Bu barədə mətbuat üçün gündəlik brifinqin gedişində dövlət departamentinin mətbuat katibi Cen Psaki məlumat verib
ABŞ Ukraynaya prezident seçkilərinə dəstək məqsədilə 11,4 milyon dollar yardım ayırıb. ANS PRESS-in məlumatına görə, bu barədə mətbuat üçün gündəlik brifinqin gedişində dövlət departamentinin mətbuat katibi Cen Psaki məlumat verib. "Dövlət departamenti və USAID yardım proqramı Ukraynada mayın 25-də şəffaf, düzgün və sakit seçilər keçirilməsi üçün 11,4 milyon dollar yardım ayırıb",-deyə Psaki bildirib. Onun sözlərinə görə, bu vəsait həm yerli və də xarici müşahidəçilərin dəstəyinə xərclənəcək. Bundan başqa, ABŞ Ukraynaya Rusiya tərəfindən edilən "Siyasi motivli əməliyyatlar"da, o cümlədən enerji sahəsində olan əməliyyatlarda kömək edir.Psakinin sözlərində görə, USAID başqa təşkilatlarla Ukraynada ölknin energetik sahəsini yaratmaq və onun fəaliyyətini məhsuldar etmək üçün əməkdaşlıq edir. "Nəhayət, Ukrayna çoxdandır ki, ABŞ-la hərbi sahədə əməkdaşlıq edir",-deyə Psaki qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?