GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmurları intihara sürükləyən icra başçısı, mətbu “şəbəkə” ilə gizli anlaşmaya gedib

Məmurları intihara sürükləyən icra başçısı, mətbu “şəbəkə” ilə gizli anlaşmaya gedib

Tarix: 7-02-2015, 22:28 Bölmə :Ölkə Baxış: 0
Məmurları intihara sürükləyən icra başçısı, mətbu “şəbəkə” ilə gizli anlaşmaya gedib

Vidadi İsayev və müavini, mətbuatın tənqidlərindən qorumağın yeni yolunu tapıblar
Bərdənin icra başçısı Vidadi İsayev hazırda rəhbərlik etdiyi rayonda təkcə sahibkarları deyil, həm də idarə müdirlərini intihar həddinə çatdırıb.

Bu barədə “Gündəm Xəbər”ə daxil olan məlumata görə, icra başçısı elə bir vəziyyət yaradıb ki, heç bir idarə müdiri Vidadi İsayevin qanunsuz «aylıq hesab» tələbindən kənara çıxa bilmir. Əks halda, icra başçısının məmurları döyməklə ad çıxaran müavini Vidadi İmanquliyevin zərbələrinə tuş gələ biləcəklərindən ehtiyat edirlər:

«Yəqin ki, bu Vidadi İmanquliyevi yaxşı xatırlayırsınız. Bu o adamdır ki, onun qanunsuzluğuna görə 19 aprel 2011-ci ildə rayonun Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev uşaqlarının gözü önündə özünə od vurub, intihar etdi. Həmin vaxtı raayonun Əmək və Əhalinin Sosial Müdafiə mərkəzində direktor işləyən Vidadi İmanquliyevlə dalaşan Cəmaləddin Paşayaev, öz həyətində körpə uşaqlarının gözü önündə üstünə benzin tökərək həyatına son qoydu. O zaman ölkə mətbuatının da gündəmində olan bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma» ilə cinayət işi açılsa da, Vidadi İmanquliyevə nəinki söz deyən oldu, hətta icra başçısı onu özünə müavin təyin elədi. Hazırda da o, başçının müavini və İcra Haakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir. İcra başçısının bu müavinə xüsusi qayğısının da özəl səbəbləri var. Bunun mövzumuza dəxli olmadığından təfərrüatlara toxunmuram. Amma bilməyiniz vacibdir ki, Vidadi İmanquliyev də, icra başçısı Vidadi İsayevin «Boss» deyə xitab etdiyi şəxsin himayəsindədir. Həmin «Boss» deyilən şəxsin ən kiçik tapşırığı isə, bu iki adam üçün hətta Prezident Administrasiyasından gələn tapşırıqdan da önəmli sayılır».

Müsahibimiz deyir ki, Vidadi İsayev və adıçəkilən müavini son üç il ərzində, əslən Bərdəli olan məmurların günlərini qara gətiriblər: «Vəziyyət o həddə çatıb ki, icra başçısının 1-cvi müavini Vahid Qarayevin kurasiyasında olan bir çox müşkil məsələlərin “həlli” də, Vidadi İmanquliyevə həvalə olunub. O isə Vidadi İsayevin «Qara kassa»sı rolunu ustalıqla oynayır. Hazırda Bərdədə idarə və müəssisələr, büdcədən ayırmalar və gəlirlərinə uyğun olaraq hamısı «hesab»a oturdulub. Bu barədə bəzi xəbər portallarında da məlumat yayılıb. Ancaq görünən odur ki, Vidadi İsayev bunlardan nəticə çıxarmayıb. Tam əksinə, aydan-aya qanunsuzluqlarını daha da genişləndirir».

Vidadi İsayevin rayonun vəzifəli məmurlarını «yükləməsi»nə dair hələ iki il əvvəl, daha dəqiqi, Novruz bayramı ərəfəsində icra hakimiyyətində dava düşdüyünü xatırladan müsahibimiz yaşananları belə izah edib:
«Həmin vaxtı Vidadi Isayev rayon rəhbərliyi ilə keçirilən müşavirədə, 4 kəndin alaqapısını təmir etməyi rayonun mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənova tapşırıb. Soltan Həsənov icra başçısının bu tapşırığına etiraz edib. Mübahisə o hədə çatıb ki, icra başçısı idarə müdirindən ərizəsini yazıb işdən çıxmağı tələb edir. Ancaq Soltan Həsənovun sərt cavab verərək, hətta ondan abadlıq işləri üçün 200 min manat pul aldıqlarını uca səslə bəyan edib. O, bunu həmin ərəfədə mətbuata müsahibəsində də təsdiqləmişdi. Və bu mübahisə zamanı Vidadi İsayevin ona kəllə atdığını da etiraf etmişdi.

Bu hadisədən sonra isə Soltan Həsənovu vəzifəsi ilə vidalaşmağa məcbur etdilər. Yəni sözüm bundadır ki, həmin vaxtdan idarə müdirlərinin müqaviməti qırıldı. Və onların hamısı Vidadi İsayevin «aylıq hesab» siyahısına əməl etməyə başlayıblar. Bu gün Bərdədə elə idarə müdiri var ki, bu haqsız tələb qarşısında nə zamansa həbsxanaya düşəcəyini də dilə gətirməkdən çəkinmir. Amma təbii ki, Vidadi İsayev üçün kimin türməyə, kimlərin ailələrinin ağlar günə düşməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, Vidadi İsayev və müavini Vidadi İmanquliyev yeni planlar üzərində xəyallar qururlar. Hətta rayonda belə söhbətlər gəzir ki, Vidadi İmanquliyev tezliklə ya Oğuz, ya da Samux rayonlarından birinə icra başçısı göndəriləcək».

Məlumatlı şəxs deyir ki, icra başçısı son vaxtlar özünü qorumaq üçün yeni metodlara əl atıb: «İcra başçısı və onun adaşı əsasən mətbuatın diqqətindən yayınmaq üçün maraqlı üsula əl atıblar. Onlar mətbuatda olan bir neçə şəbəkə ilə anlaşaraq, barələrində gedən tənqidi materialların qarşısını almağa başlayıblar. İcra başçısı bununla kifayətlənməyib. O və müavini həmin şəbəkəyə rayonda keçirilən tədbirləri «bəzəyərək» əksər media qurumlarının ünvanlarına göndərilməsini tapşırıblar. Onlar bununla özləri haqqında müsbət görüntü yaratmaq istəiyrlər. Çünki Vidadi İsayevin əməlləri artıq Prezident Administrasiyası tərəfindən də nəzarətə götürülüb. O isə vəziyyəti daha da gərginləşdirməmək üçün «gözdən yayınmaq» istəyir. Bunun üçün də məttbuatın hədəfindən gizlənmək ən əlverişli fürsət hesab olunur».

Cəfər Mərdanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Bərdənin icra başçısının adı qara siyahıda

    Bərdənin icra başçısının adı qara siyahıda ...

    6-05-2014, 09:29

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Vidadi İsayevin özünqoruma tryuku – Bərdədəki həbsi icra başçısı təşkil edib?

    Vidadi İsayevin özünqoruma tryuku – Bərdədəki ...

    4-05-2020, 14:46

  • 
  • Vidadi Zeynalovla icra başçısı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə

    Vidadi Zeynalovla icra başçısı məmurları necə ...

    5-11-2015, 19:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu