GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsmayıllıda yeni narazılıq dalğası

İsmayıllıda yeni narazılıq dalğası

Tarix: 16-03-2015, 01:02 Bölmə :Manşet Baxış: 0
İsmayıllıda yeni narazılıq dalğası

İcra başçısı Mirdaməd Sadıqov prezidentin etimadını doğrultmur

Azərbaycanda məmur özbaşınalığına qarşı baş verən ən böyük etirazlardan biri İsmayıllıda baş verib. Yəqin ki, rayonda məmur övladlarının qudurğanlığına qarşı ismayıllıların göstərdiyi sərt təpkini heç kim unutmayıb. İsmayıllını bərbad vəziyyətə qoyan, qazandığı milyonların havasından sərməst olub insanları aşağılayanlara qarşı baş verənlər əslində əksəriyyət üçün dərs olmalı idi. Lakin, bugünkü İsmayıllının ab-havasına nəzər yetirsək görərik ki, deyəsən məmurlar üçün unutqanlıq adi işdir. Belə olmasaydı, prezidentin etimad göstərərək narazılıq yaranan bir bölgəyə rəhbər təyin etdiyi Mirdaməd Sadıqov öz həmyerlilərini yenidən bu qədər incik salmazdı. Onun rayona rəhbər təyin olunması ismayıllıların ümidlərini artırsada sonrakı fəaliyyəti bir o qədər narazılıq doğurub. Qohumbazlıq, korrupsiya, rüşvətxorluq, büdcə vəsaitlərinin müxtəlif yollarla talanması İsmayıllının bugünkü mənzərəsidir. Burada sadəcə adlar dəyişib, iş prinsipi isə dəyişməz olaraq qalır.

İsmayıllı ölkəmizin kənd təsərrüfatının inkişafı üçün ən əlverişli bölgələrindən biridir. İnsafən bu sahənin daha dinamik inkişafını təmin etmək üçün dövlət büdcəsindən də kifayət qədər vəsait ayrılır. Lakin, rayonda kənd təsərrüfatı yalnız kağız üzərində tərəqqi edir. Subsidiyalar “ayrılan” əkin sahələri ildən-ilə çoxalsa da məhsuldarlıq da eyni templə aşağı düşür. Çünki, əkilməyən sahələrə subsidiyaların verilməsi inkişafın “yeni modelidir”. Nəzərə alsaq ki, Mirdaməd Sadıqov icra başçısı postuna qədər Dövlət Aqrar Universitetinin rektoru olub, onun aqrar “islahatlarını” anlamaq olar. Təsadüfi deyil ki, ötən il bu sahədə baş verənlər əlaqədar dövlət qurumlarını da hərəkətə keçməyə məcbur etmişdi.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş etməyə qərar vermişdi. Hətta nazirliyin bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də apardığı haqqında məlumatlar verilmişdi. Nəticədə bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxdığı barədə informasiyalar verildi.

Məlumata görə, 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd ediblər. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması dəhşətli korrupsiyanın izlərini üzə çıxardır. Büdcə vəsaitlərinin insafsızcasına talanması rayonda kənd təsərrüfatını iflic duruma salıb.

Rayonda korrupsiyanın hökm sürdüyü ənənəvi sahələrdən biri də abadlıq-quruculuq işlərinin aparılmasıdır. Əksər icra başçılarının sevimli məşğuliyyəti olan bu sahəyə İsmayıllıda da xüsusi diqqət yetirilir. Görülən işlərin böyük əksəriyyəti

sahibkarların, büdcə təşkilatlarının hesabına aparılsa da, əvəzinə dövlətin milyonlarla manat vəsaiti silinir, mənimsənilir.

Sadəcə İsmayıllı rayonunda həyata keçirilmiş işlərdən bir neçəsinə diqqət yetirdikdə vəziyyətin daha acınacaqlı və biabırçı həddə olduğu diqqəti çəkir. Burada sənəd üzərində milyonlar havaya sovrulsa da əslində başdansovdu, gözdən pərdə asmaq məqsədilə görülən kosmetik işlərdən başqa heç nə gözə dəymir. Rayon icra başçısı Mirdaməd Sadıqovun rəhərliyi altında inşa edilmiş keçmiş Zərifə Əliyva adına park, indiki Uşaq Əyləncə Mərkəzində istifadə olunmuş tikinti materiallarının sənədlərlə bir birinə uyğun gəlmədiyi məlum olub. Belə ki, parkdakı hovuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində orada «linenium» adlanan plastik örtükdən istifadə olunub. Bunun üçün külli miqdarda vəsaitin silindiyi şübhəsizdir. Amma rayondakı yeyintilər bununla bitmir. İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun bir başqa «əməliyyatı» İcra Hakimiyyətinin yenidən əsaslı təmir edilməsindən ibarətdir. Lakin bu zaman yeyinti halları bir neçə insanın həyatına az qala son qoyacaqmış. Məlumata görə, əsaslı təmir etdirilən binanın hörgüləri uçaraq, fəhlələrin başına tökülüb. Xoşbəxtlikdən ölüm hadisəsi yaşanmayıb, amma bir neçə işçi bədən xəsarətləri alıblar. Maraqlıdır ki, Mirdaməd Sadıqov baş verən olayı araşdıraraq, günahkarları cəzalandırmaq yerinə, işi ört-basdır edib. Aydın məsələdir ki, bunu etməkdə məqsəd büdcə pullarının dağıdılması sirrini gizlətmək olub.

İsmayıllı ölkəmizin ən səfalı guşələrindən biri hesab olunur. Rayonda turizmin inkişafı üçün əlverişli şərait var. Ancaq məmurların “xidməti” nəticəsində əfsanəvi

İsmayıllı meşələrinin taleyi də təhlükə altındadır

Rayondan verilən xəbərlərə görə, yaşıllıqların məhv edilməsi rayonunun Yaşıllaşdırma İdarəsinə yeni təyin edilmiş müdir tərəfindən həyata keçirilir.

Məlumata görə, Yaşıllaşdırma idarəsinin müdiri Sadıq Bağırov rayon mərkəzindəki yaşıllıqları təmizlik adı ilə kəsib taxta sexlərinə satır. Məsələ ilə əlaqədar vətəndaşların şikayətini nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı bölgəsində yerləşən regional idarəsindən bildiriblər ki, onun qanunsuz əməlləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara baxmayaraq, S.Bağırov öz əməllərinə davam edir. Təbii ki, baş verənlər heç də rayon rəhbərliyindən xəbərsiz baş vermir. Bu isə M. Sadıqovun İsmayıllıya olan “sevgisinin” daha bir nümunəsi hesab oluna bilər.

İsmayıllının çətin günlərində etimad göstərilən, vəzifə başına gətirilən M. Sadıqovun əməlləri nəinki narazılıqları aradan qaldırıb, əksinə bir qədər də artırıb. Xalq narazılığının nə ilə bitdiyini isə icra başçısı unutmamalıdır!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO

    İsmayıllı icra başçısından ağlasığmaz tələb - ...

    8-12-2017, 20:27

  • 
  • İsmayıllının icra başçısı özünə işləyir

    İsmayıllının icra başçısı özünə işləyir ...

    7-02-2015, 23:30

  • 
  • Mirdaməd Sadıqov İsmayıllıdakı firmalarının şok – Siyahısı

    Mirdaməd Sadıqov İsmayıllıdakı firmalarının şok – ...

    3-02-2016, 14:04

  • 
  • İsmayıllının təzə başçısı sözünün üstündə durmadı

    İsmayıllının təzə başçısı sözünün üstündə durmadı ...

    9-05-2013, 13:49

  • 
  • Yaş həddini keçmiş Mahmudovçular hələ də vəzifə başındadır

    Yaş həddini keçmiş Mahmudovçular hələ də vəzifə ...

    27-12-2019, 16:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu