Bakı Metropolitenindən maraqlı addım. gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, metropoliten idarəsi yeni sosial reklamlar hazırlayıb.
Foto reklamlar metroda davranış, nəzakət qaydaları haqqındadır. "Yarışa hazırlaşırsan? Unutmayın ki, metro yarış meydançası deyil" şüarlı fotolar bir necə mövzunu əhatə edir.
Məsələn, ictimai nəqliyyatda mütaliə, yaşlı, əlillər və uşaqlı qadınlara yer verilməsi, stansiyalarda təhlükəsizlik qaydalarına riayət və s.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirib ki, artıq fotolar bəzi stansiyalarda - Elmlər Akademiyası, Neftçilər, Qara Qarayev də quraşdırılıb. Onların Metropolitenin bütün stansiyalarında quraşdırılması nəzərdə tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?