İordaniya Hərbi Hava Qüvvələrlərinin qırıcıları İŞİD terrorçu qruplaşmasının "paytaxtı" Rəqqa şəhərinə güclü zərbələr endirib.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində ölən və yaralananlar var.
İordaniya pilotunun İŞİD terrorçu qruplaşması tərəfindən vəhşicəsinə edamından sonra kral Abdulla II ABŞ-a səfərini yarımçıq qoyaraq vətənə qayıdıb.
Uçuşdan əvvəl Kralı görən Amerika konqresmenləri qeyd edib ki, Kral çox qəzəbli idi və o and içib ki, "bombalar və yanacaq bitənədək İŞİD-ə zərbələr endiriləcək.
İordaniya mətbuatında isə hətta kralın əməliayyatlara şəxsən başçılıq etdiyi bildirilir. Lakin xəbər təkzib edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?