Həbsdə uşaq doğan Lamiyə Quliyeva işində bütün arxivlər açılmaqdadır. Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyənin Ruslanla hansı əlaqələrinin olması aydınlaşır.
Axar.az 2011-cü ildə Lamiyənin nişanlısı olmuş və cinayəti onunla birlikdə işləmiş Vüqar Əliyevin atasının müraciətindən sitatları təqdim edir. Atası İbrahim İsmayılov (soyad fərqlidir) Musavat.com-a müraciətində o vaxt bir çox mətləblərdən danışıbmış:
“İstintaq zamanı Aslan Aslanovun qardaşı oğlumu ölümlə hədələyib və cinayət işini boynuna almasını tələb edib. Aslanov işi Ali Məhkəməyə göndərməyə qoymur. Çünki işə Ali Məhkəmədə baxılacağı təqdirdə oğlumun cəzası yüngülləşəcək. Oğlunun qisasını almaq üçün hər yola əl atır.
İ.İsmayılov hadisənin səbəbini açıqlayıb:
“Ruslan Aslanov Lamiyə Quliyevanın bakirəliyini 7-ci sinifdə oxuyarkən pozub. Lamiyə nişanlanandan sonra da Vüqara məsələ ilə bağlı heç bir söz deməyib. Bir-iki aya toy eləyəcəkdik. Amma Aslan Aslanovun oğlu Ruslan harada gəldi deyirmiş ki, Lamiyə mənim arvadım, Vüqarın nişanlısıdır. Vüqar bundan qəzəblənib. Lamiyəyə deyib ki, nişanı qaytarıram. Lamiyə həmin gün Ruslana zəng vurub ki, gəl görüşək. Qız Ruslana deyib, Vüqarın yanında sübut edəcəksən ki, mən sənin arvadınam. Tərəflər razılaşıblar. Vüqar Ruslanın maşınına minərək Lamiyəni götürməyə gedib. Lamiyə maşına oturar-oturmaz Ruslanı bıçaqlayıb”.
Oğlu ömürlük cəzaya məhkum olunmuş ata əlavə edib ki, nəsildə hamı həbs edilib:
“Bizi, yəni Vüqarın valideynlərini, qardaşını, qardaşının hamilə həyat yoldaşını, hətta xalalarına qədər xeyli qohum-əqrəbasını da həbs etdilər. Hərəni bir ittihamla həbsə aldılar. Bir neçə ay həbsdə saxlanılandan sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qrossun işə müdaxiləsi ilə azadlığa çıxa bildik”.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə belə nəticəyə gəlib ki, qətl hadisəsi onunla icra başçısı arasında olan torpaq davasına görə baş verib. Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə bu işlə bağlı şikayətə baxmaqdan imtina edib.
Xatırladaq ki, Lamiyə Quliyevanın rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirməsindən sonra bu olay yenidən aktuallaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?