“ABŞ Ukraynanı dəstəkləyəcək, lakin Vaşinqton hələ ki, Ukrayna ordusuna silah göndərmək fikrində deyil”.
Bunu ABŞ prezidenti Barak Obama bəyan edib. Onun sözlərinə görə, Ukrayna ordusu separatçılarla müqayisədə daha yaxşı silahlanıb.
“Bu gün əsas məqsədimiz Ukraynanın cənub-şərqində qan tökülməsini dayandırmaqdan ibarətdir. Bunun üçün əlimizdə olan ən yaxşı “silah” Rusiyanın iqtisadiyyatına mənfi təsir etməkdir”, - deyə ABŞ prezidenti bildirib.
Obama deyib ki, o, Ukrayna münaqişəsinin diplomatik həlli üçün Rusiya və ukraynalı həmkarları Vladimir Putin, Petro Poroşenko və Avropa Birliyi ölkələrinin liderləri ilə danışıqları davam etdirəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?