ölkə Baxış: 761
Əli Əhmədovun məni erməni elan etməsi irqçilikdir

Əkrəm Əylisli:
"Erməni və Azərbaycan xalqlarının bəlalarından faydalanan,
karyera quran, gözəl villalar tikən, vəzifə tutan insanlar var."


Hökuməti islahatlara çağıran Azərbaycan Ziyalılar Birliyinin üzvü olan və bu günlərdə Rusiyada çap edilən “Daş yuxular” romanında Azərbaycan xalqını aşağıladığı iddiası ilə tənqid edilən Əkrəm Əylisli Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı olub.
- Əkrəm müəllim, xoş gördük.
- Xoş gününüz olsun.
- Siz verilişə gələnə qədər bir neçə dəfə zəng vurmalı oldum. Bu gün evinizin qarşısında aksiya keçirilib. Narahat olanlar varıydı ki, Əkrəm Əylisliyə təzyiqlər, təhlükə ola bilər, gələ biləcəkmi?
- Mən o təhlükəni hiss etmədim. Başa da düşmədim ki, bu aksiya nə üçündür, anlamadım.
- Niyə romanı Azərbaycanda yox, Rusiyada “Drujba narodov” jurnalında çap etdirdiz? Siz rusdilli məkanın diqqətini çəkməklə özünüzü tənqidlərdən sığortalamaq istəyirdiz?
- “Drujba narodov” məni 1960-cı illərdən çap edir. Son illər o jurnal mənə tez-tez müraciət edirdi ki, bizim müəllifimizə nə oldu? Bunların sözünü yerə salmamaq üçün bu əsəri tərcüməçiyə verdim. Baxdım ki, işlənməsinə ehtiyac var. Özüm tərcümə etməli oldum və onda üstündə xeyli dəyişiklik etdim. Axırı da bura dirəndi.
- Bu əsəri yazmaqda məqsəd nəydi?
- Bu mövzunun çətin olduğunu, cəmiyyətdə birmənalı qarşılanmayacağını əvvəldən bilirdim. Bu iki xalqın fəlakəti üstündə çoxlu qazanc əldə edənlər, karyera quranlar var. Mən bilirdim ki, bu adamlar romanı qəzəblə qarşılayacaqlar. Açığı, mən burdan ermənilərə, Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarımıza mesaj verdim.
- Nədir o mesaj?
- Mesaj verdim ki, siz elə bilməyin biz elədiyimiz pislikləri unutmuşuq. Pislik etmişik. Siz də etmisiz. Həmin pislikləri qoy sizin yazıçılar yazsın, qoy Xocalıda olanları desinlər. Mən mesaj verdim ki, Dağlıq Qarabağda erməni yaşayacaqsa, onu qorxutmalı deyilik. Erməniyə mesaj göndərdim ki, hələ hər şey itməyib, biz bir yerdə yaşaya bilərik.
- Sizi onda qınayırlar ki, romanda bəzi məqamlar yarımçıqdır. 1919-cu ildə Ədif bəyin əmri ilə bir kənddə ermənilər öldürülür. Amma o zaman ətraf qəzalarda olan qətliamlar, azərbaycanlıların öldürülməsi, bunu doğuran səbəblər yada salınmır.
- Mən tarixi əsər yazmamışam. Mən bir insanın taleyini yazmışam. Mən fincan barəsində söz deyirəmsə, deyə bilməzsiz ki, samovar haqda da yaz.
- Amma bu kənddəki qətliamdan yazırsızsa, bunu doğuran səbəbi də göstərə bilərdiz.
- Mən epik əsər yazmamışam. Bu “kamerni” əsərdir. Konkret temada yazılıb. Bədii əsər - əsər kimi yazılmalıdır. Elə bir böyük rus yazıçısı yoxdur ki, onu vətənə xəyanətdə ittiham etməsinlər. Qoqolu götürün, Rusiyanı ifşa edib.
- Bakıda Ermənistandan gələn qaçqınların, sizin təbirinizcə desək “yerazlar”ın yaşlı ermənini öldürməsinin, aqressiv olmalarının motivi də açılmır.
- Romanda Sumqayıt hadisələrindən söz düşəndə deyilir ki, bunu Azərbaycan alqı edə bilməzdi. Bunu ya “KQB” edib, ya da mafioz qruplara bölünən hökumət. Saday Sadıqlının arvadı Azadə xanım deyir iki, Qarabağdan qaçanları, ümidsiz, çörəksiz qalanları da düşün, özünü ermənilər üçün niyə öldürürsən? Mənə elə gəlir ki, bu, bədii cəhətdən çox da qeyri-kamil əsər deyil... Bir təhlükəli məqam da var, bunu möhtəkircəsinə yozurlar: “yeraz”. Bu ifadə qəti “yerazlara” qarşı hörmətsizlik mənasında deyil. Söhbət ondan gedir ki, həkim Saday Sadıqlını – ölkənin məşhur artistini, eyni zamanda onu xəstəxanaya gətirən başqa artisti tanımır. Onda artist başlayır qışqırmağa ki, bunu “yerazlar” edib. Yəni bunu bakılılar etməyib, bunu Ermənistanda incidilmiş qaçqınlar edib, “köpəkuşağı qaçqınlar edib” deyir. Artist elə bir vəziyyətdədir ki, “köpəkuşağı” ifadəsini də işlədə bilər, bunu mənim adıma yazmaq lazım deyil. “Daş yuxular” zalımlığa qarşı dinini dəyişməyə hazır olan, o qəddarlığa üsyan edən bir ürəyin, azərbaycanlı artistin fəryadıdır! Bu azərbaycanlını necə alçalda bilər? Bir azərbaycanlı bir erməninin həyatını hifz etmək üçün öz həyatından keçməyə hazırdırsa, bu Azərbaycan xalqını necə aşağılaya bilər, şərəfsiz edə bilər?
- Bu gün evinizin qabağında narazı gənclər aksiya keçirdilər. YAP rəsmiləri sizinlə bağlı açıqlama verirlər, hətta xalqdan üzr istəməli olduğunuzu deyənlər var.
- Mübariz qardaşımızın və Siyavuş müəllimin dediklərini anlaya bilərdim. Amma açığını deyim ki, Əli Əhmədovun dediklərini anlayammadım. O deyir ki, bu, azərbaycanlı deyil. Guya mən erməniyəm. Bu, aşağı səviyyəli söhbətdir. Heç Əli müəllimə yaraşmaz. Mən də onu o biriləri kimi məhkəməyə verim ki, Əli müəllim, mənim hansı yerdən erməniylə genetik əlaqəm var? Sübut edin! Axı, bunu məhkəməyə çıxartsam, gülməli çıxar. Deyərlər ki, ölkədəki hakim partiyanın görkəmli şəxsiyyəti belə sual qoyur: “Bu ermənidir”. Axı, biz faşist dövlətində yaşamırıq. Bu rasizm hardandır? Bunu Azərbaycandan o yana çıxartsaq bizə nə deyərlər? Mən erməni olsaydım, bunu hamı çoxdan bilərdi. Bundan heç də xəcalət çəkməzdim. Əli müəllim sıradan siyasətçi deyil axı. Bu Əli müəllim necə bilmir ki, rassist söz deyir.
- Azərbaycan cəmiyyəti bu romana hazırdırmı? Roman 2007-ci ildə tamamlanmışdı. AzadlıqRadiosuna demişdiz ki, “Daş yuxular” adlı roman yazıram, amma çap etdirmirəm, çünki yaşamaq istəyirəm. Bəs nə oldu qərarınızı dəyişdiz?
- Yazıçı zamanı bir az qabaqlamırsa, ədəbiyyatda qalmır. Mirzə Fətəlinin taleyini yadınıza salın. Hələ teatr adı çəkilməyəndə pyeslər yazıb, altı komediya qoyub bu xalqa. O altı komediyada da Azərbaycan xalqını tərifləməyib.
- Yazıçı Afaq Məsud deyib ki, şokdadır: “Mən Əkrəm Əylislini gözəl yazıçı, dəyərli ziyalı kimi tanıyırdım. Amma indi bu fikrimdən daşınıram. İnsanda milli ruh olar...”
- İnanmıram Afaq xanım bilməyə ki, belə şey demək olmaz. 1937-ci ildə deyirdilər ki, mən daha dostumu tanımıram. Gecə yeyib-içirdilər, səhər “xalq düşməni” olduğunu biləndə qaçıb deyirdilər ki, belə dostum yoxdur. Hüseyn Cavidlə Abdulla Şaiq dostuymuş. Bir adam Abdulla Şaiqlə zarafat edir ki, Cavidi həbsdən buraxıblar, dostun gəlir. Tezdən cumur vağzala, “KQB”-şniklər gəlir ki, Şaiq əfəndi, dostun gəlmədi? Qayıdır ki, gəlmişdim tüpürəm onun üzünə... O dövrün belə şeyləri yadımızda ola-ola, yazıçıdan əl çəkmək, tanımıram demək?.. Bəlkə onun da umduğu şeylər var?..
- Romanda islamla bağlı bir adətə - sünnət məsələsinə toxunmusuz.
- O, yumoristik səhnədir. Artist gedib Nardaranda sünnət toyunda vurub, deyir ki, sizin peyğəmbəriniz Allahdan belə ağıllıdır ki? Allah bunu belə yaradıb, siz də onu dəyişirsiz.
- Bunu yazmaqla dini kəsimin qəzəbinə səbəb olmaqdan narahat deyilsiz?
- Qəti surətdə. Azərbaycanda elə dini fanatik yoxdur ki, bunun zarafat olduğunu başa düşməyə. Burda dinə sataşmaq yoxdur.
Söhbətə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə qoşulur:
- Bu gün Azərbaycanın Xocalı kimi böyük faciəsi var, o hadisələri eşidəndə əsl azərbaycanlının tükləri biz-biz olur. Mən Naxçıvan bölgəsində doğulmuşam. Mənim nənələrim-babalarım ermənilərin törətdiyi müsibətlərdən danışıblar. Bunları qırağa qoyub ermənini məzlum kimi, azərbaycanlını kimi zalım göstərmək çətin məsələdir. Xalq sizi necə başa düşsün?..
- Yerlim, canım-gözüm, mən burda erməni xalqını məzlum kimi göstərməmişəm.
- Əkrəm müəllim, siz bu gün Xocalıdan yazmalısız.
- Xocalını erməni yazacaq.
- Erməni yazmamalıdır. Əkrəm Əylisli tanınmış isimdir. Siz Azərbaycanı müdafiə ertməlisiz.
- Mən Azərbaycanı müdafiə etmişəm. Mənim əsərimi bu səviyyədə qavramaq məni ağrıdır.
- Siz bizi dəstəkləmək əvəzinə ermənini məzlum, azərbaycanlını zalım kimi göstərirsiz. Siz xalqdan hələ “sağ ol” gözləyirsiz? Bəlkə də bu qurulmuş plandır, siz Nobel mükafatı alacaqsız, Allah uğurlu etsin. Ancaq o mükafat qarşısında xalqın nifrətini qazanacaqsız.
- “Nobel” almaq nədir? Bu bazardır, hər kəs “Nobel” ala bilsin?..
- Əsərin Azərbaycan variantı nə zaman çap olunacaq?
- Bunlar deyir ki, Xocalıdan yazmırsan. Romanın ruscasına qarşı bu qədər hücum varsa.. Mənim 75 yaşım var, ürəyimi partlatmaq bunların məqsədidirsə, mən azərbaycancasını niyə çap edim? Üzə də çıxartmayacağam. Kimsə onu mənsiz çevirib çap etsə məhkəməyə verəcəyəm.
Şahnaz Bəylərqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nalbandyan Əkrəm Əylisliyə qahmar çıxdı

    Nalbandyan Əkrəm Əylisliyə qahmar çıxdı ...

    22-05-2013, 15:41

  • 
  • Əkrəm Əylisliyə cinayət işi açıldı

    Əkrəm Əylisliyə cinayət işi açıldı ...

    1-04-2016, 01:30

  • 
  • Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

    Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu ...

    7-04-2016, 16:50

  • 
  • Əkrəm Əylisli Azərbaycanı tərk edir

    Əkrəm Əylisli Azərbaycanı tərk edir ...

    1-02-2013, 11:21

  • 
  • Əkrəm Əylisli Nobel Sülh Mükafatı haqda danışdı: "...tələsməyək"

    Əkrəm Əylisli Nobel Sülh Mükafatı haqda danışdı: ...

    10-10-2014, 11:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu