GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar

Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar

Tarix: 6-02-2015, 22:53 Bölmə :Ölkə Baxış: 0
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar

Dövlət Məmmədov Ramiz Yediyarovun prezidentin səlahiyyətinə aid işlərə qarışdığını deyir; Gədəbəydə qədimi, tarixi eksponatların abidələrin satışı gedir
Gədəbəyin icra başçısı Ramiz Yediyarov növbəti dəfə skandalın mərkəzi fiqurudur. Gədəbəyli ziyalı, “Su İstehsalçıları” ictimai birliyinin sədri Dövlət Məmmədov deyir ki, bir qrup ziyalı ilə birgə doğma diyarın tarixi haqda film çəkmək istəyiblər. İdeyalarını icra başçısı ilə bölüşüblər və Ramiz Yediyarov onları oyundankənar vəziyyətdə qoyub.

Gədəbəyə film çəkənlər gedib...

“Erməni təbliğatçıları, xüsusən Zori Balayan son çıxışında xam xəyalını gerçək kimi təqdim edir. Deyir ki, Daşkəsən, Tovuz, Şəmkir, Gədəbəy və Xanlar rayonunu azərbaycanlılar zəbt edib. Biz o torpaqları qaytarıb öz torpaqlarımıza birləşdirməliyik. Onların yalanlarının necə ayaq tutub yeridiyini çox görmüşük. Ona görə də Bakıda yaşayan Gədəbəy ziyalıları bir yerə yığışıb qərara gəldik ki, rayonun tarixi haqda film çəkək və bu iddiaların yalan olduğunu filmdə faktlarla ortaya qoyaq” – deyə D.Məmmədov bildirir.

Yediyarov razılaşdı, amma...

Onun sözlərinə görə, 2014-cü ilin yayında gədəbəyli sahibkarların maliyyə dəstəyi ilə filmin çəkilişlərinə başlayıblar: “Heyət yaradıldı, ssenari müəllifi mən oldum. Həkim Rəşid Mahmudovu məsləhətçi götürdük. Filmin təşkilat işlərinə Habil Tağıyev rəhbərlik edirdi. O, Gədəbəy İcra Hakimiyyətinə gedib danışıq apardı. Ona demişdilər ki, ideyanı yüksək səviyyədə dəstəkləyirlər. Gədəbəyə gedib İcra Hakimiyyətində müavinlərlə görüşdük, filmin ideyası haqda məlumat verdik. Dedilər ki, texniki dəstək, kəndlərdəki tarixi abidələri göstərmək üçün bizə bələdçilər verəcəklər. 3 gün ərzində biz Gədəbəyin Nərimankənd, Çanaqçı, Karlovka, Alekseyevka kəndlərində çəkilişlər apardıq. Sonradan havalar soyudu və çəkiliş üçün əlverişsiz oldu deyə işi dayandırdıq. Karlovkoya gedən yolda çox qədim bir mağarada çəkiliş apardıq. Karlovkadakı rus qəbristanlığını çəkdik. Həmin qəbrlərin üstündə adlar, soyadlar rus dilində yazılsa da, xaç şəkli yoxdur. Bu danılmaz bir faktdır. Bakıya qayıdıb havaların bir qədər mülayimləşməsini gözlədik. Növbəti dəfə Gədəbəyə gedəndə icra başçısının müavinləri bizi sorğu-suala tutdular, niyə gəldiyimizi, nə istədiyimizi soruşdular. Bu münasibət bizi təəccübləndirdi. Sanki bu adamlar bizi tanımırdılar. Deyirdilər ki, imkan verin işləyək. Sərgilədikləri münasibətin kökündə nə dayandığını bilmədik. Onlara dedik ki, biz sizdən heç nə istəmirik. Dağılan, əldən gedən abidələri də ona görə çəkirik ki, bu abidələrin varlığını sonradan mənfur erməniyə sübut edə bilək. Beləcə İcra Hakimiyyətindən çıxdıq”.

Orada gördüklərimiz bizi xeyli təəccübləndirdi


D.Məmmədovun sözlərinə görə, rayonun Qalakənd kəndinə gedib oradakı qədim mağaraları, qalaları, məbədləri çəkiblər: “10 gün ərzində demək olar ki, Gədəbəyin bütün qalalarını, mədrəsələrini, qəbristanlıqlarını, eyni zamanda Başkənddə erməni qəbristanlığını da çəkdik. Məqsədimiz ermənilərin ərazidə nə vaxt məskunlaşdığını müəyyən etmək idi. Orada gördüklərimiz bizi xeyli təəccübləndirdi. Ermənilər öz qəbirlərini bizim dədə-babamızın qəbrləri olan qəbristanlığa bitişik salıblar. Alban qəbirstanlığında uyuyan dədə-babamızın qəbrlərinin üstündə xaç var. Erməni qəbrləri üstündə də xaç var. Deməli, bunlar əvvəldən qəbirstanlıqlarını alban qəbirstanlığına bitişik salmaqla həmin qəbirlərin də güya onlara aid olduğuna iddia etmək niyyətləri olub. Halbuki qəbirstanlıqdakı ən köhnə erməni qəbri 1892-ci ildə basdırılan birinin qəbridir”.

Beləcə, ermənilər qızı bəyə veriblər...

D.Məmmədov deyir ki, qəbirstanlıqda gördüklərindən sonra yerli yaşlı sakinlərlə məsələni aydınlaşdırıblar: “Qocalardan öyrəndik ki, ermənilər Gədəbəy torpaqlarına Aran bəyin çobanı olaraq gəliblər. Həmin ərazi bəyin yaylaq yeri olub. Hər il ermənilər Təzə Bayazıddan həmin Aran bəyinin qoyunlarını otarmağa gəliblər. Bir gün bəy arandan gələndə gözü erməni qızına sataşıb və koxasına 10 qızıl verib ki, apar erməniyə ver, de ki, qızını alıram. Koxa qızılı erməniyə verib və bəyin təklifini çatdırıb. Beləcə, ermənilər qızı bəyə veriblər və ondan qışda Gədəbəydəki həmin ərazidə yaşamağa icazə alıblar. 1929-cu ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə torpaqlar Ermənistana verilib”.

Xəbər gəldi ki, Yediyarov...

D.Məmmədov deyir ki, bütün yalanların ömrü qısa olduğu kimi, ermənilərin də yalanı beləcə ifşa olunub:
“Biz filmin çəkilişinə əvvəlcə xoş, sonradan isə tamamilə əks-reaksiya sərgiləyən Ramiz Yediyarovun hərəkətini özlüyümüzdə aydınlaşdırmağa çalışdığımız bir vaxtda
Gədəbəydən xəbər gəldi ki, başçı işçilərinə göstəriş verib, tapşırıb ki, kəndlərə gələn alim və professorlara Gədəbəyin 3500 illiyinin keçirməsi haqda xəbər verilsin. Onları Yediyarovun adından yubileyə dəvət etsinlər. Bəzi alimlər dəvəti qəbul etməyiblər. Yığıncağa getməməklə Yediyarova öz etirazlarını bildiriblər, deyiblər ki, yubiley respublika səviyyəsində olmalı, tarixi kitablar çap edilməlidir. Yediyarov isə özbaşına rayona gələn ziyalıların siyahısı tutdurub və Bakıdan da qonaqlar dəvət edib. RİH işçiləri Gədəbəydə yaşayan ziyalıları siyahıya salmayıblar və onları keçirdikəri yığıncağa da buraxmayıblar. Filmin çəkilişinin təşkilatçısı Gədəbəydə olanda eşidib ki, icra başçısı yubiley keçirir. O mədəniyyət evinə gedib, lakin onu zala buraxmayıblar.
Deyiblər ki, zala Yediyarovun siyahısı üzrə adam buraxırıq. Sonradan həmin yubiley adına keçirilən tədbirin videosunu əldə edib baxdıq. Məsələ bizə aydın oldu. Deməli, Habil Tağıyevı zala ona görə buraxmayıb ki, o çıxış edib Ramiz Yediyarovun yalanını üzə çıxarda bilər. Məlum olar ki, icra başçısı bizim ideyanı oğurlayıb və film əvəzinə özünü təriflətdirmək, mədh etdirmək üçün tədbir keçirib”.

Biz mal oğrusu, toyuq oğrusu eşitmişdik, amma ideya oğrusu...

D.Məmmədov deyir ki, anadan olduğu torpağa onu kökü, əcdadları bağlayır: “Mən Gədəbəyi icra başçılarına görə istəmirəm. Onlar gəldi-gedərdirlər. Mən Gədəbəyi doğma torpağım olduğuna görə, vüqarlı və sadə insanlarına görə sevirəm. Rayonda görülən işlər dövlət başçısının göstərişi ilə həyata keçirilir. Amma gedin baxın, yollar bərbaddır, bulaqlar quruyub, meşələr qırılır. 1 maşın odun 400 manatdır. Camaat əziyyət çəkir. Rayonda 30 faiz qaz var.
Bu gün rayonda qazlaşdırma niyə dayandırılıb? Niyə görə Gədəbəyə gətirilən qaz boruları yenidən Bakıya daşınıb? Gədəbəydə nə qədər iş yeri var və nə vaxt yeni iş yerləri açılacaq? Bu suallara cavab vermək, iş görmək, əhalinin rifahını yaxşılaşdırmaq əvəzinə Yediyarovun başı özünü təriflətdirməyə qarışıb. Həmin tədbirdə 3 məsələ qoyulub: - Gədəbəyin 3500 illiyi; Gədəbəy bu gün; Gədəbəy ziyalıların gözü ilə.
Təbdirdə aparıcı Ramiz Yediyarovu tarixi yubileyin ideya müəllifi, təşkilatçısı kimi təqdim edib. Zaldakıları aldadıblar. Bu ideya Ramizin deyildi. Biz mal oğrusu, toyuq oğrusu eşitmişdik, amma ideya oğrusu görməmişdik, bunu da gördük. Gədəbəydə Ramiz Yediyarov bunu da etdi. Ziyalıalrı aldatmaq lazım deyildi”.

Tədbirdə deputatlar...

D.Məmmədov deyib ki, filmin 90 faizi çəkilib və yaz aylarında çəkilişləri tam olaraq yekunlaşdırıb ictimaiyyətin müzakirəsinə təqdim edəcəklər: “Gədəbəy mədəniyyət abidələrinin tarixi eramızdan 14 əsr əvvələ gedib çıxır. Yediyarovun tədbirində çıxış edənlər 14-cü əsrin adını çəkib birbaşa 19-cü əsrə - Simens qardaşlarına keçiblər. 14 əsr ordan, 18 əsr buradan – yəni 3 min 200 ili “unudub”lər. 3 min 200 ildə bu torpaqlarda kimlər yaşayıb? Bu mədəniyyət abidələrini, qalaçaları, atəşgahları, qalaları, məbədləri, kilsələri, tanrı evlərini kimlər tikib? Gədəbəy hansı imperiyaların, knyazlıqların, xanlıqların nəzdində olub? Əfsuslar olsun ki, bu suallara həmin tədbirdə cavab verilməyib. Tədbirdə deputatlar Sevinc Hüseynova, Rafiq Məmmədhəsənov Ramiz Yediyarova təşəkkür ediblər. Deməyimiz odur ki, bu tədbir icra başçısından başqa kimsəyə lazım olmayıb. Yediyarov orada özünün piar kampaniyasını qurub”.

Gədəbəydə Pompeyin medalı satılır!

D.Məmmədov icra başçısının həmin tədbiri keçirməklə prezidentin səlahiyyətlərinə aid işlərə qarışdığını bildirdi:
“Yubiley tədbirinin keçirilmə qaydası var. Bunun üçün prezidentin sərəncamı olmalıdır. Mətbuatda külli məqalələr yazılmalı, yubileyi keçirilən diyarın küçələrı bəzdilməlidir. Prezident sərəncam vermədən Ramiz Yediyarov özü qərar verib və gizli yubiley keçirib. Onun tarixi abidələrdən danışmağa haqqı yoxdur. O vəzifəyə gəldiyi ilk gündən tarixi abidələrə qənim kəsilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin girişində dövlət vəsaiti hesabına park salınmışdı. Həmin parkda qədim tarixə malik, üzərində ərəb əlifbası ilə yazılar olan qoç heykəlləri vardi. Ramiz Yediyarov icra başçısı kimi ilk işi o heykəlləri parkdan çıxarıb zibilliyə atdırması oldu. Bu Yediyarovun tarixi abidələrə münasibətidir. Şınıxın Göyəlli kəndinə avtomobil yolu çəkiləndə yoldan əsgər heykəli çıxıb. Həmin heykəli köhnə icra başçısına verilmişdi. O kabinetini Ramiz Yediyarova təhvil verəndə heykəli də verib. Bu gün Gədəbəydə qədimi, tarixi eksponatların abidələrin satışı gedir. Təsəvvür edin ki,bu gün Gədəbəydə eramızdan əvvəl Qafqaza hucum etmiş Pompeyin medalı satılır! Bu gün Gədəbəyin tarixi nəzarətsizdir. İşbazlar alver edir. Tarixi abidələrin içində mal heyvan saxlayırlar”.

Bu yığıncaq kimə lazım idi?

D.Məmmədov belə bir vəziyyətdə R.Yediyarovun keçirdiyi plagiat tədbirin kimə lazım olması sualını verir:
“Bu yığıncaq kimə lazım idi? Təsəvvür edin ki, orada çıxışçı alimlərdən biri Gədəbəyin məşhur qanadlı körpüsünün vəziyyəti, Simenslərdən qalan dəmir relslər haqda suallar verib. Lakin ona həmin tədbirdə cavab verən tapılmayıb. Bu gün ermənilərə cavab üçün yaxşı olar ki, Milli Elmlər Akademiyası onların iddia etdiyi ərazilərdə tədqiqat aparsın. Buna Azərbaycan dövlətinin imkanı var”.

E.MƏMMƏDƏLİYEV
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı – şok ittihamlar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident Gədəbəyin icra başçısını vəzifəsindən azad etdi

    Prezident Gədəbəyin icra başçısını vəzifəsindən ...

    1-06-2018, 15:40

  • 
  • Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ''yaxalandı''-VIDEO

    Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ...

    20-05-2019, 18:00

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına qadağa qoyulub?

    Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına ...

    13-09-2018, 12:33

  • 
  • Gədəbəydə böyük korrupsiya araşdırması başladı – CİNAYƏT DOSYESİ TOPLANIR!

    Gədəbəydə böyük korrupsiya araşdırması başladı – ...

    20-09-2018, 12:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu