GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsmayıllının təzə başçısı sözünün üstündə durmadı

İsmayıllının təzə başçısı sözünün üstündə durmadı

Tarix: 9-05-2013, 13:49 Bölmə :Ölkə Baxış: 1 013
İsmayıllının təzə başçısı sözünün üstündə durmadı
Mirdaməd Sadıqov məhbusların buraxılacağına kömək vəd etsə də, onların ittihamları ağırlaşdırılıb
Azərbaycan bu ilin yanvarında ardıcıl üsyanlar yaşadı. Ölkədə artmaqda olan gərginlik və xalq etirazlarının genişlənməsi nicat yaratmışdı ki, may ayınadək inqilabi ab - hava yüksələcək. Cəmiyyətin gözləntisi də xalqın ayağa qalxması və müxalifətsiz dəyişikliyə nail olacağı idi.
Başçının vədi
Amma hakimiyyət bu üsyanları “xaotik nəzəriyyə”yə uyğun olaraq idarə etməyə başladı və istədiyi məcraya yönəltdi. Özəlliklə də İsmayıllı üsyanından sui-istifadə edib bunu xalq etirazı deyil, müxalifətin iğtişaş cəhdi kimi qiymətləndirdilər. Sonradan prezidentin məmurlara barmaq silkələməsi, İsmayıllıda icra hakimini dəyişməsi ilə proseslər səngitdi.
İsmayıllı üsyanında tutulanların hazırda istintaqı gedir və bu günlərdə onlara qarşı daha ağır ittihamlar irəli sürüldü. Rayon camaatının arzusu isə onların tezliklə buraxılması idi. Buna əsas verən İsmayıllıya yeni təyin olunmuş icra başçısı - Mirdaməd Sadıqovun əhaliyə verdiyi söz idi. O məhbusların azad olunması üçün köməyini əsirgəməyəcəyini vəd etmişdi.
Əksinə olaraq məhbusların ittihamları ağırlaşdırıldı. Bununla da əhalinin təzə başçıya olan ümidi ilk mərhələdə dəfn olundu. İnsanlar gözləyirdi ki, prezident müşavirə keçirib məmurları danlayırsa, deməli məhbusların dolayısı ilə günahsız olduğunu təsdiqləyir. Bu da onların buraxılacağına ümid oyadırdı. Amma indi vəziyyət dəyişib və hazırda İsmayıllı camaatı çox qəzəblidir.
Əhali məhkəməni gözləyir
Rayonda gərginlik müvəqqəti olaraq səngiyib, sabitlik olsa da əhali məhkəmələrin başlanması vaxtını gözləyir. İsmayıllılar hazırda ümid edirlər ki, məhkəmə vaxtı aksiyalar keçirib onların azadlığına nail olacaqlar. Camaatın sözlərinə görə, tutulan 16 nəfər günahsızdır. Çünki harınlamış məmur balaları həmin 16 nəfəri deyil, bütövlükdə rayon əhalisini təhqir ediblər və cavablarını alıblar. Ona görə də hadisələrdən sonra yalnız 16 nəfərin məsuliyyətə cəlb olunması ədalətsizlikdir.
İsmayıllı məhbuslarından birinin atası bildirdi ki, oğlu Bakı İstintaq Təcridxanasında saxlanır və bu günlərdə ona sovqat aparıb: “İstintaq gedir, nəticəsini gözləyirik. Mənim oğlum günahsızdır. O da hamı kimi hadisələr vaxtı orada olub. Camaatı təhqir ediblər, insanlar da yığışıb etirazını bildirib. Ancaq bütün millətin içərisindən 16 nəfəri ayırıb həbs ediblər. Bu uşaqlar nə edib ki? Bütün tutulanların ailələri və İsmayıllı camaatı hesab edir ki, onlar haqsız tutulublar. Biz ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq və bizim uşaqlar azadlığa çıxacaq”.
Digər İsmayıllı məhbuslarının ailələri də övladlarının həbsini haqsızlıq sayır. Onlar da ümid edirlər ki, ədalət öz yerini tutacaq. Rayon sakinləri isə səbirsizliklə məhkəmələrin başlamasını gözləyir. Əhali məhkəmələrin qarşısına yığışıb məhbuslara dəstək vermək niyyətindədir.

Kaş bu addımları üsyandan qabaq ataydılar

Ümumilikdə isə hələlik İsmayıllıda sakitlikdir, rayon icra hakimiyyətində ciddi kadr islahatı aparılmayıb. Buna baxmayaraq, icra başçısı əhali ilə tez-tez görüşlər keçirir. İsmayıllı əhli isə gileylənir ki, kaş bu addımları üsyandan qabaq ataydılar və iş də bu yerə gəlib çıxmayaydı. Rayon sakini Firuz Əliyev: “Məgər biz nə istəyirdik ki? Deyirdik ki, sosial problemləri həll edin, ən kiçik şikayəti dinləyin, insanlara yuxarıdan aşağı baxmayın, camaatı bezdirməyin. Amma bunlar heç kimi saymırdılar, əhalini üsyan həddinə çatdırırdılar. Bizim etiraz aksiyalarımıza səbəb təkcə məmur övladlarının əhalini təhqir etməsi deyildi, həm də rayondakı sosial-iqtisadi vəziyyətin ağırlığı idi. Düzdür, indi də ciddi bir dəyişiklik yoxdur. Amma heç olmasa camaatın şikayətinə pis-yaxşı baxırlar”.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokurordan İsmayıllının icra başçısına şikayət olundu

    Prokurordan İsmayıllının icra başçısına şikayət ...

    26-02-2014, 14:41

  • 
  • Xalq üsyanlarının səbəbi

    Xalq üsyanlarının səbəbi ...

    25-01-2013, 11:28

  • 
  • İsmayıllının icra başçısı özünə işləyir

    İsmayıllının icra başçısı özünə işləyir ...

    7-02-2015, 23:30

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • İqar Məmmədova daha ağır ittiham irəli sürüldü

    İqar Məmmədova daha ağır ittiham irəli sürüldü ...

    1-05-2013, 14:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu