GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

Tarix: 20-11-2018, 13:36 Bölmə :Cəmiyyət Baxış: 685
Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir


Məni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub.

GundemXeber.az Oxu.Az-a istinadla 21 yaşlı qızın acı taleyini təqdim edir:

“Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək”

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

“Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Məndə görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər”.

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

“İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.

Ayın sonunda 110 manat telefon borcu gələndə bibim məni döyüb evdən qovdu. Atama da zəng elədi ki, qızın bizə borc yazdırıb, gəl ödə. Atam bibimgilə gələndə oğlana zəng edib yalvardım ki, məni aparsın. O da məni evinə dəvət etdi. Yemək yedik. Sonra içməyə nəsə gətirdi və bəyənəcəyimi dedi. Onu içəndən sonra özümdə olmamışam. Səhər oyananda birinci heç nə başa düşmədim. Amma başım özümə qayıdandan sonra gördüm ki, artıq gecdir”.

“Mən evliyəm, səninlə evlənə bilmərəm”

Başına gələnləri danışdıqca üzündə qəribə bir ifadə yaranırdı. Bütün baş verənlərdən sonra sanki evlərində, özünün də dediyi kimi, “xadimə” işləməyə razıyam” deyərmişcəsinə ifadə vardı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Deyir ki, oğlana çox yalvarsa da, heç bir faydası olmayıb:

“Mən onun 37 yaşı olduğunu bilmirdim. Evli olduğunu da deməmişdi. Məndən böyük olduğunu bilirdim, amma bu qədər yox. Elə bilirdim, o da məni sevir. Həmin gecənin səhəri mənə dedi ki, evlidir, ailəsi var və mənimlə evlənə bilməz. Sonra dedi ki, bu barədə heç kimə heç nə deməyim. Hər şey yaxşı olacaq. Gedəcək yerim qalmamışdı deyə ölüm qorxusu da olsa, qayıtdım bibimgilə. Atam gəldi, məni sürüyə-sürüyə apardı evimizə.

Telefon pulunu qorxumdan boynuma almırdım, amma sonda məcbur olub etiraf etdim. Anam gecə ilə suya dərman qatıb məni zəhərlədi. Sonra qorxdular, tez həkimə apardılar. Həkim mədəmi yudu, qayıtdıq evə. Başıma gələnləri heç kimə deyə bilmirdim. Anamgil məni bir yolla öldürməyə qərarlı idilər, bilirdim. Qorxudan evdən qaçdım”.

Bir gün küçədə yatdığını deyən L.A.-nın sözlərinə görə, tanımadığı bir qız ona kömək edəcəyini bildirərək, evlərinə aparıb:

“Bir qız dedi ki, sənə kömək edəcəm. Onunla getdim. Bir gün evlərində qaldım, səhər oyananda məni polisə aparacaqlarını dedilər. Polisə getmək istəmirdim. Dedim, məni ora aparsanız özümü öldürəcəm. Dayılarıma, xalalarıma, bibilərimə zəng elədim. Kömək istədim. Heç biri yaxın durmadı. Bibim dedi ki, atan deyir, evə qayıtsa, bağışlayacam. Amma yalan deyir, məni namus üstündə öldürəcəklər. Mən belə olmasını istəməmişdim. Bibimgil harada qaldığımı soruşur, qorxumdan demirəm ki, atam gəlib tapacaq. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm”.

21 yaşlı L.A.-nın danışdıqları film kimi görünsə də, təəssüf ki, həqiqətdir. Bəlkə də, o da həyatın filmlərdən çox daha fərqli olduğunu bundan sonra başa düşəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Buzovnada RƏZALƏT: Atası 15 yaşlı qızını şkafa soxaraq zorlayıb! FOTOLAR

    Buzovnada RƏZALƏT: Atası 15 yaşlı qızını şkafa ...

    22-06-2017, 17:08

  • 
  • Bakıda ofisiant qız və yaşlı kişinin görüntüləri etirazlara səbəb oldu – VİDEO (18+)

    Bakıda ofisiant qız və yaşlı kişinin görüntüləri ...

    12-03-2018, 19:35

  • 
  • Öz anası tərəfindən satılan qız: "Evimiz fahişəxana idi"

    Öz anası tərəfindən satılan qız: "Evimiz ...

    15-08-2017, 15:28

  • 
  • Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı

    Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən ...

    10-07-2017, 00:56

  • 
  • “Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”

    “Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara ...

    11-09-2017, 11:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu